241
Qatılaşdırılmış meyvə sousu təzə, yaxud sterilizə olunmuş ərik,
gavalı və alma püresindən və ya alma, mərsin yaxud gavalı püre-
lərinin qarışığından hazırlanır. Hazırlamaq üçün püre müəyyən
miqdar quru maddələrə malik olmalıdır: alma və gavalı ən azı
10%, ərik 12%, icazə verilən minimum ümumi turşuluq alma pü-
resində 0,7%, ərik və gavalıda 0,9% olmalıdır.
Püre bişirilmədən əvvəl deşiklərinin diametri 0,75 mm olan
ələkdən keçirilib, qazanlarda yaxud vakuum aparatlarda şəkər to-
zu ilə möhkəm qarışdırılır. Ərik və alma qatı sousu üçün şəkər pü-
renin kütləsində 18%, gavalı, gavalı-alma üçün isə 20% götürülür.
Pürenin bişirilməsi ərik, alma və gavalı-alma qatılaşdırılmış sous-
larında 30%, gavalıda 35% quru maddəyə qədər aparılır.
Qatılaşdırılmış meyvə sousuna spesifik ətir vermək üçün ona
az miqdar müxtəlif ədviyyatlar əlavə olunur. Bu vaxt ədviyyat xır-
da doğranır və püre lazımi qədər bişdikdən sonra ona əlavə olu-
nur. Əgər ədviyyatlar qaynar püreyə əlavə olunarsa, onda ətir
maddələrinin itkisi çox olur.
Ədviyyat əlavə olunduqdan sonra bütün kütlə yaxşı qarışdırılır,
şüşə banka yaxud butulkalara doldurulur. Yalnız ictimai iaşə üçün
3 litrlik butillərə doldurma aparılır. Doldurma isti şəkildə 80
0
C-
dən aşağı olmayan temperaturda aparılır. Bankaların ağzı vaku-
um-bağlayıcı aparatlarda 48 kPa qalıq təzyiqdə (400 mm civə sü-
tunu) bağlanır. Məhsul avtoklavda 100
0
C temperatur və 118 kPa
(1,2 at) təzyiqdə sterilizə olunur.
Dostları ilə paylaş: