Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1


“Qəbələ konserv zavodu Gilan” MMC



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə18/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   14   15   16   17   18   19   20   21   ...   141
2017-1715

“Qəbələ konserv zavodu Gilan” MMC.
Müəssisə Azərbay-
can Respublikasının Qəbələ şəhərində yerləşir. “Gilan Holdinq”in 
tərkibinə daxildir. 2007-ci ilin iyun ayında təsis edilmişdir. 13 ha-
lıq ərazidə yerləşir. Ildə 70 min ton meyvə və 210 min ton meyvə 
şirəsi emal etmək gücünə malikdir. 
Burada İtaliya, Almaniya, Türkiyə və İsveçrənin avadavlıqları 
qurulmuşdur. Məssisədə nektarlar və müxtəlif yarımfabrikatlarla 
yanaşı meyvə şirələri də buraxılır. Məhsulları daxili bazarlarla ya-
naşı Turkiyə, ABŞ, Fransa, Almaniya, Rusiya, Belarus, İngiltərə, 
Yunanıstan və başqa ölkələrə ixrac olunur. 240 nəfərə yaxın işçisi 
var.
Gilan Qəbələ konserv zavodunun əsas aparıcı qolu olan təbii 
meyvə şirələri və nektar məhsullarının hazırlanması 7 istehsal xət-
ti üzrə gedir. 


63 
2 istehsal xəttində şüşə qablaşdırma, 5 istehsal xəttində isə 
məhsullar Tetra-pak qablaşdırma ilə istehsal olunur. Burada “Jalə” 
və “Zolotoy sad” içkiləri artıq brendə çevrilmişlər. 
Cənubi Qafqaz regionunda istehsal gücünə görə ən iri meyvə 
emalı müəssisələrindən olan Qəbələ Konserv Zavodu çox gənc ol-
masına baxmayaraq, artıq dünya standartlarına cavab verən dadlı-
ləzzətli məhsulları ilə seçilməkdədir.
Bütün beynəlxalq keyfiyyət sertifikatlarına malik olan məhsul-
lar istehsalında başlıca prınsiplərdən biri də məhz, yerli şəraitdə 
yetişən xammaldan istifadədir. Bu məqsədlə Qəbələ Konserv Za-
vodu yerli fermerlərin köməyi ilə ölkənin bütün regionlarından 
meyvə və tərəvəz məhsulları tədarük edir.
Gilan Qəbələ Konserv Zavodunda iş – meyvə və tərəvəz məh-
sullarının qəbulundan başlayaraq qablaşdırmaya qədər mövçud 
olan bütün prosesləri əhatə edir. Əsas istehsal bölmələrinə - mey-
və şirəsi və nektar istehsalı; püre və konsentrat istehsalı; meyvə 
dilimləri konservlərinin istehsalı daxildir. Ən son texnologiya ilə 
təhciz olunmuş Gilan Qəbələ Konserv Zavodunun laboratoriyası 
məhsulların yüksək keyfiyyətinə və istehsalı prosesinə nəzarət 
edir.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə