Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə44/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   40   41   42   43   44   45   46   47   ...   72

248 

 

Əgərçi ignə tək keçdim cahanın hər nə varindən



Hənuz ardımcadır qeydi-təəllüq zülfi tarindən. 

 

Şəhidi-eşq olub, feyzi-bəqa kəsb eyləmək xoşdur, 



Nə hasil bivəfa dəhrin həyati-müstə’arindən. 

 

Hübabi-əşkü ahi-pürşərər qılmış məni fariq, 



Cahanın qəsri-siməndudü kaxi-zərnigarindən. 

 

Görünməz surəti-ümmidi-vəslin lövhi-canımdan, 



Mükəddərdir məgər ol ayinə cismim qübarindən? 

 

Uzanır rişteyi-tuli-əməl didar zövqilə, 



Xəm açıldıqca ol gülçöhrə zülfi-tabdarindən. 

 

Sənədir iqtidası tovfi-kuyi-Leyli etməkdə, 



Xəsü xarı qopar, ey naqə, Məcnun rəhgüzarindən. 

 

Füzulidən məlamət ehtirazın istəyən guya 



Degil vaqif dili-suzanü çeşmi-əşkbarindən. 


249 

 

Yerə düşməz hər nə ox kim, atsa ol əbrukəman, 



Gün şüailə onun çox fərqi var, ey asiman! 

 

Eşq namusi mənü Məcnunə düşmüş lacərəm, 



Qəm yükün çəkməkdəyiz mən bir zəman, ol bir zəman. 

 

Yox rəhi-eşqində bir mənzil yaşım girdabinə, 



Yol itirmişdir, işi sərgəştə gəzməkdir həman. 

 

Kam mümkündür uzun ömr ilə zülfündən, vəli 



Bulmaq olmaz dövri-rüxsarında xəttindən əman. 

 

Hiç kim sirri-dəhanın bilməz ol Isaləbin, 



Aləmi qövğayə salmışdır mücərrəd bu güman. 

 

Şəm’i-rüxsarın nihan tut çeşmeyi-xurşiddən, 



Nuri-çeşmim, ehtiraz eylə yaman gözdən, yəman. 

 

Ey Füzuli, çəkmə sən, rahi-təvəkküldən qədəm



Mənzili-məqsudə yetməkdir müqərrər, mən zəman

1



                                                            

1

Zamin 



  


250 

 

Görüb mühlik mənim çevrəmdə bəhri-eşq tüğyanın, 



Qaçıb bir dağə çıxdı kuhkən, qurtarmağa canın. 

 

Buraxmış itlərinə parə-parə könlümü ol məh, 



Üləşdirmiş, kəsib ərbabi-istehqaqə qurbanın. 

 

Mənim çaki-giribanım görüb eyb eyləməz ol kim, 



Görər sərməst çıxdıqda onun çaki-giribanın. 

 

Könül qəm həmdəmidir, qanın, ey göz mərdümi, içmə, 



Bilirsən qanə qandır, qəm sənə qoymaz onun qanın. 

 

Gözün kim, guşeyi-mehrab tutmuş din qılır yəğma, 



Bu mülkün etmək olmaz fərq kafirdən müsəlmanın. 

 

Gözüm mərdümləri çoxdan qılırlar də’viyi-eşqin, 



Nə hacət yaşların sormaq, anarlar Nuh tufanın. 

 

Füzuli, çəkmə yarın oxların hər ləhzə yarəndən, 



Sənəmi qaldı çəkmək hər zaman bir yar hicranın? 


251 

 

Şəfa lütf et məni-bimarə lə’li-nuşxəndindən, 



Ikən həm olma, ey bidərd, qafil dərdməndindən. 

 

Səməndin qətlimə səgritdin, əmma qorxum ondandır 



Ki, səbqət edə nagəh tövsəni-ömrüm səməndindən. 

 

Müradi-xatirin gər müşkül olmaqdır işim, olsun, 



Nə çarə, keçmək olmaz xatiri-müşkülpəsəndindən. 

 

Bilirdim səndə həm var ol həva kim, məndə var, ey ney, 



Dəm urduqca əgər çıxsaydı atəş bənd-bəndindən. 

 

Həris eylər məni pəndin məzaqi-eşqə, ey naseh! 



Diriğ etmə ki, məhzuzəm sənin peyvəstə pəndindən. 

 

Kəməndi-dudi-ahindir, Füzuli, çərx boynunda, 



Əcəb səyyadsən kim, çərx qurtulmaz kəməndindən. 


252 

 

Ələ alır gəzicək ol güli-rə’na ətəgin, 



Vəhm edər kim, tuta bir aşiqi-şeyda ətəgin. 

 

Bildi kim, xaki-rəh oldum ətəgin tutmaq üçün, 



Götürər, düşməyə qoymaz yerə əmda ətəgin. 

 

Dadlər qılmağa ol kafir əlindən, gecələr 



Çıxar ahim gögə ta tutə Məsiha ətəgin. 

 

Şamlər qanlu yaşım movcinə, əlbəttə, dəgər, 



Hər necə kim, götürür çərxi-müəlla ətəgin. 

 

Öylə üryan gərək avareyi-səhrayi-cünun 



Ki, təəllüq tikəni tutmaya qət’a ətəgin. 

 

Rind xak olsa dəxi, dürdi-xümi-badə olur, 



Nə isə, qoymaz əlindən meyi-səhba ətəgin. 

 

Güllər açıldı, Füzuli, yaxalar çak edibən, 



Gəl tutalım meyü məhbub ilə səhra ətəgin. 


253 

 

Görməsəm hər göz açanda ol güli-rə’na üzün, 



Göz yumunca əşki-gülgunim tutar dünya üzün. 

 

Gərçi kafərsən sənə, ey büt, yetər ol əcr kim



Rəğıbətin meyxanədən döndərdi yüz tərsa üzün. 

 

Pərdeyi-çeşmimdə nəqşi-cövhəri-tiğin sənin, 



Mövcə bənzər kim, tutar təhrik ilə dərya üzün. 

 

Olma, ey səhranişin qafil, degil hər su sərab, 



Mövci-əşki-çeşmi-Məcnundur tutan səhra üzün. 

 

Yadi-rüxsarilə ol mahın gözüm qan-yaş tökər, 



Hər görən saətdə xurşidi-cahanara üzün. 

 

Naz edib döndərmə, ey bidərd, üz üşşaqdən, 



Bunca həm göstərmə fəqr əhlinə istiğına üzün. 

 

Ey Füzuli, dudi-ahim tirə eylər aləmi, 



Görməsəm bir ləhzə ol mahi-mələksima üzün. 


254 

 

Sün’ me’marı yapar saətdə gərdun məxzənin, 



Dudi-ahim çıxmağa açmış kəvakib rövzənin. 

 

Gün batıb ulduz çıxar sanmın ki, göy dehqanının, 



Gecə ahim dağıdar gündüz yığılmış xirmənin. 

 

Göz tökər israf ilə xunabə lə’lin guiya 



Kim, cigər dağində ol lə’lin bulubdur mə’dənin. 

 

Dözmək olmaz tiği-bidadinə şirinləblərin, 



Gər fələk Fərhadvəş daş etsə üşşaqin tənin. 

 

Sübh tək çak et, Füzuli, pirəhən eşq içrə kim, 



Bilməyə kimsə giribanından onun damənin. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə