Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1


Xammalın zavoda qəbulu və saxlanması



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə43/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   39   40   41   42   43   44   45   46   ...   141
2017-1715

 
2.6. Xammalın zavoda qəbulu və saxlanması 
Emal müəssisəsi ilə xammalın yetişdirildiyi yer arasındakı mə-
safə bəzən böyük radiusda olur. Odur ki, xammal daşımaq üçün 
müxtəlif nəqliyyat vasitələrindən istifadə olunur. Mexaniki zədə-
lər əmələ gəlməsin deyə adətən xammalı qablarda daşıyırlar. Qab-
ları yükləmək üçün xüsusi yükləyicilərdən istifadə olunur. 
Açıq şəkildə tökülməklə nisbətən bərk məhsulları – kökümey-
vəliləri, soğanı qarğıdalını daşıyırlar. 
Qida xammalını daşımaq üçün istifadə edilən qablar və nəqliy-
yat vasitələri hər gedişdən sonra sanitar cəhətdən işlənməli, yuyul-
malı və dezinfeksiya edilməlidir.
Göy noxud, albalı və bəzi bu kimi məhsullar bəzən soyuq suda 
rezervuarlarda daşınır. Belə daşıma üsulu məhsulun keyfiyyətinin 
yaxşı qalmasına və boşaltma prosesini mexanikləşdirməyə imkan 
verir. Yarımfabrikat şəklində olan xammalı (məsələn, doğranmış 
pomidor kütləsini) avtosisternlərdə daşıyırlar.
Emala daxil olan xammal çəkilir, sonra keyfiyyəti və sorta uy-
ğun əmtəə xüsusiyyətləri və təzəliyi müəyyən olunur. Bu zaman 
xarici görünüşlə yanaşı, texnokimyəvi-mikrobioloji təhlil də yeri-
nə yetirilir. 


112 
Hər xammal partiyasının bütün analiz məlumatları, daxil olun-
duğu saat və tarix, haradan daxil olması xüsusi jurnalda qeyd olu-
nur. 
Çox vaxt qəbul olunan xammal birbaşa emala, bəzən isə qısa 
müddətli saxlanmaq və sexin fasiləsiz işləməsini təmin etmək 
üçün xammal meydançasına yönəldilir. Meydança açıq (çardaq al-
tında) yaxud hər tərəfdən bağlı ola bilər. Təmizliyi təmin etmək 
üçün onun isti və soyuq su axarları olmalıdır. Xammal meydança-
sının ölçüləri ən gərgin vaxtda məhsulun orta sutkalıq daxil olması 
hesabı ilə müəyyən olunur. Hündürlüyü 3 m olan 1 m
2
döşəmədə 
500 kq tumlu, yaxud 270 kq çəyirdəkli meyvələr və giləmeyvələri 
yerləşdirmək olar. Meyvə-giləmeyvələr xammal meydançasına 
gətirildiyi qabda saxlanır. Hətta ən qısa müddətli saxlanma üçün 
də süni soyuduculardan istifadə olunması daha məqsədə uyğun-
dur. Odur ki, ixtisalaşdırılmış meyvə-tərəvəzçilik təsərrüfatları xü-
susi layihə ilə tikilən soyuduculara malik olmalıdır.
Meyvə və giləmeyvələrin qalma müddətinə əsaslanaraq, onla-
rın keyfiyətini dəyişmədən saxlanma müddəti müəyyənləşdiril-
mişdir (cədvəl 2.4).
Cədvəl 2.4 
Meyvə-giləmeyvələrin saxlanma temperaturu və müddəti 
Xammal
Xammal 
meydançası 
(saat) 
Soyuducu
t
0

Gün
Çiyələk, moruq, böyürtkən
5-8
-0,5-2
2-3
Ərik, albalı
12
-0,5-1
2-5
Üzüm
12-24
-1-2
30-150
Quşüzümü, zoğal, üvəz
12-24
-0,5-2
3-5
Alça, incir, şaftalı, gilas, qara qarağat
24
-0,5-1
4-5
Gavalı, göyəm
24
-0,5-2
4-7
Mərsin, cır mərsin
24-48
-0,5-0
3-5
Feyxoa, xirnik
24-48
0-1
4-7
Yaylıq alma və armud sortları
48
-0,5-0
4-7
Qışlıq alma və heyva sortları
240
-1-1
160-270
Qışlıq armud sortları
240
0-1
90-150
Portağal, narıngi
120
0-5
5


113 
Giləmeyvələrdə yığımdan sonra qida maddələrinin parçalan-
ması və onların keyfiyyətinin pisləşməsi baş verir.
Xammalın keyfiyyətinə, həmçinin onun yığımından emalına 
qədərki müddət də təsir göstərir. Məsələn, konteynerlərə yığılmış 
üzüm məhsulu 4 saata qədər emal olunmalıdır.
Məlumdur ki, meyvə və giləmeyvələrdə yığımdan sonra mü-
rəkkəb biokimyəvi proseslər davam edir. Bu isə məhsulun yığım-
dan sonrakı yetişməsi və yetişib ötməsi, eləcə də keyfiyyətin də-
yişməsi və məhsulun xarab olması ilə bağlıdır. Məsələn, qışlıq al-
ma sortlarında saxlanma zamanı nişastanın şəkərə, protopektinin 
isə pektinə çevrilməsi baş verir. Bu isə əvvəlcə meyvənin keyfiy-
yətinin yüksəlməsinə, sonra isə pisləşməsinə səbəb olur. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə