Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə55/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   51   52   53   54   55   56   57   58   ...   72

324 

 

Ləbin əksi gözüm yaşini mey tək laləgun etdi



Zənəxdanın muradım dəstgahın sərnigun etdi. 

 

Sənə əksin müqabil durduğiçün hüsn lafilə 



Onu cam içrə qeyrət qərqeyi-girdabi-xun etdi. 

 

Özün nisbət qılırdı zülfünə zəncir hər saət, 



Bu sevdalər onu sərhəlqeyi-əhli-cünun etdi. 

 

Onun tək kim, pərişanlıq ziyasın artırır şəm’in, 



Mənə gövrün ziyad olmaq, sənə meylim füzun etdi. 

 

Müjən xəncərlərin könlüm basır bağrına, vəhm etməz, 



Ona cadu gözün guya ki, tə’limi-füsun etdi. 

 

Bəqayi-surəti-Şirin üçün tovfiq me’marı, 



Binayi-eşqi-Fərhadın əsasın Bisütun etdi. 

 

Füzulidən səbatü səbrü cövrü qəhr az istə 



Kim, ol biçarəyi dərdü qəmin bihəd zəbun etdi. 


325 

 

Ey saçın fikri qamu sevdalərin sərmayəsi! 



Olmasın başimdən əksik sərvqəddin sayəsi. 

 

Baş qoyar hər sübhdəm xurşid xaki-payinə



Bu səadətdən onun gəldikcə artar payəsi. 

 

Sən səlamət kisvətin zivər qıl, ey əhli-səlah 



Kim, mənə bəs muyi-julidəm cünun pirayəsi. 

 

Görməmiş məhdi-zəmin bir tifl sən tək, ta fələk 



Dəhr zalın qılmış ətfali-rəyahin dayəsi. 

 

Bərqi-ahindən Füzulinin göyərdi bixəbər, 



Dünlər əfğanilə bidar olmasa həmsayəsi. 


326 

 

Dün könül dilbərə şərhi-qəmi-pünhan etdi, 



Cəm’ ikən, könlünü bir parə pərişan etdi. 

 

Yer tutam, derdi könül, nalə ilə kuyində



Yetmədi bir yerə hər necə ki, əfğan etdi. 

 

Və’də verdi cigərim qanın içə müjganın, 



Intizar ilə bu həsrət cigərim qan etdi. 

 

Qəmzə tiğilə gözün könlümü yüz parə qılıb, 



Hər birin bir hədəfi-navəki-müjgan etdi. 

 

Qıldı mehrabə qaşın fikri fəqihi mail, 



Gör necə kafiri ol və’z müsəlman etdi. 

 

Görəyin çox yaşasın didə ki, mərdümlük edib, 



Qəm hücumində məni əşk ilə pünhan etdi. 

 

Ey əcəl, can təməin qılma Füzulidən kim



Bir kəmanəbruyə çoxdan onu qurban etdi. 


327 

 

Ey göz, ol nərgisi-xunxarə nigah etmə dəxi, 



Ruzigarım qəmi-eşq ilə siyah etmə dəxi! 

 

Ey gözüm yaşı, bu sərgəştəligin tərkin qıl, 



Sərvqamətlərə qət’i-səri-rah etmə dəxi! 

 

Ey könül, ömrümü verdin yelə aşiqlik ilə, 



Baxma hər qönçələbü gülrüxə, ah etmə dəxi! 

 

Baxma, ey can, xətü rüxsarına məhbublərin, 



Ehtiyat eylə, günah üzrə günah etmə dəxi! 

 

Qılma, ey eşq, mənə ərz pəriçöhrələri, 



Surəti-halimi ləhv ilə təbah etmə dəxi! 

 

Götür, ey nəfs, həvavü həvəsin aləmdən



Hərzə-hərzə tələbi-rif’əti-cah etmə dəxi! 

 

Ey Füzuli, meyü mə’şuq məzaqın tərk et, 



Özünü asiyi-dərgahi-ilah etmə dəxi! 


328 

 

Könül, yetdi əcəl, zövqi-rüxi-dildar yetməzmi? 



Ağardı muyi-sər, sevdayi-zülfi-yar yetməzmi? 

 

Yetirdi başini gərdun əyağə bari-möhnətdən, 



Xəyali-həlqeyi-geysuyi-ənbərbar yetməzmi? 

 

Sənə yetdi əcəl peymanəsin nuş etməyə növbət, 



Həvayi-çeşmi-məstü qəmzeyi-xunxar yetməzmi? 

 

Yetər oldu qulağə bangi-rehlət dəhr bağından, 



Nə durmuşsan, təmaşayi-güli-rüxsar yetməzmi? 

 

Yetər, cəm’ eylə bari-mə’siyət, təğyiri-ətvar et, 



Həya qıl, yoxmudur insafın, ol kim var, yetməzmi? 

 

Hidayət mənzilinə yetdilər sə’yilə əqranın, 



Zəlalət içrə sən qaldın, sənə ol ar yetməzmi? 

 

Füzuli, demə yetmək mənzili-məqsudə müşküldür, 



Tutan damani-şər’i-Əhmədi-Müxtar yetməzmi? 


329 

 

 




330 

 



331 

 

1 

 

Mən kiməm? – Bir bikəsü biçarəvü bixaniman



Taleim aşüftə, iqbalım nigun, bəxtim yaman. 

Nəmli əşkimdən zəmin məmlu, ünümdən asiman, 

Ahü naləm navəki peyvəstə, xəm qəddim kəman. 

Tiri-ahim bixəta, tə’siri-naləm bigüman, 

Müttəsil qəmxaneyi-sinəmdə yüz qəm mihman. 

Qanda bir qəm itsə, məndən istəsinlər, mən zəman

1



Yox mənə qeydi-bəlavü dami-möhnətdən aman. 



Çıxmadı könlümdən ənduhü qəmü möhnət həman, 

Ey mənim canım sənü könlüm səninlə şadiman. 

Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, 

Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman! 



 

 

Fariğ idim cümlə aləmdən, bilir aləm məni, 



Eyb edərdi bixəbər sanıb bəniadəm məni. 

Qoymadı dövrani-çərx öz halimə xürrəm məni, 

Şad ikən aləmdə, çərx etdi əsiri-qəm məni. 

Eşq nagəh oldu peyda, tutdu müstəhkəm məni

Saldı yüz sevdaya ol geysuyi-xəm dər-xəm məni. 

Şimdi Məcnundan rəhi-eşq içrə sanmın kəm məni, 

Yar xud qılmaz hərimi-vəslinə məhrəm məni. 

Sən ki, məhrəmsən, səba, billah, anıb hər dəm məni, 

Söylə ey gül kim, sənə bəxt eyləməz həmdəm məni. 

Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, 

Əl-əman, hicarn bəlavü möhnətindən, əl-əman! 

 

 

                                                            



1

 Zamin 


 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə