Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə93/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   89   90   91   92   93   94   95   96   ...   141
2017-1715

Quriya üsulu.
Burada çuçxela hazırlamaq üçün əsasən ağ 
üzüm sortlarından öz axımı ilə alınan şirədən istifadə edilir. Qır-
mızı sortlar “ağ üsulla” emal olunur. 
Alınmış üzüm şirəsi, zülalı pıxtalaşdırmaq üçün qaynayana qə-
dər qızdırılır, soyudulur, filtrdən keçirilir, xüsusi böyük mis qa-
zanlara doldurulur və qaynadılır. Yaranan köpük kənar olunur. 
Köpük kənar olunarkən od azaldılır. Qaynatma 1-2 saat davam 
edir. Sonra qazan oddan götürülüb soyudulur və buxarlanıb qatı-
laşmış kütləyə zərif üyünmüş qarğıdalı unu əlavə olunur. Istifadə 
olunan un köhnə məhsuldan olmalıdır. Unun miqdarını düzgün tə-
yin etmək üçün çuçxela əvvəlcə kiçik həcmdə hazırlanmalıdır. 
Sonra un böyük qazanda hazırlanmaqla, ona xüsusi diqqət yetiri-
lir. Un əlavə olunduqca, qazanın altı əvvəlcə zəiflədilib, sonra ye-


248 
nidən gücləndirilir. Bu vaxt yanmasın deyə qazan daima ağac qa-
şıqla qarışdırılır. Qaynama bütün kütlənin tünd-çəhrayı rəng alma-
sına qədər davam etdirilir. Bu adətən qaynamanın 20-30 dəqiqəlik 
müddətində başlanır. 
Qatılaşmış kütlənin hazır olması un dadının itməsi ilə bilinir. 
Əgər kütlə kifayət qatılıqdadırsa, onda sap qozla, yaxud başqa iç-
liklə birinci batırılmadan sonra qurutmaq üçün asılır. Çuçxelaya 
yumşaqlıq vermək üçün qaynayan şirəyə bal əlavə olunur. Gür-
cüstanda çuçxela hazırlamaq üçün lazım olan materialları üzüm 
yığımına qədər hazırlayırlar. 
Burada içlik rolunu yunan qozu, fındıq, qurudulmuş meyvələr 
və həmçinin balqabaq toxumu oynayır. Material diqqətlə sortlaş-
dırılır. Çuçxelaya gözəl forma vermək üçün fındığın məşhur sort-
larından istifadə olunur. Fındığın əvvəlcədən emalı imeretiyada 
olduğu kimi aparılır. 
Quriya çuçxelasının uzunluğu 40 sm-dən 1 metrə qədər olur. 
Raça – leçxum üsulu.
Burada çuçxela əsasən fındıq, yunan 
qozu, qurudulmuş meyvələr, çamiçi və qabaq toxumundan hazır-
lanır. Çuçxela hazırlamaq üçün Aleksandrouli, Solikouri, Suluxid-
zis – Tetra, Usaxelouri və Ocaleşi sortlarından alınan üzüm şirə-
sindən istifadə olunur. Üzüm şirəsi həcminin ¾-ü qalana qədər 
qaynadılır. Sonra şirə soyudulur, filtrdən keçirilir və təmiz “bada-
qi” yenidən qazana tökülüb qaynadılır. Sonra möhkəm qarışdır-
maqla təmiz buğda unu əlavə olunur. Qaynatma kütlədə olan un 
dadının itməsinə qədər davam qtdirilir. Çuçxelanın “badaqi”yə ba-
tırılması bir dəfə aparılır. Paça – leçxumidə, çuçxela hazırlamaq 
üçün istifadə olunan kütlə imeretiya və quriyaya nisbətən daha qa-
tı olur. Sonra onların hazırlanması digər üsullarda olduğu kimi 
aparılır. 1 kq təmizlənmiş yunan qozundan 25 ədəd, 1 kq fındıq-
dan isə 17-18 ədəd çuçxela hazırlanır. 25 ədəd çuçxela üçün 4-5 
litr üzüm şirəsi və 1 kq un tələb olunur. 
Yekunlaşdıraraq qeyd etmək lazımdır ki, müxtəlif üsullarla ha-
zırlanmış gürcü çuçxelası olduqca rəngarəng dad keyfiyyətinə ma-
likdir. Belə ki, kaxet çuçxelası daha dolğun, yumşaq və şirin olub, 


249 
turşaşirin dada malik olur. Kartliya daha zərif, yumşaq turşaşirin-
dir. Imeretiya da həmçinin dadlı və qidalıdır. 
Yaxın vaxtlara qədər çuçxela ev şəraitində yarım kustar üsulla 
xırda sexlərdə hazırlanırdı. Indi şirniyyat və şərabçılıq sənayesin-
də ixtisaslaşdırılmış iri sexlərin yaradılması istiqamətində işlər 
aparılmaqdadır. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə