Microsoft Word meyve terevez



Yüklə 2,37 Mb.
Pdf görüntüsü
səhifə41/120
tarix17.01.2018
ölçüsü2,37 Mb.
#21189
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   120

 

 

143



dərəcədə şirin olur. Tam yetişməmiş meyvələrdə aşılayıcı maddələrin miqdarı çox 

olduğundan ağız büzüşdürücüdür. Çəyirdəyi çox bərkdir, ucları şiş və ya küt olur. 

Zoğalın tərkibində 10%-ə  qədər  şəkər (əsasən invert şəkəri), 2-3,5% üzvi 

turşu, 0,62-1,6% pektinli maddə, 1,14% azotlu maddə, 1,03% sellüloza, 1,18% 

minerallı maddə, 0,71-1,24% aşılayıcı  və  rəngləyici maddə vardır. Zoğalın 

tərkibində 55 mq%-ə  qədər C vitamini olduğundan sinqa əleyhinə  tətbiq edilir. 

Zoğalın ətri onun tərkibindəki efir yağının miqdarından asılıdır. Çəyirdəyində 30% 

yağ olur. 

Zoğaldan şirə, mürəbbə, kompot, povidlo, jele, pastila, şərbət, spirtli içkilər 

(likör, nalivka, punş, şərab, araq), sirkə, sərinləşdirici içkilər, lavaşana hazırlanır. 

Zoğal çəyirdəkli və çəyirdəksiz qurudulur. Qurudulmuş zoğal axtası və tamlı zoğal 

ekstraktı (məti) aşpazlıqda işlədilir. 

Zoğal texniki yetişmə dövründə  dərilir. Lavaşana, sirkə  və  şirə hazırlamaq 

üçün dərilmiş meyvələr saxlanılır və yumşaldılır (lalıxlayır). 

Zoğalın büzüşdürücü xassəsi və  tərkibində fitonsidlərin olması, ondan 

müalicəvi məqsədlə  mədə-bağırsaq xəstəliklərində istifadə olunmasına imkan 

verir. Ishala qarşı zoğalın sulu məhlulundan istifadə edilir, uşaqlara isə zoğal kiseli 

verilir. Zoğal mürəbbəsini qarın ağrısına və soyuqdəyməyə qarşı  tətbiq edirlər. 

Maddələr mübadiləsinin pozulmasında, qan azlığında və  dəri xəstəliklərində 

zoğaldan istifadə olunur. 

Zoğalın yarpaqlarından və cavan budaqlarından alınan sulu məhlul öd və 

sidikqovucu vasitə kimi istifadə edilir. Zoğalın kökləri və oduncağının qabığı xinin 

əvəzində isitməyə qarşı tətbiq edilir. Bəzi yerlərdə cavan yarpaqlarını qurudub çay 

əvəzinə işlədirlər. 

Zoğal bütün meyvələrdən  əvvəl çiçəkləyir. Çiçəkləri  ətirli və çox nektarlı 

olduğundan arılar sarı tozcuqlarla birlikdə zoğal nektarını çox həvəslə toplayırlar. 

Oduncağı sarı  rəngdə, olduqca möhkəmdir.  Şəmşid ağacı kimi bərk 

olduğundan toxuculuq alətləri (eşmə aləti, məkik, masura, mil) hazırlamaq üçün 

işlədilir. 



 

 

144



Göyəm.  Qızılgülçiçəklilər fəsiləsinin gavalı cinsinə aiddir. Şimali 

Qafqazda, Zaqafqaziyada, Krımda bitir. Ukrayna, Belorusiya və 

Latviyada da rast gəlinir. 

Göyəm, yarpaqları  əmələ  gəlməmiş, erkən yazda – aprel-mayda 

çiçəkləyir. Meyvələri iyul-avqustda yetişir. Qışa qədər budaqlardan 

tökülmür. Meyvə saplaqları  qısa və tüksüzdür. Meyvələri yumru, tünd, 

qara-bənövşəyi rəngdə olur. Üzəri qalın, ağ mum tozu ilə örtülüdür. 

Ətliyi yaşıl rəngdə turşaşirin və gərdir (büzüşdürücüdür). Azərbaycanda 

meyvələri çox iri, şirin və dadlı bağ göyəm sortları vardır ki, bunlara el 

arasında Xangöyəm deyilir. 

Göyəmin tərkibində 8%-ə qədər şəkər (fruktoza və saxaroza), 2,5% 

üzvi turşu (əsasən alma), 1% pektinli maddə, 1,5% aşılayıcı maddə, 

vitamin C və  rəngləyici maddələr vardır. Dadı  gər olduğundan təzə 

halda yeyilmir. Göyəmdən mürəbbə, povidlo, kompot, «ternovka» adlı 

spirtli içki, sirkə, kvas hazırlanır. Qurudulmuş meyvələri aşpazlıqda 

işlədilir. Duza qoyulmuş göyəm çox dadlı olur. 

Meyvələri  şaxta vurduqda dadı  şirinləşir və  təzə halda yeyilmək 

üçün yararlıdır. Çəyirdəyində 37%-ə  qədər yağ vardır. Tərkibində acı 

amiqdalin qlükozidi olduğundan texniki məqsədlər üçün işlədilir. 

Yarpaqlarında 222 mq% C vitamini vardır. Çay əvəzedicisi kimi 

işlədilir. Həm də bundan sidikqovucu və maddələr mübadiləsini 

yaxşılaşdıran vasitə kimi istifadə edilir. Təzə göyəm şirəsi ishala qarşı, 

qatılaşdırılmış isə qanlı ishala qarşı  təsiredici vasitədir. Göyəm 

çiçəklərindən alınan sulu məhlul isə işlətmə dərmanı kimi tətbiq olunur. 




 

 

145



Göyəm həm də balverən və  bəzək bitkisidir. Mədəni gavalı 

göyəmlə alçanın təbii hibridindən əmələ gəlmişdir. 



Daryarpaq iydə. Iydəçiçəklilər fəsiləsinin iydə cinsinə mənsubdur. 

45 növ ağac və meyvə kolundan yabanı halda 2 növü yayılmışdır. Iydə 

yabanı halda Şimali Qafqazın  şərq rayonlarında, Azərbaycanın Kür və 

Araz çaylarının kənarlarında geniş sahələr tutur. Bu bitkinin yararlı 

mədəni sortları Azərbaycanın aran hissələrində olduqca çoxdur. 

Iydə 3-7 m hündürlükdə olur. Yabanı iydənin hündür və kol 

halında bitən formaları vardır. Yabanı  ağacları balaca tikanlıdır. 

Yarpaqları uzunsov-oval, yaşıl-gümüşü rəngdədir. 

May-iyunda çiçəkləyir. Çiçəkləri  ətirli olub, 1-3 ədəd yarpaq 

qoltuğunda açılır. Dördləçəklidirlər. Ləçəyin xarici hissəsi parlaq 

gümüşü, iç hissəsi sarıdır. 4 erkəkciyi və bir dişiciyi vardır. 

Iydənin meyvələri sentyabr-oktyabrda yetişir. Çəyirdəyinin üzərini 

meyvənin unlu ətliyi bürüyür. Çəyirdəyi uzunsov-oval şəklindədir, ətliyi 

şirin və azacıq turşumtuldur. Yabanı iydələrin meyvələri dadsız və  gər 

olur. Meyvəsinin qabığı boz sarı, tünd darçını, qırmızı rəngdə olur. Unlu 

ətliyə yapışmır, yeyiləndə kənar edilir. 

Iydənin meyvəsi çox qidalı  və uzun müddət saxlanılmağa 

davamlıdır. Ətliyi meyvəsinin 52%-ni təşkil edir. Tərkibində 40% şəkər, 

o cümlədən 20% fruktoza, 10% üzvi turşu, rəngləyici maddələr, kalium 

və fosfor duzları vardır. Yarpaqlarında 350 mq% C vitamini, oduncaq 

qabığında və  çəyirdəyində isə alkaloid vardır. Meyvəsi təzə halda 

yeyilir, ondan hazırlanmış unu çörəyə,  şorbaya və başqa yeməklərə 




 

 

146



qatırlar. Təzə meyvələrindən spirt alırlar. 100 kq iydədən 13 litr spirt 

almaq olar. 

Qarın xəstəlikləri üçün iydə unundan hazırlanmış horra olduqca 

xeyirlidir.

 Iydə həm də balverən bitkidir. 

4.3.3. Giləmeyvələr 

 

Meşə üzümü. Üzüm fəsiləsinin üzüm cinsindəndir. Üzüm cinsinin 70 

növündən bir növünə – meşə  üzümünə Azərbaycanda daha çox rast gəlinir. 

Yabanı meşə üzümü Qafqazda və Orta Asiyada da yayılmışdır. Yabanı meşə 

üzümünün müxtəlif formaları olduğundan bəzən ayrı-ayrı formalar növmüxtəlifliyi 

kimi təsvir olunur. Meşə üzümü üzümçülük rayonlarının meşələrində bitir. Lakin 

Amur üzüm isə mədəni üzümçülüyü olmayan Uzaq Şərqdə yayılmışdır. 

Meşə üzümü iyun-iyulda çiçəkləyir. Meyvələri sentyabrda yetişir. Meşə 

üzümünün gilələri xırda, tünd bənövşəyi, qara, yaşıl rəngdə olur. Salxımları balaca 

olmaqla, çəkisi 40-60 qr-a qədərdir. Dadı turş  və ya turşa-şirindir. Aşılayıcı 

maddəsi çox olduğundan gərdir. Tərkibində 10-13% şəkər, 1,2-2%-ə  qədər üzvi 

turşu vardır.  Şirəsinin çıxarı 54%-dir. Tumunda 8-20% yeməyə yararlı yağ olur. 

Qovurduqda qəhvə əvəzedicisi kimi istifadə edilir. Meşə üzümü təzə halda yeyilir

ondan  şirə,  şərab, nastoyka, sirkə, kisel, kompot, mürəbbə hazırlanır. Meşə 

üzümünü qurudurlar, bəzən qışa saxlamaq üçün şorbaya da qoyulur. 

Xalq təbabətində meşə üzümündən ağ ciyər sətəlcəmində, öd kisəsində daş 

olduqda və mədənin selikli qişasının xroniki iltihabında istifadə edilir. 

Firəng üzümü. Daşdələnkimilər fəsiləsinə  mənsub olub, 50-dən çox növü 

vardır. Azərbaycanda 2 növü yabanı halda bitir. Yabanı halda Qərbi Avropada və 

Qafqazda yayılmışdır. O, çoxbudaqlı koldur. 

Firəng üzümü mayda çiçəkləyir. Xırda yaşılımtıl çiçəkləri  şivlərdə  tək 

saplaqda yerləşir. Meyvəsi iyul-avqustda yetişir. Meyvəsi yumru və ya oval 

formalıdır. Meyvələrinin rəngi yaşıl, sarı, ağ, qırmızı, tünd qırmızı, qara olur. Dadı 




Yüklə 2,37 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə