Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə32/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   28   29   30   31   32   33   34   35   ...   141
2017-1715

Zeytun. 
Qafqazın Qara dəniz sahilləri, Azərbaycan, Krımın cə-
nub sahilləri və xaricdə - Aralıq dənizi ölkələrində becərilən zey-
tun ağacının meyvəsidir. Yetişmiş meyvələri tünd-bənövşəyi, ye-
tişməmiş yaşıl olur. Dadı acı olduğundan təzə halda istifadə olun-
mur. Ondan konservləşdirilmiş və qurudulmuş şəkildə, həmçinin 
də yağ alınmasında xammal kimi istifadə edirlər.
Zeytunun fərqli xüsusiyyəti onda yüksək miqdarda yağların ol-
masıdır: Meyvə lətində 75%-ə qədər, çəyirdəkdə 12-13%, meyvə-
də həmçinin zülal, mineral və digər maddələr olur. Meyvənin lə-
tində suyun orta hesabla miqdarı 23%-dir. 
Feyxoa.
Qafqazın Qara dəniz sahillərində və Azərbaycanda be-
cərilən subtropik kol bitkisidir. Meyvəsi yüksək dad və pəhriz xü-
susiyyəti ilə fərqlənir. Ondan təzə halda, eləcə də mürəbbə, jele, 
kompot, likor, cövhər hazırlanmasında istifadə olunur.
Yetişmiş meyvələri şəkərə (12,5%-ə qədər), turşuya (3,5%), C 
vitamininə (40 mq%), yod və digər maddələrə malikdir. Tərkibin-
də yod olmasına görə feyxoadan müalicəvi məqsədlər üçün istifa-
də olunur.
Feyxoa 3
0
C yemperaturda bir aya qədər saxlanır.
Manqo.
Hindistan, Vyetnam, Cənubi Çin, Afrika, Cənubi 
Amerikada becərilən meyvə ağacıdır. Onun meyvələri yumurtava-
ri formalı olub, kütləsi orta hesabla 200-400 q təşkil edir. 
Manqonun ləti şirin dada və skipidarı xatırladan güclü ətirə 
malikdir. Lətin tərkibində 80%-su, 11-20% şəkər, 0,2-0,5% turşu, 
37,7% C vitamini olur.
Manqo meyvəsi təzə halda və şirə, kompot, cem, mürəbbə 
emalında istifadə olunur. Meyvəsi 5
0
C temperaturda – 1 ay, 10
0

- 21 gün, 23-26
0
C – 5 gün saxlanır. 
İnnab.
Orta Asiya, Krım, Azərbaycanda becərilir. Meyvəsi çə-
rəz, xüsusilə də dərman kimi qan təzyiqini aşağı salmaq üçün çox 
geniş istifadə edilir. 


88 
Qurudulmuş şəkildə uzun müddət saxlana bilir. Meyvəsinin 
tərkibində 72% şəkər, 78% yağ və başqa maddələr vardır. Öskürə-
yə qarşı işlədilməklə, şərbət də hazırlanır. Süddə bişirildikdə müa-
licəvi xassəyə malik olur.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə