Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə52/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   48   49   50   51   52   53   54   55   ...   72

304 

 

Canımın cismilə zövqi-ittisali qalmadı, 



Ah kim, sənsiz dirilmək ehtimali qalmadı. 

 

Şükrallah, bəxt yar oldu, yetirdim tiğinə, 



Başımın bir qılca boynumda vəbali qalmadı. 

 

Istədim ol mahə ərzi-hal edim, heyrət mənə 



Öylə qalib oldu kim, bir söz məcali qalmadı. 

 

Bilməzəm xalin xəyalın qanda təsvir eyləyim, 



Dağıdən bir yer tənü canımda xali qalmadı. 

 

Hər kimi gördünsə qəm üftadəsi, tutdun əlin, 



Vəh ki, məndən qeyri bir qəm payimali qalmadı. 

 

Ey xoş ol sərməst kim, könlündə şövqü zövqdən 



Axirət əndişəsi, dünya xəyali qalmadı. 

 

Afərin, ey cam, kim, sildin könül ayinəsin, 



Xatiri-pakimdə dünyanın məlali qalmadı. 

 

Dürd nisbət, payimali-qeyddir hər kim ki, var, 



Bəzmi-dəhr içrə hərifi-laübali qalmadı. 

 

Gör, Füzuli, eşq tüğyanın, ədəm mülkün gözət, 



Əzmi-künc et kim, həvanın e’tidali qalmadı. 


305 

 

Giryədir hər dəm açan qəmdən tutulmuş könlümü, 



Əşkdir xali qılan qan ilə dolmuş könlümü. 

 

Ey pərivəşlər, cəfa rəsmin unutmın, lütf edin



Eyləmin bədxu cəfa mö’tadı olmuş könlümü. 

 

Və’deyi-vəsl ilə, ey gülrüxlər, etmin müztərib, 



Möhnəti-hicran ilə aram bulmuş könlümü. 

 

Xəncəri-bidad ilə hər dəm görər zəxm üzrə zəxm, 



Hiç bir dəm görmədim onmuş, onulmuş könlümü. 

 

Payibəndi-lütf olub, bir yerdə sakin bulmadım 



Dəşti-heyrətdə tərəddüddən yorulmuş könlümü. 

 

Simbərlərdən gələn daşları yığmış çevrəmə, 



Eşq mə’mur eyləmək istər pozulmuş könlümü. 

 

Hər zaman bir atəşinrüxsar sevdasın çəkər, 



Ey Füzuli, gör bu odlarə urulmuş könlümü. 


306 

 

 



 

Sanma kim, bülbül açar uçmağa balü pərini, 

Gül yaqıb onu savurmuş gögə xakistərini. 

 

Gözümü üzüm arasında çəri çəkdi müjəm 



Ki, gözümdən su çıxıb yumaya xaki-dərini. 

 

Mövci-əşkim görüb, əbruyə salır çin, nə əcəb 



Ki, su urmaq çıxarır ol qılıcın cövhərini. 

 

Düşdü vəsfi-düri-dəndani ağızdan ağıza, 



Eşidib saldı biyabanə dəniz gövhərini. 

 

Göz yüzün görməsə qanlar tökülər, ah, nola, 



Fitneyi basə, müşərrəf qıla göz mənzərini. 

 

Rəşheyi-cam bizi tutdu, nola gər saqi 



Gələ qurtarə bizi, alə əyaği tərini. 

 

Oldu nəzzarəmizə cəm’, Füzuli, ətfal, 



Gəl tutalım bu sipah ilə cünun kişvərini. 


307 

 

Tabi-suzi-sinədən əksilməsəydi göz nəmi, 



Göz yumub-açınca seylabə verərdim aləmi. 

 

Hər gözüm pürmövc dəryadır, o dərya üzrə kim, 



Hər qaşımdır mövcdən bir sərnigun olmuş gəmi. 

 

Muyi-julidəmdədir cəm’iyyəti-əsnafi-qəm, 



Mülki-sevdanın budur guya səvadi-ə’zəmi. 

 

Hicr var, ey didə, vəsl əyyamı tökmə xuni-dil, 



Saxla kim, əlbəttə, anın həm gələr bir gün dəmi. 

 

Adəmidən çox olur zahir pərivəşlər, vəli 



Az olur vaqe’ pərivəşlərdə sən tək adəmi. 

 

Vəsl yadilə, könül, söndürmə ahim atəşin, 



Külbeyi-tarimdən ikrah etməsin hicran qəmi. 

 

Ey Füzuli, qıldı canım riştəsin pürpiçü tab, 



Bir pərivəş dilbərin sevdayi-zülfi-pürxəmi. 


308 

 

Tilismi-gənc üçün min ismi-ə’zəm yad tutdun, tut! 



Tilismi sındırıb, gənci töküb, ismi unutdun tut! 

 

Töküb mey, cami-mey tutmaq təmənnasın çıxar başdan, 



Yügüş qanlar töküb, aləmdə çox xunabə yutdun, tut! 

 

Şərabi-nab zövqindən nə hasil, çün degil baqi, 



Piyazi-ömrə min gəz su verib, axır qurutdun, tut! 

 

Çü nə Cəmşid bulmuşdur bəqa keyfiyyətin, nə Cəm, 



Bu bəzm içrə Cəmü Cəmşid əlindən cam tutdun, tut! 

 

Füzuli, qıl qiyasi-halin əhli-dəhr halindən, 



Qümari-məkrü təzviri hiyəl əhlindən utdun, tut! 

 

*** 



 

Şö’leyi-şəm’i-rüxün əğyarə bəzməfruz olur, 

Ah kim, yetgəc mənə bir bərqi-aləmsuz olur. 

 

Qeyr çeşmindən bulur hər dəm nigahi-mərhəmət



Bən nə qıldım kim, nəsibim navəki-dilsuz olur. 

 

Hər gün açır könlümü zövqi-vüsalın yengidən, 



Gərçi güllər açmağa hər ildə bir novruz olur. 

 

Halətək çıxmaz evindən mahtəl’ətlər müdam, 



Hər kimin dövri-qəmərdə talei firuz olur. 

 

Saidin zövqilə tərk etmiş Füzuli aləmi, 



Meyli-səhra eyləməz hər quş ki, dəstamuz olur. 


309 

 

Xoşdur irmək ol bədən vəslinə pirahən kimi, 



Gəh əl öpmək astin tək, gəh ayaq damən kimi. 

 

Əks salmaz peykərim güzguyə baxsam, zə’fdən, 



Aləmi-surətdə bir şeyda bulunmaz mən kimi. 

 

Cəm’dir könlün sənin kim, var mən tək çoxların, 



Mən pərişanəm ki, tapılmaz mənə bir sən kimi. 

 

Bu çəmən gülrüxlərinə dərdi-dil qılmaz əsər, 



Yüz dilin var isə, xamuş ol, könül, susən kimi. 

 

Gər dilərsən edəsən nəzzareyi-didari-yar, 



Kənduzin görmə aradə, dideyi-rövşən kimi. 

 

Damənin doldursa gərdun dürr ilən, tök əbr tək, 



Dürr üçün təlx etmə kamın bəhri-tərdamən kimi. 

 

Sal nəzərdən lə’li həm görsən, sirişki-al tək, 



Lə’l üçün hər daşə urma başını, mə’dən kimi. 

 

Kargahi-sün’dən bir surət et nəqşi-zəmir, 



Min xəyalın tutmagil, sərrişteyi-suzən kimi. 

 

Göz yaşilə danə-danə cəm’i-əsbab etmə kim, 



Yelə verər dəhr onu, pamal edib xirmən kimi. 

 

Bəhrlər seyr eyləsən, mütləq tər olmaz damənin



Gər həvayi-eşq ilə məmlüvisən yelkən kimi. 

 

Qanda olsan, qapı lövhi tək gözət ismət yolun, 



Açma göz divarlərdən hər evə rövzən kimi. 

 

Ey Füzuli, mənzili-məqsudə yetmək istəsən, 



Hiç rəhbər yoxdürür ətvari-müstəhsən kimi. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə