Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1


Azərbaycan Şəkər İstehsalat Birliyi



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə17/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   13   14   15   16   17   18   19   20   ...   141
2017-1715

Azərbaycan Şəkər İstehsalat Birliyi
(AŞİB) ölkə və regionu 
yüksək keyfiyyətli şəkər məhsulları ilə təmin etməklə iqtisadiyya-
tımız üçün yeni sənaye sahələri yaratdı.
“Azərbaycan Şəkər İstehsalı Birliyi” MMC
(Azərbaycan Şə-
kər İstehsalı Birliyi Məhdud Məsuliyyətli Cəmiyyəti) Azərbaycan 
Respublikasının İmişli şəhərində yerləşir. “Azərsun Holdinq” 
MMC-nin tərkibinə daxildir. Müəssisədə əsasən Almaniya isteh-
salı olan avadanlıqlar qurulmuşdur. Burada çuğundur şəkəri ilə 
yanaşı rafinasiya olunmuş yağlar, yem və spirt istehsal olunur. 
Müəssisə daxili bazarla yanaşı İran, Rusiya, Qazaxıstan, Əfqanıs-
tan və başqa ölkələrə məhsul ixrac edir. Müəssisədə 850 nəfərə 
yaxın işçi çalışır.
İllik istehsal gücü 700 000 ton olan şəkər zavodu xammalının 
bir qismi şəkər çuğunduru yetişdirən yerli torpaq mülkiyyətçiləri, 
digər hissəsi isə idxal olunan xam şəkər hesabına təmin edilir. 
Yüksək keyfiyyəti beynəlxalq laboratoriyalarda təsdiqlənmiş şə-
kər istehsal edən İmişli Şəkər Zavodu dünyaca məşhur qazlı içki 
istehsalçılarının şəkər tərəfdaşı və tədarükçüsüdür. Azərbaycan 
Şəkər İstehsalat Birliyi nəzdində illik istehsal potensialı 60 000 
ton olan bitki yağlarının ilkin emal müəssisəsi, 60 000 ton kəllə 
qənd, 12000 ton kəsmə şəkər fabrikləri fəaliyyət göstərir. 
2002-ci ildən 
Zeytun emalı müəssisəsini
yaradan şirkətlər 
qrupu Abşeron yarımadasının ənənəvi bitkisi olan zeytundan yük-
sək keyfiyyətli açıq yaşıl və qızılı rəngli, zərif və xoş ətirli yağ is-
tehsalına da başladı. Bununla da Abşeron yarımadasında zeytun-
çuluq ilə məşğul olan təsərrüfatların inkişafına şərait yaratdı. Mü-
əssisənin illik istehsal gücü 3000 tondur (şəkil 1.2). “Azərsun Hol-
ding”, həmçinin dünyaca məşhur fast-food şəbəkəsinin yağ tərəf-
daşı və tədarükçüsüdür. 


62 
Şəkil 1.2.
Məhsul istehsalı xətti 
“Azərsun Holding” 2009-cu ildən etibarən sous bazarına da da-
xil oldu. Müxtəlif salatların, ət yeməklərinin və qarnirlərin əvəzsiz 
komponenti olan, uşaq və böyüklərin sevimli sousları olan ketçup 
və mayonez “doypack” və digər müxtəlif qablaşdırmalarda şirkət-
lər qrupunun müəssisələrində istehsal olunur. Mayonezin əsas 
xammal mənbəyi şirkətlər qrupunun istehsalı olan yağlardır. Ket-
çup məhsulunda isə tarlalarda təbii yetişdirilən pomidorlardan isti-
fadə olunur. 100% təbii Azərbaycan pomidorlarından əldə olunan 
ketçupların dadı və keyfiyyəti də məhz bu baxımdan fərqlidir. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə