Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə22/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   18   19   20   21   22   23   24   25   ...   141
2017-1715

 
2.1.2. Çəyirdəklilər
Albalı 
– yayılmasına görə almadan sonra ikinci, çəyirdəkli 
meyvələr arasında isə birinci yeri tutur. O, qışa davamlı olması və 
məhsuldarlığı ilə fərqlənir. Albalının meyvələri zərif, möhkəm və 
müxtəlif rəngə malik qabıqla örtülür. Rəngi açıq-qırmızıdan, tünd 
qırmızıya qədər ola bilir. Albalı təzə halda, eləcə də kompot, mü-
rəbbə, şirə, şərbət, nalivka hazırlamaq üçün istifadə olunur. 
Albalının tərkibində əsasən qlükoza, fruktoza və az miqdarda 
(1%-dən az) saxaroza, turşulardan isə alma turşusu vardır. Şəkər 
və turşunun miqdarı yerli şəraitdən asılı olaraq 11,3-17,0%-ə qə-
dər, C vitamini isə 10-20 mq% olur. Albalı həmçinin makro- və 
mikroelementlərlə, pektin və digər qiymətli maddələrlə zəngindir. 
Albalı sortları yetişmə müddətinə görə faraş-iyunun sonunda 
yetişənlər; orta – iyulun birinci yarısında və gec – iyulun sonu – 
avqustun əvvəlində yetişənlər kimi fərqləndirilir. 
Albalı sortları iki qrupa bölünür: qriotlar və amorellər. Qriotla-
rın meyvələri tünd – qırmızı, şirəli, turşaşirin, yaxud turş olur. Bu 


71 
qrupa aşağıdakı sortlar daxildir. Vladimirskaya, Lyubskaya, Şu-
binka, Anodolskaya, Lotovaya, Melitopolskaya, Desertnaya, Plo-
dorodnaya, Miçurina və b.; amorellərin meyvələri açıq rəngli və 
şirəli olub, qriotlara nisbətən az miqdarda turşulara malik olur. Bu 
qrupa Severnaya, Sklyanka, Bolşoy pobeq, Monmoranski və s. 
sortları daxildir. 
Albalı mənfi 1-dən müsbət 1
0
C arasında, nisbi rütubətliyi 85-
90% olan havada 1-2 həftə saxlanır. Tənzimlənən qaz mühitində 
saxlanma müddəti bir aydır. 
Gilas.
Zaqafqaziya, Orta Asiya respublikalarında, Krasnodar, 
Krım, Moldovada geniş becərilir. Ukraynada formasına, quruluşu-
na və tərkibinə görə albalıya oxşayır. O, adətən iri, şirin və dadlı 
olur. Kimyəvi tərkibi isə orta hesabla 85% su, 11,5% şəkər, 0,8% 
turşu, 0,1% aşı, 0,6% pektin maddəsindən və 15 mq% C vitami-
nindən ibarətdir. Gilas təzə halda, həmçinin kompot, şirə, qurut-
maq və dondurmaq üçün də istifadə olunur.
Gilasın bütün pomoloji sortları lətinin sıxlığından asılı olaraq 
iki qrupa bölünür: biqaro və qini. Biqaro meyvələri cıx lətli, nəq-
liyyata yaxşı davamlı olub, əsasən konservləşdirmə üçün istifadə 
olunur. Bu qrupa sarı Droqan, Sarı Dayver, Qırmızı və Qara Na-
paleon, Frans İosif, Jalube və başqa şortalar aiddir.
Qini – meyvələri sulu lətə malik olub, əsasən təzə halda istifa-
də olunur. Bu qrupa Hayta, Aprelka, May tez yetişəni, Tezyetişən 
qara və b. sortlar daxildir. 
Ərik.
Orta Asıya, Zaqafqaziya respublikalarında, Dağıstan və 
Ukraynanın cənub rayonlarında becərilir. Ərikdən təzə halda, qurut-
maq üçün, eləcə də kompot, mürəbbə, marmelad, jele, şirə istehsa-
lında istifadə olunur. Əriyin toxumu isə yağlar və zülallarla zəngin 
olduğundan qənnadı məhsulları istehsalında geniş tətbiq olunur.
Əriyin meyvəsində (2,8-15,8%) saxaroza, (0,1-3,0%) qlükoza 
və fruktoza olur. Turşuların ümumi miqdarı (alma, limon və şə-
rab) 0,2-2,5% arasında dəyişir. Ərik jele yaratmaq xassəsi verən 
pektin maddələri ilə zəngindir. Bununla yanaşı meyvələr 0,82-
1,29% azot, 0,06-0,11% fenol maddələri, 0,38-0,50 sellüloza, 0,6-


72 
0,86% mineral maddələrə malik olur. 
Vitaminlərdən üstünlük təşkil edən karotindir (1,27mq%). 
Mənşəyinə və bioloji xüsusiyyətlərinə görə ərik sortları aşağıdakı 
üç qrupa bölünür: Orta Asiya, İran-Qafqaz və Avropa. Orta Asiya 
sortları əsasən qurutmaq üçün istifadə olunur. Bu qrupa daxil olan 
sortların meyvələri xırda, yaxud orta böyüklükdə, yüksək şəkər və 
aşağı turşuluğa malik olur. Bu sortlardan Kandak, İsfarak, Qaysı, 
Xurmayı, Xasaki, Kursadık, Cubxonı, Babai və s. göstərmək olar.
İran-Qafqaz sortlarının meyvələri əsasən orta böyüklükdə, zəif 
ətirli və az turşuluqda olur. Buraya süfrə, konserv və qurutmaq 
üçün olan sortlar daxildir.
Avropa qrupunun sortları iri və orta böyüklükdə olan meyvələ-
rə malik olub, xeyli dərəcədə turşuluq və “ərik” ətri ilə xarakterizə 
olunur. Bu, əsasən süfrə və konserv tipli ərikləri birləşdirir.
Süfrə - konserv sortların meyvələri iri, hamar, intensiv rəngə, 
xoşa gələn dada, şirəli lət və ətrə malik olması ilə fərqlənir. Təzə 
halda istifadə üçün ən yaxşı sortları Şalax, Nikitskiy, Komsomol-
çu, Ananaslı, Qırmızı Partizan, Axrori, Arzami, Abutalibi; kon-
servləşdirmək üçün isə Şalax, Ananaslı, Buxara və başqalarıdır. 
Pomoloji sortlarından asılı olaraq əriyi 5-20 gün müddətində 
1
0
-dən 0
0
C arasında, 90% nisbi rütubətdə saxlayırlar.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə