Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə39/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   120

 

 

135



Yabanı  əzgil aprel ayında yarpaqlayır və mayın  əvvəllərində çiçəkləyir. 

Meyvələri oktyabrın axırı  və noyabrın  əvvəllərində yetişir. Meyvəsi boz-darçını 

rəngdədir, üstü azacıq incə tüklərlə örtülür, diametri 2,5-5,0 sm-dir. Meyvələri 

yumru, yastı-yumru və ya armudşəkilli olur. Hər meyvənin birtoxumlu beş 

çəyirdəyi vardır. Meyvənin  ətliyi bərkdir, tərkibində  aşılayıcı maddə olduğundan 

ağız büzüşdürücüdür. Lakin dərilib saxlandıqdan sonra və ya meyvəni  şaxta 

vurduqda yumşalır və dadı  şirin olur. Yabanı  əzgilin tərkibində 8,2-9,4% şəkər, 

1,8-2,1% üzvi turşu, aşılayıcı, rəngləyici və pektinli maddələr vardır. Yetişib ötmüş 

əzgildə  şəkər və üzvi turşu nisbətən azdır. Yetişib ötdükdə sirkə turşusu və spirt 

əmələ gəlir ki, bunlar da meyvəyə spesifik iy verir. Əzgildə karotin (provitamin A) 

və C vitamini də vardır. 

Yabanı əzgili həm təzə halda yeyir və həm də emal edirlər. Əzgildən pastila, 

povidlo, kompot, konfet və karamel içliyi, sirkə, sidr, tamlı yeyinti ekstraktı və s. 

məhsullar hazırlanır.  Əzgil tumunda 25% yağ, aşılayıcı  və ekstraktlı maddələr 

olduğundan qəhvə əvəzedicilərində işlədilə bilər. 

Əzgildən müalicəvi məqsədlə qidanın yaxşı  həzmi və bağırsaqların 

fəaliyyətini yaxşılaşdırmaq üçün istifadə olunur. Kal meyvələri mədə-bağırsaq 

xəstəliklərində, xüsusən ishala qarşı  tətbiq edilir. Əzgilin yarpaqlarından 

dəmlənmiş çayla boğazı yaxalayırlar. 

Əzgilin yarpaqlarından və kökündən qəhvəyi və yaşıl boyaq alınır. 

Oduncağının qabığı və yarpaqları aşılayıcı maddələrlə zəngin olduğundan dərilərin 

aşılanmasında, oduncağı isə xarratlıqda xırda məmulatların hazırlanmasında 

istifadə edilir. 

Əzgil, həmçinin balverən bitkidir. Onun çiçəklərindən toplanan nektar ətrinə 

və şəffaflığına görə başqa nektarlardan geri qalmır. 

Yemişan.  Qızılgülçiçəklilər fəsiləsindəndir.  Şimali Amerikada 200-dən çox 

müxtəlif ağac və kol növləri yayılmışdır. Qafqazda 14, Azərbaycanın dağ-meşə 

rayonlarındai sə 9 növü yayılmışdır. Azərbaycanda cır yemişanların forma  



 

 

136




 

 

137



müxtəliflikləri çoxdur. Iri meyvəli yemişanlar isə dağlıq rayonlarda bağ 

meyvəsi kimi becərilir. 

Yemişan may-iyunda çiçəkləyir. Çiçəkləri  ətirli, ağ  və  çəhrayıdır. 

Meyvələri sentyabr-oktyabrda yetişir. Meyvələri qırmızı  və qaradır. 

Meyvələri yumru və bir qədər yastı olur. Ətliyi yumşaq və bir qədər 

kövrəkdir. 3-4 ədəd çəyirdəyi (bəzən 2 və ya 5 ədəd) vardır. 10-15 

yaşından meyvə verir və 200-300 il ömür sürür. 

Yemişanın meyvələri xoşa gələn dadlı, şirəli, şirin və meyxoşdur. 

Yemişanın tərkibində 3,78-7,97% şəkər (əsasən qlükoza və fruktoza, 

saxaroza azdır),  0,46-0,81% üzvi turşu (alma, limon, şərab və s.), 0,46% 

aşılayıcı  və  rəngləyici maddə, 1,5% pektinli maddə, 2,3% sellüloza, 

0,92% azotlu maddə, 1,26% pentozanlar vardır. Yemişanda, həmçinin 

fitosterinlər, flavonoidlər, saponinlər, qlükozidlər, karotin, xolin, vitamin 

C və b. maddələr vardır. Yemişanın toxumunda 30-37% yağ vardır. 

Çiçəklərində isə 1,5% efir yağı olur. 

Yemişan təzə halda yeyilir, ondan kompot və kisel, lavaşana 

hazırlanır, sirkə qoyulur və araq çəkilir. Meyvələrini qurudub 

üyütdükdən sonra, unla qarışdırıb çörək bişirirlər. Qovrulmuş 

meyvələrdən qəhvə əvəzedicisi, yarpaqlarından isə çay içkisi hazırlamaq 

olar. 


Yemişan meyvəsindən ürək ağrılarında vəya xroniki ürək 

xəstəliyində çay kimi dəmləyib içirlər. Müasir təbabətdə yemişanın 

tinkturasından və ekstraktından hipertoniyada geniş istifadə olunur. 

Yuxusuzluğa, ürək əsəblərinə qarşı tətbiq edilir. Son zamanlar müəyyən 

edilmişdir ki, yemişan ekstraktı qanda xolesterini azaldır. Ona görə  də 



 

 

138



yemişandan aterosklerozun müalicəsi və profilaktikasında da istifadə 

olunur. 


Yemişan qiymətli balverən bitki olub, hər çiçəyi 0,5 mq nektar 

verir. Nektarın tərkibində 64,4% şəkər olur. 

Yemişanın oduncağı  bərk və möhkəm olduğundan, xarrat 

məmulatının hazırlanmasında işlədilir. Yemişanın yarpaqlarından və 

oduncağının qabığından alınan boya maddəsi parçaları  qırmızı  və 

qəhvəyi çalarlı rəngləyir. 

 



 

 

139



 

4.3.2. Çəyirdəkli meyvələr 

 

Yabanı albalı.  Qızılgülçiçəklilər fəsiləsindəndir. Albalı cinsinin 140 növü 

var. Növ müxtəlifliklərindən ən çox yayılanı aşağıdakılardır: 

- mərmərik albalı; 

- mahaleb albalısı; 

- çöl albalısı. 

Güman edirlər ki, adi mədəni albalı yabanı gilas ilə çöl albalılarının təbii 

hibrididir. Azərbaycanda mərmərik və çöl albalısı bitən sahələr çoxdur. 

Yabanı albalı aprel-mayda çiçəkləyir. Ağ rəngli çiçəkləri 2-4 ədəd bir yerdə 

uzun saplaq üzərində  əmələ  gəlir. Meyvələri iyulun axırı  və avqustda yetişir. 

Meyvəsi mədəni sortlara nisbətən xırda olub (8-10 mm diametrli), qırmızı, tünd 

qırmızı və ya qara-bənövşəyidir. Turş və ya turşa-şirindir. Bəzən dadı acı olur, hər 

3-4 ildən-bir bol məhsul verir. 

Tərkibində 12% şəkər (sadə  şəkərlər), 2%-ə  qədər üzvi turşu (alma və 

limon), karotin, C, B

1

, PP vitaminləri, fol turşusu (B



c

), aşılayıcı  və pektinli 

maddələr vardır. 

Meyvələri kompot, kisel, şirə,  şərbət,  şərab, mürəbbə  və spirtsiz içkilər 

istehsalında işlədilir. 

Albalının yarpaqları  tərəvəzləri duza və sirkəyə qoyduqda istifadə edilir. 

Çəyirdəyi və ləpəsi ətriyyat sənayesində, bəzi sabunların ətirləndirilməsində tətbiq 

olunur. 


Müalicəvi məqsədlə albalının meyvələrindən alınmış ekstraktdan, 

yarpaqlarından və meyvə saplağından istifadə edilir. Yarpaqlarından alınmış sulu 

tinktura sarılığa qarşı, meyvə saplağından alınmış sulu ekstrakt ishala qarşı tətbiq 

olunur. 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə