Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə35/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   31   32   33   34   35   36   37   38   ...   141
2017-1715

Çuğundur.
Avropaya şərqdən gətirilmiuşdir. Bizim eradan 2 
min il əvvəl Assuriya, Vavilon və Azərbaycanda həm dərman həm 
də yarpaq tərəvəzi kimi becərildiyi məlumdur. Hazırda çuğundur 
dünyanın hər yerində yayılmışdır. Kökü meyvələri yaxşı saxlan-
maq xüsusiyyətinə malik olub, bütün ilboyu istifadə olunur. Çu-
ğundur şəkərlər və mineral maddələrlə zəngin olub, dad və müali-
cəvi xüsusiyyətlərinə görə qiymətləndirilir. 
Çuğundur azotlu maddələrin özünəməxsus tərkibi ilə fərqlənir. 
Buraya betanin (0,6-2,3%) və xolin daxildir. Bioloji fəal maddələ-
rə həmçinin polifenollar (90-103 mq/100 q), pektin (2,5%-ə qə-
dər) və rəng maddələri, xüsusilə də betain və betaksantin (250-400 


91 
mq/100 q) şəklində özünü göstərən müxtəlif betasinlər aiddir. Çu-
gundura fərdi dadı isə saponinlər verir.
Çuğundurda rəngləyici maddələrin olması ondan təbii qida 
rəngləyiciləri almaq üçün istifadə etməyə imkan verir. Çuğundu-
run kökümeyvəsi ilə yanaşı cavan yarpaqlarından da istifadə olu-
nur. 
Çuğundurun enerji dəyəri onun 100 q miqdarına 33 kkal təşkil 
edır. Tövsiyə olunan istehlak norması ildə 5,6 kq-dır. 
Çuğundurun təsərrüfat – botaniki sortlarının eyniləşdirilməsin-
də yetişmə müddəti, forması, lətin rəngi, kökümeyvənin kütləsi, 
saxlana bilməsi və qida keyfiyyəti kimi əlamətlərdən istifadə olu-
nur.
Yetişmə müddətinə görə çuğundurlar tez (vegetasiya müddəti 
100 günə qədər), orta (100-130 gün) və gec yetişən (130 gündən 
çox) olmaqla qruplaşdırılır. 
Ağ turp
– ikillik bitkidir. Vitaminlərlə, xüsusilə də C vitamini 
ilə zəngindir.
Ağ turpun 100 q yeyilən hissəsində vitaminlərlə yanaşı olur 
(qramla): su – 88,6, zülallar – 1,9; həzm olunan karbohidratlar 
(ümumi) – 7,0; mono – və dişəkərlər – 6,2; nişasta – 0,3; sellüloza 
– 1,5; üzvi turşular (alma turşusuna çevirməklə) – 0,1, kül – 1,0; 
mineral maddələr mq/100 q: natrium – 17, kalium – 357, kalsium 
– 35, maqnezium – 22, fosfor – 26, dəmir – 1,2. Ag turpun enerji 
dəyəri – 34 kkal/100 q təşkil edir.
Ağ turpda olan yod, efir yağları və digər birləşmələr patogen 
mikro-orqanizmlərə öldürücü təsir göstərir. Efir yağları (xardal, 
allil və b.) turpa özünəməxsus ətir, qlikozidlər isə (siniqrin, qlüko-
zamın və b.) – kəskin tam verir. Efir yağlarının miqdarı 0,1 – 
0,5% təşkil edir.
Ağ turp sortları kökümeyvənin kütləsinə və formasına, qabıq 
və lətin rənginə, dad keyfiyyətinə və saxlanma xüsusiyyətinə görə 
fərqlənir.
Ağ turp keyfiyyət göstəricilərinə görə standartın tələblərinə ca-
vab verməlidir.


92 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə