Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə27/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   23   24   25   26   27   28   29   30   ...   141
2017-1715

Böyürtkən.
Bu giləmeyvə moruqdan daha iri toxumluqlarına 
və meyvələrinin rənginə görə fərqlənir. Böyürtkənin tərkibində 7 
%-ə qədər şəkər, 1-2% turşu (alma, şərab, limon) olur. Ondan təzə 
halda və həmçinin şirə, şərbət, şərab, mürəbbə hazırlanmasında is-
tifadə olunur. Böyürtkənin mədəni sortlarına İ.V.Miçurin tərəfin-
dən alınmış İzobilnaya və Texas sortları aiddir. Onlar Krım və 
Qafqazda becərdilir. Giləmeyvələri iri, ətli və qara rənglidir. Ləti 
möhkəm, şirəli, tünd rənglidir. Böyürtkən yabanı halda iri çayların 
sahillərində və dağlarda bitir. Saxlanması moruq kimidir.
Çiyələk.
Daxil olduğu cins 50-yə yaxın növü birləşdirir. Sahə-
sinə görə giləmeyvələr arasında birinci yeri tutur. Çiyələk və bağ 
çiyələyi özünü yalançı meyvə kimi göstərir. MDB ölkələrində aşa-
ğıdakı növləri yetişdirilir: Lesnaya, Virkinskaya, Buxarskaya, Çi-
liyskaya, Sadovaya krupnoplodnaya. Bağ çiyələyinin məhdud ya-
yılmasının əsas səbəbi becərilməsinin ağır zəhmət tələb etməsi və 
az məhsuldar olmasıdır. Bağ çiyələyinin iki sortu məlumdur. 
Şpanka (adi bağ çiyələyi) və daha iri meyvə verən Milan çiyələyi. 
Bağ çiyələyinin tərkibində 80-85% su, 12-20% quru maddə (6-
11%-i şəkərlərin payına düşür), 1-2% üzvi turşular (çoxu limon, 


79 
azı alma turşusu), xeyli C vitamini (30-80%), fenol maddələri 
0,20%; azotlu maddələr 1%; yağlar 0,64%; sellüloza 1,55%; pek-
tin 1,27%; kül 0,5%; müəyyən miqdar B
1
vitamini, karotin, dəmir 
duzları, fosfor və kobalt tapılmışdır. 
Çiyələk təzə halda və həmçinin mürəbbə, cem, şərbət, şirə, 
ekstrakt, jele və kisel hazırlamaq üçün istifadə edilir. Yetişmə 
müddətinə görə çiyələk sortları tez, orta və gecyetişən olur. Gec-
yetişən sortlar o biri sortlara nəzərən təqribən 2 həftə gec yetişir. 
İstifadəsinə görə sortlar çərəz (giləsi zərif, ətirli, şirin dadlı), 
süfrə (daha sıx konsistensiyalı dadlı gilələr - yemək və şirniyyat 
şirələri hazırlamaq, eləcə də süfrəyə təzə halda verilmək üçün) və 
texniki (giləsi sıx, lətli, turşaşirin dadlı, termiki işləməyə - sterilizə 
etməyə, yaxud dondurulmağa davamlı) kimi fərqləndirilir. 
İri meyvəli bağ çiyələyinin tez yetişən sortları Poşinskaya, 
Vnuçka, Mısovka, Obilnaya; orta yetişənlərə - Festifalnaya, Zen-
qana, Komsomolka, Narodnaya, Talisman, Vımpel və s; gecyeti-
şənlərə - Poznaya Zaqorya, Traktorist və s. aiddir. 
Çiyələk 0-1
0
C temperaturda, 85-90% nisbi rütubətdə 5 günə 
qədər saxlanır.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə