Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə26/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   22   23   24   25   26   27   28   29   ...   141
2017-1715

Qaragilə (mərcanı). 
Yabanı giləmeyvə olub, meyvələri spesi-
fik dada, qida və müalicəvi əhəmiyyətə malikdir. Meyvələri iyul-
avqustda yetişir. 


77 
Qaragilənin tərkibində 1,5% turşu (limon və alma), 5,7% şəkər, 
2%-ə yaxın sellüloza, 0,5% pektin maddələri olur. Tərkibində C 
vitamini (16 mq%) və karotin (1,0-1,5 mq%) də vardır. Bundan 
başqa qaragilə fenol maddələri ilə də zəngin (0,13-0,31%) olur. 
Təzə meyvələri şərbət, şirə, şərab hazırlanmasında istifadə olunur. 
Qaragilə qızdırılmayan binalarda yığımdan sonra 3 günə qədər 
saxlana bilir. 
Mərsin.
Bu yabanı giləmeyvə Ukraynanın qərbində, Belarus-
da, Sibirdə, Qafqaz dağlarında yayılmışdır. Avqustda yetişib, okt-
yabra qədər yığılır. Ondan ekstrakt, mürəbbə, şirə hazırlanmasın-
da eləcə də təzə halda istifadə olunur. 
Mərsin 1,2-2,1% turşuya (benzoy, limon və alma) 7,8-9,0% şə-
kərə, 0,25% fenol maddələrinə və 1,5-2,1% sellülozaya malikdir. 
Onda C vitaminin miqdarı 8-21 mq%-dir. Təzə mərsin səbət, ya-
xud yeşiklərdə 25-30 sm qalınlıqda yığımdan sonra 10 gün, çəl-
ləklərdə 3-5
0
C temperaturada 2 ay saxlanır. 
Çaytikanı.
Sibir və Şimali Qafqazda xüsusilə çox geniş yayıl-
mış yabanı meyvə bitkilərindəndir. Çaytikanı meyvəsi dairəvi, ya-
xud yumurtavari formalı, turşaşirin dadlı, zoğun qurtaracağında 
sıx yerləşmiş olur. Meyvəsindən kisel, mürəbbə, kompot, şirə, şə-
rab, cövhər, likorlar hazırlamaq üçün istifadə olunur. Çaytikanı gi-
ləmeyvəsi C, PP vitaminlərinə, yağlara malik olub, E vitamini 
(160 mq%-ə qədər) və karotinlə (100 mq%) zəngiundir. Çaytikanı 
yağı müalicə məqsədilə geniş istifadə olunur. İndi çaytikanı mədə-
ni şəkildə də becərilməkdədir. Novost Altaya, Maslyanınaya, Vi-
taminnaya və s. sortları alınmışdır. 
Moruq.
MDB-nin şimal və mərkəzi rayonlarında, Uralda, Si-
birdə və Uzaq Şərqdə geniş yayılmışdır. Moruq giləmeyvəsi təzə 
və emal olunmuş şəkildə istifadə olunur. Ondan mürəbbə, cem, je-
le, şirə, şərbət, kompotlar hazırlanır. Moruğu həmçinin qurudur və 
dondururlar. Qurudulmuş moruqda salisil turşusu olduğundan, 
müalicə vasitəsi kimi tətbiq olunur. Qurutmaq üçün yabanı gilə-
meyvələrdən istifadə edilir. 
Sortundan asılı olaraq moruqda şəkərin miqdarı 3-11%, üzvi 


78 
turşular 1-2% təşkil edir. Turşular əsasən limon və alma turşusu, 
bir qədər salisil və olduqca az qarışqa turşusundan ibarətdir. Onda 
həmçinin 6% sellüloza, 0,1-0,3% fenol maddələri, 0,8-1,9% azot, 
0,4-0,8% mineral maddələr olur. Moruqda C vitamini 7-29 mq%-
dir. Moruq giləsi konusvari, dəyirmi uzanmış formada, sortdan 
asılı olaraq qırmızı, ağ, sarı və qara rəngdə ola bilir. Dadına görə 
turş, turşaşirin, həmçinin də uyğun olaraq yaxşı, çox yaxşı və əla 
kimi fərqləndirilir. Yetişmə müddətinə görə - tez, orta və gecyeti-
şən olur (tez yetişəndən 8-10 gün sonra çatdırır). 
Moruğun əsas sənaye sortları bunlardır: Malboro, Novost, Kuz-
mina. Tezyetişən şirin yabanı moruq mədənidən giləsinin xırda ol-
masına, güclü ətrinə və yüksək miqdarda olan turşuluğuna görə 
fərqlənir. 
Moruq yığıldıqdan sonra 0-dan 2
0
C temperaturda 3 gün, qızdı-
rılmayan şəraitdə isə 12 saata qədər saxlana bilir. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə