Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə42/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   38   39   40   41   42   43   44   45   ...   72

235 

 

Ey kəmanəbru, şəhidi-navəki-müjganinəm, 



Bulmuşam feyzi-nəzər səndən, sənin qurbaninəm. 

 

Kakilin tarinə peyvənd etmişəm can riştəsin, 



Başın üçün, bir tərəhhüm qıl ki, sərgərdaninəm. 

 

Nola qılsam tərki-mey, minnət qılıb zahidlərə, 



Neylərəm mey nəş’əsin, mən kim, sənin heyraninəm. 

 

Şanəvəş yüz navəki-qəm sancılıbdır canimə, 



Ta əsiri-həlqeyi-geysuyi-mişkəfşaninəm. 

 

Əl çəkib, qət’i-nəzər qılmış əlacımdan təbib, 



Bildi guya kim, xərabi-nərgisi-fəttaninəm. 

 

Canə meylin var isə, hökm eylə, təslim eyləyim, 



Şah sənsən, mən sənin bir bəndeyi-fərmaninəm. 

 

Qönçə qılmaz şad, gül açmaz tutulmuş könlümü, 



Arizuməndi-rüxi-alü ləbi-xəndaninəm. 

 

Qan edib bağrım, işim ah etmə hər dəm, ey fələk, 



Hörmətim tut bir-iki gün kim, sənin mehmaninəm. 

 

Ey Füzuli, atəşi-ah ilə yandırdın məni, 



Qaliba sandın ki, şəm’i-külbeyi-əhzaninəm. 


236 

 

Səcdədir hər qanda bir büt görsəm, ayinim mənim, 



Xah mö’min, xah kafər tut, budur dinim mənim. 

 

Bağiban, şümşadü nəsrinin mənə ərz etmə kim, 



Ol qədü rüxsardir şümşadü nəsrinim mənim. 

 

Xaki-dərgahin nəzərdən sürmə, ey seylabi-əşk, 



Qılma zaye’ sürmeyi-çeşmi-cəhanbinim mənim. 

 

Əşk mövci gəzdirir hər yan tənim xaşakini



Mümkün olmaz əşk təhrikilə təskinim mənim. 

 

Çarə umdum lə’li-şirinindən əşki-təlximə, 



Təlx göftar ilə aldın cani-şirinim mənim. 

 

Məndə sakin oldu dərdi-eşq Məcnundan keçib, 



Ondan artıqdır məgər eşq içrə təmkinim mənim? 

 

Ey Füzuli, hər yetən tə’n eylər oldu halimə, 



Bu yetər əhli-məlamət içrə təhsinim mənim. 


237 

 

Zairi-meyxanəyəm, müğ səcdəsidir ta’ətim, 



Eşq pirim, nəqdi-can nəzrim, təvəkkül niyyətim. 

 

Hər yana baxsam, sürahi tək sücud etmək işim, 



Qanda olsam, badə tək düşmək əyağə adətim. 

 

Tövrümə zahid əgər surətdə eylər e’tiraz, 



Ixtilat etsəm, onu şərməndə eylər sirətim. 

 

Bəs ki, cami-mey kimi xoşməşrəbü safidiləm, 



Hörmətim vacib bilir hər kim bilir keyfiyyətim. 

 

Mö’təbərlikdir qürur əsli, mən ondan fariqəm



E’tibarə çün degil qabil mühəqqər hey’ətim. 

 

Eşq ərbabi-vəfadən zail etmiş mehrimi, 



Fəqr əsbabi-əlayiqdən götürmüş rəğıbətim. 

 

Ey Füzuli, fəqr toprağında dövlət istə kim, 



Sayə ol toprağə salmışdır hümayi-himmətim. 


238 

 

Kərəm qıl, kəsmə, saqi, iltifatın binəvalərdən, 



Əlindən gəldigi xeyri diriğ etmə gədalərdən. 

 

Əsiri-qürbətiz, bir səndən özgə aşinamız yox, 



Ayağın kəsmə, başinçün, bizim möhnətsəralərdən. 

 

Səba, kuyində dildarın nədir üftadələr hali? 



Bizim yerdən gəlirsən, bir xəbər ver aşinalərdən. 

 

Demə, zahid ki, tərk et simbət bütlər təmaşasın, 



Məni kim qurtarır Tanrı sataşdırmış bəlalərdən. 

 

Girib məscidlərə, gər müqtədalər peyrəvi olman, 



Budur vəchi ki, hərgiz görmədim üz müqtədalərdən. 

 

Təbiba, xaki-kuyi-yardəndir əşk təskini, 



Bizə artırma zəhmət, göz yaşarar tutiyalərdən. 

 

Fələkdir mehri zayil, yar qafil, ömr müstə’cil, 



Nədir tədbir, bilmən, canə yetdim bivəfalərdən. 

 

Vücudim ney kimi surax-surax olsa, ah etmən, 



Məhəbbətdən dəm urdum, incimək olmaz cəfalərdən. 

 

Füzuli, nazəninlər görsən, izhari-niyaz eylə, 



Tərəhhüm umsa, eyb olmaz, gədalər padişalərdən. 


239 

 

Yaqma canım, naleyi-biixtiyarımdan saqın! 



Tökmə qanım, abi-çeşmi-əşkbarımdan saqın! 

 

Su verər hər sübhdəm göz yaşi tiği-ahimə, 



Çox məni incitmə, tiği-abidarımdan saqın! 

 

Cövr odu yaxdı məni, yanımda durma, ey könül! 



Bir tutuşmuş atəşəm, qürbü civarımdan saqın! 

 

Tən evindən rəxtini, cəhd eylə, ey can, dışra çək, 



Afəti-seyli-sirişki-biqərarımdan saqın! 

 

Gərçi bir xaki-rəhəm, kimsə məni almaz gözə, 



Çox həqarətlə nəzər qılma, qübarımdan saqın! 

 

Gəlmə qəbrim üzrə, ey eşq içrə mən tək olmayan! 



Tə’nə daşidir sənə, səngi-məzarımdan saqın! 

 

Şahi-mülki-möhnətəm, xeylü sipahim dərdü qəm, 



Xeyli-bihəddü sipahi-bişümarımdan saqın! 

 

Ey Füzuli, qansı məhbubi ki, sevsən rəhmi var, 



Qıl həzər, ancaq mənim birəhm yarımdan saqın! 


240 

 

Ey geyib gülgun, dəmadəm əzmi-cövlan eyləyən, 



Hər tərəf cövlan edib döndükcə yüz qan eyləyən. 

 

Ey məni məhrum edib bəzmi-vüsalindən müdam, 



Qeyri xani-iltifati üzrə mehman eyləyən

1



 

Ey dəmadəm rəşk tiğilə mənim qanım töküb, 

Mey içib, əğyar ilə seyri-gülüstan eyləyən! 

 

Bunca kim, əfğanımı, ey məh, eşitdin gecələr, 



Demədin bir gecə kimdir bunca əfğan eyləyən? 

 

Nola gər cəm’iyyəti-xatirdən olsam naümid



Cəm’ olurmu xublər zülfi pərişan eyləyən? 

 

Yar dün çəkmişdi qətlim qəsdinə tiği-cəfa, 



Yetməsin məqsudinə, ya rəb, pəşiman eyləyən. 

 

Eşq dərdilə olur aşiq mizaci müstəqim, 



Düşmənimdir, dustlar, bu dərdə dərman eyləyən. 

 

Zahidin tə’n ilə döndərdim üzün mehrabdən, 



Necə bulmaz əcr min kafir müsəlman eyləyən? 

 

Dərdi-hicran natəvan etmiş Füzuli xəstəni, 



Yoxmudur, ya rəb, dəvayi-dərdi-hicran eyləyən. 

                                                            

1

 Xa n – süfrə 




Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə