203
korlayır və onları fitopatogen xəstəliklərə qarşı həssas edir. Yüksək rütubət
xəstəliyin əmələ gəlməsini ləngidir. Xəstəliyin səbəbi az öyrənilmişdir.
Qəhvəyi ləkəlilik, əsasən sitrus meyvələrində rast gələn xəstəlikdir.
Meyvənin qabığında qəhvəyi rəngli batıq ləkələr görünür. Xəstəliyi qabıqda olan
efir yağlı toxumaların parçalanması törədir. Qəhvəyi ləkəlilik meyvənin xarici
görünüşünü korlayır və onu saxlanılmağa davamsız edir. Standarta görə meyvədə
müəyyən ölçüdə qəhvəyi ləkəliliyin olmasına yol verilir.
Sulanma xəstəliyinə bir çox alma sortları (Anton, Papirovka, Kağız reneti,
Ağ Həştərxan və s.) tutulur. Xəstəlik nəticəsində alma toxumalarının arası su ilə
dolur və ətlikdə şəffaf, şüşəyəbənzər hissəciklər əmələ gəlir. Sulanma zamanı
almanın çəkisi artır. A.F.Cəfərovun məlumatına əsasən, sulanma xəstəliyinə
tutulmuş meyvələrdə suyun miqdarı adi meyvədəkindən orta hesabla 3% çoxdur.
Almanın qış sortları sulanma xəstəliyi keçirdikdən 1-2 ay sonra başqa
xəstəliklərə tutulurlar.
Köpmə xəstəliyinə tutulmuş almanın ətliyi boş, dağılan quru, qabığı bəzi
yerlərdə şişkin və qopuq olur. Ən çox almanın Ağ qəlvil, Simerenko reneti, Ağ
naliv, Napoleon, Sarı belfler və s. sortları bu xəstəliyə tutulur. Meyvə yetişib
ötdükdə də bu xəstəlik müşahidə edilə bilər. Köpmə xəstəliyinə tutulmuş meyvələr
əmtəə görünüşünü itirir və saxlanılmağa davamsızdırlar. Onlarda qabaqca fizioloji-
biokimyəvi proseslər sürətlənir, saxlanılmanın sonunda isə toxumalar arasında
əlaqə pozulduğundan bu proseslər kəskin surətdə aşağı düşür.
Gavalıda köpmə xəstəliyi meyvə yetişdikdə və dərildikdən sonra müşahidə
edilir. Meyvənin çəyirdəyi inkişaf etmir və beləliklə, köpmüş meyvə əmələ gəlir.
Köpmüş meyvələr sağlam meyvələrdən iri olur, lakin meyvə yanlığının şirəli
hissələri qırışır və dadını tamamilə itirir. Zədələnmiş meyvələr yeyilməyə yaramır.
Tərəvəz bitkilərində fizioloji xəstəliklərdən kartof ürəkciyinin tündləşməsi
xəstəliyinə, paslı ləkəliliyə, anaerobioza, kələmdə qoxarcaya və nöqtəli nekroza
rast gəlinir.
204
Kartof ürəkciyinin tündləşməsi saxlanılmaq üçün yığılmış kartofda 3-5
aydan sonra müşahidə edilir. Kartof yumrusunun xarici görünüşünün
dəyişməməsinə baxmayaraq, onun içində odunlaşmış hissəciklər olur. Kartofun
havası yaxşı dəyişilməyən vaqonlarda daşınması, oksigenin çatışmaması və karbon
qazının həddindən artıq olması, həmçinin saxlanılma temperaturunun yüksəkliyi
kartofun ürəkciyinin tündləşməsinə səbəb olur. Bəzi tədqiqatçılar bunu
aminturşusu tirozinin oksidləşib melaninlər əmələ gətirməsi ilə izah edirlər.
Kartofun 3-4
0
C temperaturda, havası yaxşı dəyişdirilən anbarlarda saxlanılması
xəstəliyin qarşısını alır.
Kartofun paslı ləkəlilik xəstəliyi onun yetişməsi zamanı mineral
qidalanmanın pozulmasından irəli gəlir. Bu xəstəliyi kartofun kəsiyindəki boz-sarı
ləkələrin olması ilə müəyyən etmək mümkündür. Gecyetişən kartofda paslı
ləkəlilik xəstəliyinə tutulmuşların 2%-ə qədər olmasına yol verilir.
Anaerobioz fizioloji xəstəlik olub, kartof toxumalarında oksigenin
çatışmaması karbon qazının həddindən artıq olması nəticəsində baş verir.
Xəstələnmiş kartof yumruları tutqun göy çalarlı olur. Kartofun qabığı asan soyulur,
ətlik selikləşir. Anaerobiozla zədələnmiş kartof yumrusunda spirt və asetaldehid
çox olduğundan yaş çürümə əmələ gətirən mikroorqanizmlər tərəfindən parçalanır
və xoşagəlməz iy verir.
Kələmdə qoxarca (tumak) xəstəliyi kələmi mənfi temperaturda uzun müddət
saxladıqda baş verir. Kələm içindən tündləşir, lakin xarici görünüşü sağlam olur.
Saxlanılma zamanı daxili zədələnmiş yarpaqlarda üzvi maddələr parçalanır və
kəskin iy əmələ gəlir. E.P.Şirokovun məlumatına əsasən, Amager sortlu kələmdə
mənfi 2
0
C-də 3-4 həftədən sonra, mənfi 4
0
C-də 1 həftə ərzində qoxarca xəstəliyi
müşahidə olunur. Mənfi 1
0
C-də isə bu xəstəlik müşahidə edilmir.
Kələmdə nöqtəli nekroz xəstəliyi onun yarpaqlarının qaralmasına səbəb olur.
Bu xəstəlik yarpağın epidermis və parenxim toxumasının bir neçə qatını zədələyir.
Nöqtəli nekroz daxili yarpaqlarda da ola bilər. Onun baş verməsinə səbəb
toxumaların artıq miqdarda müəyyən tərkibli azotlu maddə sintez etməsidir. Həmin
205
artıqlıq maddələr mübadiləsi zamanı tam istifadə edilmir və oksidləşib nekroz
əmələ gətirir.
Yuxarıda göstərilən xəstəliklərin qarşısını almaq üçün meyvə və tərəvəz
məhsullarının saxlanılması zamanı optimal temperatur rejiminə və nisbi rütubətə
daim nəzarət edilməli, onların keyfiyyəti vaxtaşırı yoxlanılmalı, bu və ya başqa
xəstəlik göründükdə dərhal mal partiyası satışa verilməlidir.
206
VI FƏSIL.
MEYVƏ VƏ TƏRƏVƏZIN SAXLANILMASI
6.1. Meyvə və tərəvəzin saxlanılması zamanı baş verən proseslər
Meyvə və tərəvəz canlı orqanizm olduğundan saxlanılma zamanı onlarda
mürəkkəb proseslər gedir. Bunlara fiziki dəyişikliklər, daşınması və saxlanılması
zamanı onların istehlak xassələrinin və kmyəvi tərkibinin dəyişməsi, həmçinin
fizioloji-biokimyəvi proseslər aiddir. Bu proseslər məhsulun keyfiyyətinə və
saxlanılmasına təsir göstərir.
Saxlanılma obyekti kimi meyvə və tərəvəz məhsulları bitkilərin müxtəlif
orqanlarından alınır. Meyvə-giləmeyvələr və meyvəli tərəvəzlər bitkilərin çoxalma
orqanları olub, yumşaq meyvə yanlığından və toxumdan ibarətdir. Kartof, soğan,
kələm, meyvəköklülər bitkilərin vegetativ orqanlarından ibarətdir.
Saxlanılma zamanı meyvələrdə baş verən əsas proseslərdən biri toxumun və
meyvə yanlığının yetişməsidir. Bu gövdə-ağac üzərində başlayıb saxlanılma
dövründə də davam edir. Saxlanılma zamanı yetişmə prosesində meyvələrin dadı
və ətri yaxşılaşır, rəngi dəyişib tündləşir. Ətliyi yumşalır. Yetişib ötmə meyvələrin
həyatının son mərhələsini təşkil edir. Bundan sonra yetişmə prosesi davam edirsə,
meyvə puç olur. Ona görə də saxlanılma zamanı meyvə-tərəvəzin yetişib ötməsi
prosesini nizamlamaqla saxlanılma müddətini uzatmaq mümkündür.
Vegetativ tərəvəzlər saxlanılma zamanı inkişaf edirlər. Onlarda tumurcuq,
çoxalma orqanlarının ilk cücərtisi əmələ gəlir. Onlar vegetativ inkişaf
mərhələsindən generativ inkişafa keçirlər. Bir çox tərəvəz məhsulları yığıldıqdan
sonra sakitlik dövrü keçirir. Çünki saxlanılma zamanı onlarda müəyyən dövrdə
cücərmə prosesi getmir. Məsələn, kartofun saxlanılmasının ilk dövrü sakitlik dövrü
adlanır. Soğan və sarımsaqda sakitlik dövrü zəif olur. Kökümeyvəlilər və kələmdə
sakitlik dövrü olmur. Sakitlik dövrü 3 fazaya ayrılır. Birinci faza sakitliyə keçid,
qoruyucu toxumaların yaranması və müəyyən zədələrin sağalması dövrüdür.
Dostları ilə paylaş: |