Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə14/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   10   11   12   13   14   15   16   17   ...   141
2017-1715

1.3.4. Taxta qablar
Konserv sənayesində taxta qablardan çəllək, baraban və qutu-
lardan istifadə olunur.


52 
Çəlləklər – povidlo, cem, mürəbbə, tomat pastaları, sulfitləşdi-
rilmiş meyvələr, püreni doldurmaq; şoraba və marinad qoymaq 
üçün istifadə olunur. Ağcaqovaqdan, Cökədən, Fısdıqdan, Çinar-
dan, Palıddan və digər ağac növlərindən hazırlanır. Hər çəlləyin 
taxtaları ancaq bir ağac növündən olmaqla, tutumu 20-200 litrə 
qədər ola bilər. Şərab üçün daha iri tutumlu palıd qablardan istifa-
də olunur.
Taxta çəlləklər gövdədən və dibdən ibarətdir. Tutumundan asılı 
olaraq hər çəlləyə 20-36 taxta işlədilir. Çəlləklərin gövdə hissəsi-
nin taxtalarını polad lentdən hazırlanmış çənbərlər ilə dartıb bərki-
dirlər. Çənbərlər çəlləyin gövdə hissəsinə sıx bərkidilir. Onlar çəl-
ləyin diblərindən eyni məsafədə, simmetrik yerləşməlidir. Tutumu 
25 və 50 litr olan çəlləklərə 4 çənbər salınır. 
Maye məhsulları (şərab materialı, şərab və s.) doldurmaq üçün 
çəlləklərdə 2 deşik (şpunt) qoyulur. Deşiyin birindən məhsul daxil 
olduqda, o birindən hava çıxır. Onların tutumu 50-600 litr olur.
Təzə çəlləklər xüsusi emal keçməli (isti buğ, 0,2%-li kalsium 
sodası ilə) və məhsul üçün hazırlanmalıdır.
Qurudulmuş məhsulları saxlamaq üçün üçqat fanerdən hazır-
lanmış barabanlardan istifadə olunur. Ağac çəlləklərə nisbətən ba-
rabanlar daha yüngül və iqtisadi baxımdan sərfəlidir. 
Qutuları nazik taxtadan və fanerdən hazırlayırlar. Nazik taxta-
dan hazırlanan qutulardan konserv bankalarını yığmaq üçün istifa-
də edirlər. Fanerdən hazırlanmış qutulara sukatlar (şəkərlənmiş 
meyvələr), pastila, quru meyvə və tərəvəz doldururlar. Povidlo 
üçün hər iki tipdən olan qutudan istifadə edirlər.
1.3.5. Kardon və digər materiallardan hazırlanmış qablar 
Kardon qablar ağac qablardan 5 dəfə yüngül olub, ucuzdur, 
asanlıqla və tez yığılır, axım xəttində prosesi aparmaq mümkün-
dür. Çatışmazlığı az möhkəmliyə və qısa ömrə malik olmasıdır. 
Bir və ya iki dəfə istifadə oluna bilər. Kardon qablar dondrulacaq 
meyvə, giləmeyvə və tərəvəzi qablaşdırmaq üçün istifadə olunur. 


53 
Bu məqsədlə qalınlığı 0,40-0,45 mm olan kardon götürülür və rü-
tubət çəkməməsi üçün parafinlənir. Kardon qutular çox vaxt düz-
bucaqlı hazırlanır və tutumu 250-1000 qrama qədər olur. Bu qutu-
lar qıfıllanma üsulu ilə bərkidilən qatlana biləcək şəkildə hazırla-
nır. Onları qatlayıb üst-üstə yığaraq paçkalar şəklində daşıyır və 
saxlayırlar. Kardon qutuları məhsul doldurmazdan əvvəl açıb qu-
raşdırırlar.
Kardon qutunun daxilinə rütubər keçirməyən materialdan (per-
qamentə oxşar materialdan, sellofandan) içlik qoyulur. Qutunu ba-
yır tərəfdən qlassin kağızına və ya sellofana bükürlər ki, daxilin-
dəki məhsulu xarici mühitin təsirindən qorumaq mümkün olsun.
Kağız-metal qablar. Pasterizə edilmiş məhsullar üçün tutumu 
200, 300 400 qram olan kombinə edilmiş bankalar çox geniş ya-
yılmışdır. Bunlar eyni 2 metal sonluqları ilə adi konserv bankala-
rına bənzəyirlər. Gövdəsi isə müdafiəedici kağız materialdan (per-
qament, polimer örtüklü kağız və s.) istifadə edilməklə, lent yaxud 
başqa tip kağızdan ibarətdir. Sonluqları hazırlamaq üçün laklı ağ 
və qara tənəkədən, alüminiumdan istifadə olunur.
Hazırda yeyinti sənayesində prinsipcə yeni qablama materialla-
rı yaradılmasına böyük əhəmiyyət verilir. Həmin material zəhərli 
olmamalı, tullantıya asan getməli, məhsulu mikrob yoluxmasın-
dan və hava oksigeninin təsirindən səmərəli qorumalı, saxlanılma 
və istehsal prosesində məhsul itkilərinin qarşısını almalıdır. Bu-
nunla əlaqədar olaraq, dünyanın bütün alimləri yeyilən qablama 
materiallarının yaradılması və çeşidinin artırılmasına xüsusi diq-
qət verirlər. Belə qablama materialı qida məhsulu ilə birgə istifadə 
olunmaqla ətraf mühiti çirkləndirmədən, məhsulun dozalaşdırıl-
masını və porsiyalara ayrılmasını sadələşdirir. 
Yeyilən pərdə və örtüklər almaq üçün polimer quruluşa malik 
çox müxtəlif təbii maddələrdən, məsələn, bitki və heyvan mənşəli 
zülallardın, polişəkərlərdən, lipidlərdən və b. istifadə olunur. Mü-
dafiə pərdələrinin və örtüklərinin tərkibinə onların əsasında müx-
təlif əlavələr, başlıcası, plastifikatorlar, yağ turşuları, həmçinin 
konservantlar, antioksidantlar, bakteriosinlər və b. daxil edilir. Be-


54 
lə «fəal» qablar daha yüksək müdafiə və istismar göstəricilərinə 
malik olur. Onlarda qoyulmuş məhsulun gərəkli xassələrinin və 
mikrobioloji stabilliyinin uzun müddət saxlanmasını təmin edir. 
Hazırda ət, toyuq, quru səhər yeməyi, qənnadı məmulatları, tərə-
vəz, meyvə və b. qida məhsullarının qablaşdırılmasında yeyilən 
örtüklər kolleqan, süd zülalı – kazein, soya zülalı, jelatin, nişasta, 
sellüloza efirlərindən istifadə olunmaqdadır. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə