Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə38/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   34   35   36   37   38   39   40   41   ...   141
2017-1715

2.2.5. Pomidor tərəvəzləri 
 
Pomidor tərəvəzlərinə pomidor, tərəvəz bibəri və badımcan 
aiddir.
Pomidor yaxud pomidorlar Cənubi Amerika mənşəlidir. Dün-
yada tərəvəz bitkiləri arasında ən aparıcı yer tutur.
Pomidor meyvələri yüksək qida, dad və pəhriz dəyərinə malik-
dir. Onlarda əsasən qlükoza və fruktoza şəklində şəkərlər, həmçi-
nin pektin maddələri, C, B
1
, B
2
, PP vitaminləri, karotin, üzvi tur-
şular və mineral maddələr (kalium, natrium, kalsium, dəmir, fos-
for, maqnezium və b.) tapılır.
Kal pomidorun acıtəhər dadı onlarda qlikozidlərin – solanin və 
tomatinin olması ilə əlaqədardır. Yetişmə zamanı onların miqda-
rında azalma baş verməklə 4-5 mq/100 q (göy meyvələrdə - 60 
mq-a qədər) səviyyəsinə düşür. Yetişmiş meyvələr daha çox qida 
maddələrinə, o cümlədən şəkərlər və C vitamininə malik olur.
Meyvələrin qırmızı, narıncı, narıncı-qırmızı rəngi rəngləyici 
maddələrin – likopin, karotin və ksantofilin miqdarı ilə əlaqədar-
dır. Onların miqdarı xam kütlədə uyğun olaraq orta hesabla 7,85; 
0,73 və 0,16 mq/100 q təşkil edir.
Təsərrüfat – botaniki sortları eyniləşdirmək üçün aşağıdakı əla-
mətlər nəzərə alınır: becərilmə üsulu və yetişmə müddəti, iriliyi, 
rəngi, meyvənin forması, saxlanmağa və nəqliyyata dayanıqlığı və 
istifadə istiqaməti, dad keyfiyyəti, quru maddələrin miqdarı, ka-
meralarının sayı və s.
Pomidorlar iriliyinə görə iri meyvəli – kütləsi 100 q-dan artıq, 
orta – 60-100 q, xırda – 60 q-a qədər; formasına görə - dairəvi, si-
lindrşəkilli, gavalı formalı, armudvari; səthinin vəziyyətinə görə - 
az kameralı (2-3 kameralı), orta – (4-8 kameralı) və çox kameralı 
(9 kameradan çox). Xırda meyvəli, az kameralı, hamar səthli po-
midorlar daha yaxşı saxlanır.


97 
İri meyvəli pomidorlar adətən təzə halda istifadə edilmək üçün 
və xırda meyvəlilər – bütöv şəkildə konservləşdirilmək üçün isti-
fadə olunur. Pomidor məhsulları (tomat) hazırlamaq üçün yüksək 
miqdarda quru maddələr toplayan sortlardan istifadə edilir.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə