Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1


“Lənkəran konserv zavodu” MMC



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə19/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   15   16   17   18   19   20   21   22   ...   141
2017-1715

“Lənkəran konserv zavodu” MMC
. Azərbaycan Respublika-
sı Lənkəran rayonu Sutamurd qəsəbəsində yerləşir. “Gilan Hol-
dinq” MMC-nin tərkibinə daxildir. 2010-cu ilin avqust ayında tə-
sis edilmişdir. Müəssisənin avadanlıqları İtaliyada istehsal olun-
muşdur. Burada meyvə şirələri ilə yanaşı geniş çeşiddə kompotlar 
və tərəvəz konservləri istehsal olunur. Müəssisənin 80 nəfər işçisi 
var.
Zavodda saatda 5 000 litr istehsal gücünə malik 2 axın xətti 
vardır. Həmçinin müəssisədə meyvə püresi və aseptik doldurulan 
tomat pastası istehsal edən xətt fəaliyyət göstərir. Məhsulları 
“Bağdan” ticarət nişanı ilə istehsal edilir. Məhz yüksək keyfiyyət 
və dadına görə Gilan Lənkəran Konserv Zavodu məhsulları bey-
nəlxalq sərgilərdə qızıl medal və diplomlarla təltif edilmişdir. Da-
xili bazarla yanaşı məhsulları həm də xarici ölkələrə - MDB, Av-


64 
ropa, ABŞ, Asiya, Avstraliya və Yeni Zelandiyaya ixrac edilir. 
“Az nar” ASC.
“Az nar” Açıq Tipli Səhimdar Cəmiyyəti 
Azərbaycan Respublikasının Bakı şəhərində yerləşir. 2006-cı ilin 
iyun ayından təsis olunmuşdur. Burada əsasən İtaliya, Almaniya 
və Rusiya istehsalı olan avadanlıqlardan istifadə olunur. Şirələr-
dən - nar, üzümlə nar, alma-üzüm, alma, qatılaşdırılmış nar şirəsi; 
souslardan - nar şərab istehsal olunur. İstehsal olunan məhsullar 
daxili bazarla yanaşı Rusiya, Ukrayna, Almaniya, ABŞ, Yeni Ze-
landiya, Yaponiya və başqa ölkələrə ixrac olunur. Müəssisədə 102 
nəfər işçi çalışır. 
“Balakans” MMC.
“Balakans” Məhdud Məsuliyyətli Cəmiy-
yət Azərbaycan Respublikasının Balakən şəhərində yerləşir. 2006-
ci ilin iyul ayinda yaradılmışdır. Zavodda əsasən İsveç istehsalı 
olan avadanlıqlar qurulmuşdur. Burada kompot, içkilər, geniş çe-
şiddə mürəbbələrlə yanaşı meyvə şirələri də istehsal olunur. Mü-
əssisə daxili bazarla yanaşı Rusiya, Ukrayna, Qazaxıstan və başqa 
ölkələrə məhsul ixrac edir. Müəssisədə 150 nəfər çalışır. 


Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə