Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə36/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   120

 

 

122




 

 

123




 

 

124




 

 

125




 

 

126



 

 

 

 

IV FƏSIL. YABANI MEYVƏ VƏ GILƏMEYVƏLƏR 

 

Əhalinin yüksək keyfiyyətli meyvə-giləmeyvə  və onların emalı  məhsulları 



ilə  təmin edilməsində  həmin məhsulların istehsalının artırılması  əsas yerlərdən 

birini tutur. Məhz buna görə meyvə-giləmeyvə  və üzüm istehsalının artırılması, 

habelə yabanı meyvə, giləmeyvə, göbələk və  dərman bitkiləri tədarükünün 

genişləndirilməsi mühüm məsələlərdən biridir. 

Azərbaycan  ərazisi Böyük və Kiçik Qafqazın, Talış dağlarının meşələri və 

eləcə  də Kürqırağı tuqay meşələri ilə geniş sahələrdə  əhatə olunmuşdur. Həmin 

meşələrdə bir çox yabanı meyvə  və giləmeyvə yetişir ki, onlardan da müxtəlif 

yeyinti məhsulları istehsal etmək olar. Meşə alması, armud, əzgil, yemişan, alça, 

zoğal, albalı, meşə üzümü, itburnu, qarağat, çaytikanı, böyürtkən, moruq, meşə 

çiyələyi, yabanı fındıq, şabalıd, fıstıq, yunan qozu, yabanı nar, xırnik, iydə, innab, 

ağ və qara tut belə meyvələrə misal göstərilə bilər. Bu meyvələrin bir çox mədəni 

sortları da mövcuddur, lakin yabanı növlər bu vaxta qədər dəqiq və geniş surətdə 

öyrənilməmişdir. 

Azərbaycanın bir çox rayonlarında zoğal, yabanı alma, nar, böyürtkən, 

itburnu, çaytikanı, yabanı fındıq və başqa meyvə-giləmeyvələr tədarük edilir, lakin 

onların miqdarı ehtiyatından qat-qat azdır. Bir çox qiymətli meyvə-giləmeyvələr 

isə tamamilə  tədarük edilmir. Yerli əhali öz ehtiyaclarını ödəmək və kolxoz 

bazarlarında satmaq üçün az miqdarda yabanı meyvə-giləmeyvə toplayırlar, külli 

miqdarda meyvə-giləmeyvə isə meşələrdə çürüyüb xarab olur. 

Bu sahədə  əsas vəzifə respublika ərazisində yabanı meyvə  və giləmeyvə 

ehtiyatını öyrənmək və onları tədarük  edib, səmərəli istifadəsini təşkil etməkdən 

ibarətdir. 




 

 

127



Bir çox elmi-tədqiqat və  tədris institutları yabanı meyvə-giləmeyvələrdən 

səmərəli istifadə olunması  məsələsi ilə  əlaqədar tədqiqat işləri aparır. Yabanı 

meyvələr həm yeyinti sənayesi, həm də texniki-dərman məhsulları istehsalı üçün 

xammal kimi öyrənilir. Hazırda  əsas məsələ yabanı meyvələrin tədarükünü 

artırmaqdan və onlardan səmərəli istifadə yollarını aşkar etməkdən ibarətdir. 

Qeyd etmək lazımdır ki, Azərbaycan  ərazisində bitən yabanı meyvə  və 

giləmeyvələr haqqında məlumata pərakəndə  şəkildə, az da olsa, müxtəlif 

ədəbiyyatlarda, dövri mətbuatda və elmi-tədqiqat işlərində rast gəlinir. Bəzi yabanı 

meyvələr haqqında isə azərbaycan dilində heç bir məlumat yoxdur. 

Dərsliyin bu bölməsində Azərbaycan  ərazisində bitən yabanı meyvə-

giləmeyvələrin mənşəyi, yayılması, qısa botaniki və bioloji təsviri, kimyəvi tərkibi, 

tədarük müddəti və istifadə olunması haqqında məlumat verilir. 

 

4.1. Yabanı meyvələrin təsərrüfat əhəmiyyəti 

 

Meyvələr insan qidasında mühüm yer tutur. Buna görə də yabanı meyvələr 



qədim zamanlardan bəri insanlar tərəfindən qida məhsulu kimi istifadə edilir. 

Mədəni halda becərilən meyvələr kimi, yabanı meyvələrin də  tərkibində insan 

orqanizmi üçün zəruri olan qidalı maddələr – şəkərlər, azotlu maddələr, yağlar, 

üzvi turşular, fermentlər, vitaminlər,  ətirli, pektinli və mineral maddələr vardır. 

Əhalinin təzə və emal edilmiş meyvə-giləmeyvələrə olan tələbatının ödənilməsində 

yabanı meyvələrdən istifadə olunmasının böyük xalq təsərrüfat əhəmiyyəti vardır. 

Əvvəla, yabanı meyvələrdən istifadə olunması üçün qabaqcadan heç bir 

kapital qoyuluşu tələb olunmur. Yalnız həmin meyvələri tədarük edib müvafiq 

sənaye müəssisələrində emalını təşkil etmək lazımdır. Ikincisi, yabanı meyvələrin 

tədarükünə  sərf olunan xərc, yəni onun maya dəyəri mədəni meyvələrin 

becərilməsinə sərf edilən xərcdən ikiqat azdır. 



 

 

128



Yabanı meyvələr həm təzə halda, həm də emal olunduqdan sonra istifadə 

edilir. Bir çox yabanı meyvələrin müalicəvi xassələri də vardır, buna görə  də 

həmin meyvələr dərman bitkisi kimi də tədarük edilir. 

Yabanı meyvələr kimyəvi tərkiblərinə görə çox da yüksək kaloriliyə malik 

deyillər. Lakin onların tərkibində külli miqdarda bioloji aktiv maddələr – 

vitaminlər, minerallı maddələr, fitonsidlər və s. vardır. Buna görə  də yabanı 

meyvələr sağlam insanların qidasında, müalicəvi qidalanmada, uşaqların və 

yaşlıların qidasında və piylənməyə qarşı istifadə edilir. 

Son illərdə meyvələrin qidalılıq dəyəri haqqındakı mülahizələr genişlənmiş 

və müəyyən edilmişdir ki, başqa qida məhsulları ilə  qəbul olunan meyvə-

giləmeyvələr qidanın həzmini yaxşılaşdırır, zülalların, yağların və minerallı 

maddələrin mənimsənilməsinə kömək edir. 

Kimyəvi tərkibcə zəngin olan yabanı meyvə-giləmeyvələr yeyinti məhsulları 

istehsalı üçün hərtərəfli istifadə oluna bilər. Yabanı meyvə-giləmeyvələrdən 

meyvə-giləmeyvə  şirəsi, meyvəli içkilər, ekstraktlar, şərbətlər, meyvə-giləmeyvə 

şərabları, marmelad, pastila, mürəbbə, cem, jele, povidlo, karamel üçün içlik

meyvə-giləmeyvə konservləri, kompotlar, qurudulmuş meyvə, dondurulmuş 

meyvə-giləmeyvə, texniki və yeyinti yağları istehsal etmək mümkündür. 

Yeyinti məhsulları istehsalı üçün xammal olmaqla yanaşı, yabanı 

meyvələrdən itburnu, çaytikanı, moruq, çiyələk, qaragilə, heyva tumu və s. 

əczaçılıq sənayesində qiymətli xammal hesab edilir. 

Yabanı meyvə  ağacları  və kolları  həm də balverən bitki kimi də böyük 

əhəmiyyətə malikdir. Polifloralı balın müxtəlifliklərindən olan meşə  və bağ balı 

yüksək keyfiyyətli hesab edilən çiçək balı adı ilə satışa verilir. Həmin balı arılar 

yabanı meyvə-giləmeyvələrin çiçəklərinin nektarından hasil edirlər. 

Bir çox yabanı meyvə  ağaclarının oduncağı xarratçılıqda qiymətli material 

hesab edilir. Zoğal,  əzgil, armud, qoz, fındıq,  şabalıd və s. meyvə  ağaclarının 

oduncağından yüksək keyfiyyətli mebel, bəzəkli töhfələr, məişətdə  işlədilən 

müxtəlif məmulatlar (qaşıq, oxlov, tabaq, təknə  və s.) hazırlanır. Yabanı meyvə-



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə