Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə25/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   21   22   23   24   25   26   27   28   ...   141
2017-1715

Firəng üzümü.
Firəng üzümləri ailəsinə daxil olan kol bitkisi 
olub, 50-dən çox növü birləşdirir. Qeyri qara torpaq zonasının ən 
əsas giləmeyvə bitkilərindən biridir. Yüksək məhsuldarlığı və 
nəqliyyata davamlığına görə başqa giləmeyvələrdən fərqlənir. Ye-


76 
tişməmiş vəziyyətdə - jele, mürəbbə, cem emalı üçün, yetişmiş isə 
şərab hazırlanmasına yaralıdır. Yetişmiş firəng üzümü təzə halda 
istifadə olunur.
Firəng üzümünün giləsi möhkəm qabığa və toxum yerləşmiş 
jele yaradan lətə malikdir. Müxtəlif sortlarında qabıq – yaşıl, sarı, 
ağ, qırmızı, tünd qırmızı və demək olar ki qara rəngdə ola bilir. 
Qırmızı meyvəli sortlar yaşıla nisbətən daha yaxşı saxlanır.
Sortundan və yetişdirildiyi şəraitdən asılı olaraq tərkibində 
11,4-21,4 % quru maddə, 0,54-2,35% turşu, 7,64-15,21% ümumi 
şəkər olur. C vitamini ilə zəngindir (26-57 mq%). 
Firəng üzümünün sortları morfoloji əlamətlərinə, yarpaq və gi-
ləmeyvəsinə görə fərqlənir. Giləmeyvənin fərqli sort əlamətləri 
bunlardır (iri kütləli – 20 qrama qədər, xırda 1,0-1,5mq), forması 
(dairəvi, dairəvi oval, yumurtavari, armudvari) yeyilən yetişkən-
likdə rəngi (ağdan - tünd rəngə qədər), qabığının qalınlığı, dadı 
(turşaşirin, şirin, çox yaxşı) və s. Yetişmə vaxtına görə sortlar tez, 
orta və gecyetişən olub, çərəz, təzə halda istifadə edilən və sənaye 
sortları kimi fərqləndirilir. 
Firəng üzümü 0
0
C-yə yaxın temperaturda və 90% nisbi rütubət-
də 2 həftə saxlanır. 
Quş üzümü
. Belorusda və MDB-nin şimal rayonlarında yayı-
lan yabanı giləmeyvədir. Ondan şirə, kisel, mürəbbə ekstrakt və s. 
hazırlanır. Quş üzümünün tərkibində 3% limon turşusu, 0,01-
0,04% benzoy turşusu və 2,6-5,7% şəkər (əsasən qlükoza və fruk-
toza) olur. Az miqdarda C vitamininə də (12-31 mq%) malikdir. 
Yaxşı konservləşdirici təsirli benzoy turşusunun yüksək miqdarı 
giləmeyvənin uzun müddət saxlanmasını təmin edir. Payız yığımı-
na nisbətən, qar altında qışı keçirmiş yaz yığımı pis qaldığı üçün 
onları çəlləklərdə su ilə saxlamaq olur. Payız yığımından alınmış 
quş üzümü təzə halda və dondurulmuş şəkildə saxlanır. Təzə quş 
üzümü yığımdan sonra bir il müddətinə qədər 3-5
0
C temperaturda 
saxlanır. Dondurulmuş quş üzümü yaza qədər saxlanır.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə