Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə30/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   26   27   28   29   30   31   32   33   ...   141
2017-1715

Portağal.
Formasına, rənginə, dadına və s. əlamətlərinə görə 
bir-birindən fərqlənən çoxlu sayda sortları vardır. Yayılmış sortla-
rı onları istehsal edən ölkənin adı ilə adlandırılr. Bunlara İspan, 
Amerika, İsgəndər (Yunanıstan), Messinı (İtaliya) və b. göstərmək 
olar.
Portağalın qabığında çoxlu miqdarda, 1,2-2,1% efir yağları 
olub, müxtəlif üsullarla çıxarılaraq istifadə olunur. Qabığın ağ tə-
bəqəsində xeyli miqdarda protopektin olduğundan, onun qabığı 
pektin alınmasına xidmət edir.
Portağal toxumu 6,6% azot maddələrinə, 11,89% yağlara və 
azotsuz acı maddəyə - limoninə (limonen, limon) malikdir. Aparı-
lan bir çox tədqiqatlar portağalın orta kimyəvi tərkibinin aşağidaki 
kimi olduğunu göstərmişdir: orta çəkisi 188,4 q, qabığı 27,82%, 
meyvə ləti 70,99%, toxumu 1,19% meyvə lətinin tərkibi (%-lə): 
su – 84,26; invert şəkər - 2,79; saxaroza 2,86; limon turşusu 1,35; 
azot maddələri – 1,08; kül – 0,43. 
Şirənin tərkibi (%-lə), ekstrakt – 12,95; invert şəkər – 4,06; sa-
xaroza – 4,96; limon turşusu – 1,35; azot maddələri – 0,38; kül – 
0,34. 
Portağaldan təzə halda və emal məqsədilə istifadə olunur.
Limon.
Limon ağacı yavaş böyüyür, ilboyu çiçəkləyir və məh-
sul verir. Limonun çoxlu sayda sortları vardır. Adətən onlar yu-
murtavari formalı olurlar. Pomoliji sortları dad keyfiyyətinə görə 
üç qrupa bölünür: adi (turş), şirin və acı. Adi limonlar 5-8%, şirin 


83 
isə 7-9% şəkərə malik olur. Turşuluq ilin vaxtından da asılıdır. 
Belə ki, noyabrda turşuluq daha yüksək, apreldə daha az olur. Şi-
rin limonu narıngi və portağal kimi birbaşa qida ilə qəbul etmək 
olar. Keçmiş SSRİ-də aşağıdakı sortları becərilirdi: yeni Gürcü 
(turş sort) sortu nəqliyyata yaxşı davamlı olub, 6-7 ay qala bilir; 
Zərbəçi (turş sort olub, oval formalı iri meyvələrə malikdir) və 
Meyer (şirin sort). 
Qafqaz limonunun orta kimyəvi tərkibi belədir: su – 81,33%; 
quru maddə - 18,76, limon turşusu – 5,87%, invert şəkər – 1,97%, 
saxaroza – 0,09%, şəkərin ümumi miqdarı 2,09%. 
Limon A, B və C vitamini ilə zəngindir. Limonun qabığında 
olan yağdan ətriyyat, qənnadı sənayesində və s. geniş istifadə olu-
nur. Satışa yarasız olan limonlardan şirə emalında istifadə olunur. 
Bəzən həmin şirəni konservləşdirirlər. Bunun üçün ona spirt, şə-
kər və s. konservantlar vurulur. Şəkərlə bişirilmiş limon şirəsi (40 
hissə limon şirəsinə 64 hissə şəkər vurmaq hesabı ilə) limon şər-
bəti adlanan məhsul verir.
Yetişmə səviyyəsində asılı olaraq sarı limon 2-3
0
C-də; açıq-sa-
rı və açıq-yaşıl 4-5
0
C; tünd-yaşıl 6-8
0
C temperaturda saxlanır. Ha-
vanın nisbi rütubəti uyğun olaraq 85-90% və 82-85% olmalıdır. 
Saxlanma müddəti sortdan asılı olaraq 2-6 ay davam edir.

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə