Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə42/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   120

 

 

147



şirin, turşməzə, qabığı nazik və incətüklüdür. Çoxlu xırda toxumları vardır. 

Hazırda firəng üzümünün bir çox mədəni sortları yetişdirilmişdir. 

Firəng üzümünün tərkibində 13,5% şəkər, 2% üzvi turşu, 1% pektinli 

maddə, 54 mq% C, 0,25 mq% P, B qrupu vitaminləri və karotin vardır. 0,2-0,7% 

mineral maddə vardır ki, bunun da əsasını fosfor, mis, dəmir, kalium, natrium, 

kalsium və maqnezium təşkil edir. 

Firəng üzümü təzə halda yeyilir, mürəbbə, konfityur, kompot, jele, 

marmelad, konfet və karamel üçün içlik və şərab hazırlamaq üçün sərf edilir. Qış 

üçün firəng üzümünü qurudur, sirkəyə qoyur və  əzişdirib  şəkərlə 1:2 nisbətinə 

qarışdırırlar. 

Firəng üzümündən maddələr mübadiləsi pozulduqda və piylənməyə qarşı 

istifadə olunur. Xalq təbabətində isə böyrək və sidik kisəsi xəstəliyində öd və 

sidikqovucu vasitə kimi işlədilir. Qan azlığında, dəri xəstəliklərində firəng üzümü 

yemək məsləhət görülür. Xroniki qəbz zamanı yüngül işlətmə vasitəsi kimi də 

istifadə olunur. 

Adi zirinc(Berberis vulgaris L.).    Zirinckimilər fəsiləsinin zirinc cinsinə 

mənsubdur. 450 növündən – adi zirinc, Şərq zirinci, Amur zirinci və uzunsov 

zirinc daha çox yayılmışdır. 

Adi zirinc yabanı halda Krımda və Qafqazda dəniz səviyyəsindən 200 metr 

yüksəklikdə bitir. Azərbaycanın dağ-meşə rayonlarında, Xızıda və Altıağacda daha 

çox yayılmışdır. Azərbaycanda zirincin 3 növünə rast gəlinir. Adi zirinc daha çox 

təsadüf edilir. 

Adi zirinc may-iyunda çiçəkləyir. Salxım şəklində düzülmüş açıq sarı rəngli 

ətirli çiçəkləri vardır. Yarpaqları açıq yaşıl rəngli və turş dadlı olur. Meyvələri 

avqust-sentyabrda yetişir. 2-3 qırmızı-qonur toxumlu gilədir. Çəkisi 0,14-0,32 qr-

dır. Toxumu meyvəsinin 24-30%-ni təşkil edir, silindr və ya oval şəklindədir. 

Uzunluğu 12 mm-dir. Əsasən qırmızı, bəzən isə qara, sarı və çəhrayı rəngdə olur. 

Meyvəsi turşdur və uc hissəsində qönçə tumurcuğu yapışıq qalır. Meyvəsini əl ilə 

yığırlar. Şaxta vurduqda dadı yaxşılaşır. 




 

 

148



Zirinc meyvəsinin tərkibində 5% şəkər, 5-6% üzvi turşu (əsasən alma 

turşusu), 0,6-0,8% aşılayıcı  və  rəngləyici maddə, 0,4-0,6% pektinli maddə, 4,9% 

sellüloza, 0,95% kül və 150-170 mq% C vitamini vardır. Iyun ayında toplanmış 

yarpaqlarında 120 mq% C vitamini və meyvə verdikdə yığılmış yarpaqlarında 40 

mq% E vitamini vardır. 

Zirincdən təzə halda çox az istifadə edilir. Bundan sirkə,  şərab, jele, 

mürəbbə,  şirə, spirtsiz içki, konfet və karamel içliyi və tamlı qatqı hazırlayır və 

qurudurlar. Bir qədər kal yığılmış meyvələrini qurudur və sumaq əvəzinə tamlı 

qatqı kimi istifadə edirlər. Zirinci şorabaya da qoyurlar. Meyvəsindən alınmış 

cövhərdən likör və qazlı içkilər hazırlanır. 

Zirinc meyvəsindən xalq təbabətində sinqa, raxit, qanazlığı, isitmə, mədə-

bağırsaq xəstəliklərinin müalicəsində istifadə edirlər. Zirinc mürəbbəsi sarılığın 

müalicəsində  tətbiq edilir. Zirincin yarpaqlarında berberin alkaloidi vardır. Ona 

görə  də yarpaqlarından alınmış spirtli cövhərdən daxili qanaxmalarda müalicəvi 

vasitə kimi istifadə edilir. Yarpaqlarında, həmçinin A və C (130 mq%) vitaminləri 

vardır. Zirinc çiçəklərindən dəmlənmiş çay öskürəyə qarşı içilir. Zirinc balverən 

bitki kimi də  məşhurdur. Hər çiçək 0,121-0,611 mq şəkəri olan nektar verir. 1 

hektar sahədən 230 kq-a qədər bal əldə etmək mümkündür. Zirinc balı qızılı-sarı 

rəngdə və ətirli olur. 

Itburnu. Qızılgülçiçəklilər fəsiləsinin qızılgül cinsinə mənsubdur. Bu cinsin 

300 növündən Azərbaycanda  42 növ itburnu rast gəlinir ki, bunların 36-ı 

yabanıdır. Sənaye üçün 2 növ daha əhəmiyyətlidir. Bunlar qəhvəyi və  qırışıq 

itburnulardır. 

Qəhvəyi itburnu kol halında 2 m-ə  qədər hündürlükdə bitir. 20-25 il ömrü 

olur. Hər koldan 1-3 kq, 1 hektardan isə 700-1000 kq meyvə verir. C vitamininin 

miqdarına (5-7%, bəzən 14%) görə 1-ci yer tutur. 

Qırışıq itburnu qəhvəyi itburnuya nisbətən Azərbaycanda azdır. Lakin 

bunun məhsuldarlığı daha yüksəkdir. Hər koldan 3-4 kq, 1 hektardan isə 3 tona 

qədər məhsul yığılır. Meyvəsi 6-16 qr-dır. Itburnu may-iyunda çiçəkləyir. 




 

 

149



Çiçəkləri açıq və tünd çəhrayı rəngdə olmaqla ətirlidir. Meyvəsi avqust-sentyabrda 

yetişir. Vitamin C yetişmə müddətində artır. Ona görə  də yetişmiş meyvələr 

dərilməlidir.  Şaxtalar düşənədək itburnu yığılmalıdır. Çünki şaxta vurduqda C 

vitamini azalır. 

Yığılmış meyvələr 5 sm qalınlığında sərilir və 2 gündən çox olmayaraq 

saxlanılır. Sonra zədəli və kal meyvələr seçilir. 80-100

0

S temperaturda qurudulur 



və yenidən xarab olmuşlar təmizlənir. Beləliklə, əldə edilmiş quru itburnu müvafiq 

şəraitdə 2 ilə qədər saxlanıla bilər. 

Itburnuda C vitamini birinci dəfə 1931-ci ildə tapılmışdır. Lakin bundan çox 

əvvəl Rusiyada itburnu dişlərin dibindən qan axmaya, yəni C-avitaminoza qarşı 

tətbiq edilirdi. Itburnu əbəs yerə vitamin daxılı adlandırılmamışdır. Onun 

tərkibində C vitamini ilə yanaşı 48-50 mkq% B

1

, 30-73 mkq% B



2

, 1,5-9,7% P, 0,1 

mq% K, 0,69-2,4 mq% E (toxum yağında 300 mq%), 5-20,7 mq% karotin 

(provitamin A) və 0,1-0,19 mq% B

c

 vitamini (fol\ turşusu) vardır. 



Vitaminlərdən başqa itburnuda 18%-ə  qədər  şəkər, 3,7% pektinli maddə, 

1,25-2,5% üzvi turşu (alma turşusuna görə), 4,2% pentozanlar, rəngləyici maddələr 

və 4,5% mineral maddələr vardır. 

Ev  şəraitində itburnu dəmləmək üçün bir xörək qaşığı itburnu (20 qr) bir 

stəkan su ilə  şüşə  və ya emallı  ağzı örtük qabda 10 dəq qaynadırlar. Ağzını 

açmadan bir sutka saxlayıb, sonra ikiqat tənzifdən süzür və gündə iki dəfə bir və ya 

yarım stəkan içirlər. Dadını yaxşılaşdırmaq üçün şəkər və ya şərbət qatmaq olar. 1-

3 yaşında uşaqlara 1/4 stəkan, 3-7 yaşındakılara isə yarım stəkan vermək olar. 

Itburnudan kompot, kisel və yarı bölüb toxumlardan təmizlədikdən sonra 

mürəbbə hazırlamaq olar. Onu təzə halda da yeyirlər. Sənayedə itburnudan 

poroşok, tabletka və  şərbət hazırlayırlar. Sarılığa qarşı  və ödqovucu kimi tətbiq 

edilən «Xolosas», əsasən itburnu meyvəsindən hazırlanır. 

Itburnu xalq təbabətində  qədimdən istifadə edilir. Itburnu soyuqdəyməyə, 

böyrək və qaraciyər xəstəliklərində, öd və sidikqovucu kimi tətbiq edilir. Itburnu 

çiçəyindən dəmlənmiş çay qızdırmaya qarşı təsiredici vasitədir. 



Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə