Microsoft Word meyve ve terevezlerin emali texnologiyasi 1



Yüklə 4,36 Mb.
Pdf görüntüsü
səhifə87/141
tarix09.04.2023
ölçüsü4,36 Mb.
#104840
1   ...   83   84   85   86   87   88   89   90   ...   141
2017-1715

Jeleli marmelad
. Jele əsasında emal olunmaqla, aqardan, aqa-
roiddən və s. ibarət olub, təbii meyvə-giləmeyvə püresi, vitamin-
lər, ətir və rəng maddələri əlavə etməklə (yaxud əlavə etmədən) 
əldə olunur. Əgər həlməşik yaradan maddə kimi aqardan istifadə 
olunarsa, marmelad şüşə kimi şəffaf pektin, aqaroid və s. istifadə 
olunarsa marmelad bir az tutqun alınır. Jeleli marmeladın bəzi 
sortları həlməşik yaradan nişastanın tətbiqi ilə hazırlanır. Məsələn, 


233 
meyvə jelesi alma püresi əlavə edilməklə, müxtəlif formalı fiqurlar 
şəklində hazırlanıb, səthinə şəkər tozu vurulur. Uşaq jelesi yalnız 
meyvə-giləmeyvə ehtiyatı əlavə olunmaqla hazırlanır. Raduqa düz-
bucaqlı hissələr şəklində kəsilmiş marmelad olub, jele kütləsindən 
ibarətdir. Səthi şəkər tozu ilə örtülür. Dadı, iyi, rəngi aydın bilinən, 
həmin marmelada uyğun kənar tam və iysiz olmalıdır. Şəkərləşməsi 
yol verilməzdir. Bütün növ marmeladlar tək-tək bükülmüş yaxud 
bükülməmiş, bir və ya iki cərgədə düzülmüş, netto kütləsi 500 q 
olan qutu, yaxud torbalarda, eləcədə çəkilmiş şəkildə buraxılır. Pəh-
riz marmeladı yalnız qutulara doldurulmuş şəkildə buraxılır. 
Marmelad 18
0
C temperaturda və 75-80% nisbi rütubətdə sax-
lanmalıdır. Saxlanma müddəti marmeladın növündən asılı olaraq 
1,5-6 ay arasında dəyişir. 
Pastil qənnadı məmulatları
. Şəkərlə meyvə-giləmeyvə püre-
sinin köpük və həlməşik yaradan maddələr əlavə olunmaqla qay-
nadılıb qatılaşdırılmasından hazırlanır. Pastil məmulatlarının for-
malaşmasından asılı olaraq, onlar pastil və zefir kimi fərqləndirilir. 
Həlməşik yaradan əsasdan asılı olaraq, pastil məmulatları yapışqan-
həlməşik yaradan əsas kimi aqar, aqaroid, pektin və s.; qaynadıl-
mış-həlməşik yaradan əsas marmelad kütləsidir. Pəhriz pastil mə-
mulatları dəniz kələmi yaxud digər pəhriz əlavələri vurulmaqla is-
tehsal olunur. Dadı və iyi aydın bilinən, həmin materiala uyğun, 
kəskin tamsız və iysiz olmalıdır. Rəngi bircinsli olmalıdır. 
Pastil məmulatları netto kütləsi 250 qrama qədər olan torba ya-
xud paçkalara qablaşdırılır. Onlar isə iki sıradan artıq olmamaq 
şərti ilə netto kütləsi 1 kq-a qədər olan kardon qutulara qablaşdırı-
lır. Məmulatlar həmçinin qutuya yığılmış qarışıqlar və nabor şək-
lində də buraxılır. Qutunun içərisinə su keçirməyən ağ kağız, selo-
fan və digər polimer pərdə materialı salınır. Qutunun üzərinə ha-
zırlandığı müəssisənin əmtəə nişanı olan yarlıq vurulur. 
Qutu, torba və paçkalar ağac və s.belə materiallardan hazırlan-
mış və netto kütləsi 20 kq-dan artıq olmayan qutulara qablanır. 
Şəhər daxili tələbatı ödəmək üçün pastilləri netto kütləsi 8 kq-a 
qədər olan qutulara qablaşdırmağa icazə verilir. 


234 
Pastil məmulatları 18±8
0
C temperaturda və havanın 75-80% 
nisbi rütubətində saxlanır. Emal günündən başlayaraq saxlanma 
müddəti belədir: zefir və yapışqan pastili 1 ay, qaynadılmış və şo-
koladda olan pastil 3 ay, banan zefiri 14 gün. 

Yüklə 4,36 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   141




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə