Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə37/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   33   34   35   36   37   38   39   40   ...   141
2017-1715

2.2.4. Soğanaqlı tərəvəzlər 
Bu qrupa baş soğan, sarımsaq və soğanın göy növləri aiddir.
Baş soğan
– Orta Asiyanın dağlıq rayonlarından gəlmədir. So-
ğan dad və müalicə xüsusiyyətlərinə görə qiymətləndirilməklə şə-
kərə, üzvi turşulara, mineral duzlara, efir yağlarına malikdir. Bu 
maddələr ona iy və kəskin dad, ən əsası da fitonsid və bakterisid 
xüsusiyyəti verir.
Soğanda efir yağlarının miqdarı təşkil edir (mq/100 q): acı baş 
soğanda – 18-155; yarım acı – 15-40, şirin – 10-20. Əsas efir yağ-
ları allilpropildisulfid olub, qatılığı soğanın xam kütləsində 162 


95 
mq/100 q; yarpaqlarda – orta hesabla 114 mq təşkil edir. Saxlan-
ma xüsusiyyəti yaxşı olduğundan tərkibində vitaminlərin miqdarı 
çox olmasa belə, baş soğan ilboyu vitamin mənbəyi hesab oluna 
bilər.
Baş soğanda 86,0% su, 1,4 – zülallar olur. Məhsulun 100 qra-
mında aminturşular belə olur (mq/100 q): əvəzolunmayan amin-
turşular – 286, o cümlədən valin – 25, izoleysin – 40, leysin – 50, 
lizin – 60, metionin – 10, treonin – 40, triptofan – 20, fenilalanin – 
41; əvəz olunan aminturşular – 663, o cümlədən alanin – 58, argi-
nin – 160, asparagin turşusu – 70, histidin – 14, qlisin – 41, qluta-
min turşusu – 220, prolin – 30, serin – 27, tirozin – 30, sistin – 13; 
aminturşuların ümumi miqdarı – 949. 
Baş soğanın 100 qramında karbohidratlar və üzvi turşuların 
miqdarı belə olur (q/100q); monoşəkərlər – qlükoza – 1,3, frukto-
za – 1,2; disaxaridlər (saxaroza) – 6,5; polişəkərlər – hemisellülo-
za – 0,2, sellüloza – 0,7, nişasta – 0,1, pektin – 0,4; üzvi turşular – 
şərab – yox, limon – 0,01, kəhraba – 0,01, alma – 0,20. 
Baş soğanın enerji dəyəri 43 kkal/100 q, göy soğan – 22, sa-
rımsaq – 106 kkal/100 q-dır.
Baş soğanın təsərrüfat - botaniki sortlarının eyniləşdirilməsi 
aşağıdakı əlamətlərlə müəyyən olunur: soğanağın kütlə və forma-
sı, sulu və quru ləçəklərin rəngi, soğanağın sıxlığı, dadın acılığı, 
yetişmə və saxlanma müddəti. 
Soğanaqlar kütləsinə görə xırda – 50 q-a qədər, orta – 60-120 
q, iri – 120 q-dan çox; ləçəklərin rənginə görə - ağ, sarı, sarı-qəh-
vəyi, qırmızı-bənövşəyi. 
Dad xüsusiyyətinə görə baş soğanın bütün sortları acı, yarımacı 
və şirin olmaqla qruplaşdırılır. 
Yetişmə müddətinə görə baş soğan tez yetişən (vegetasiya 
müddəti 80 günə qədər), orta müddətə yetişən (80-100 gün), orta 
gec (100-120 gün) və gec yetişən (120 gündən çox) olur.
Qala bitmək xüsusiyyətinə görə əla – 7-8 ay saxlanan, yaxşı – 
5-6 ay və kafi – 3-4 ay saxlanan olmaqla fərqləndirilir.
Diametri 3 (oval formalar üçün) və 4 sm-dən (qalın formalar 


96 
üçün) az olan, mexaniki zədələnmiş, kənd təsərrüfat zərərvericiləri 
ilə zədələnmiş, cücərmiş soğanaqlar qeyri-standart hesab olunur.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə