Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə56/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   52   53   54   55   56   57   58   59   ...   72

332 

 

Bülbüli-zarəm, güli-rüxsari-alindən cüda, 



Tutiyi-laləm, şəkərnisbət məqalindən cüda. 

Der idim səbr eyləyim, olsam cəmalindən cüda 

Bilmədim düşvar imiş olmaq vüsalindən cüda. 

Tirə oldu ruzigarim zülfü xalindən cüda, 

Oldu səhra mənzilim vəhşi qəzalindən cüda. 

Mu tək incəldi tənim nazik nəhalindən cüda, 

Xəm gətirdi qamətim, mişkin hilalindən cüda. 

Çıxdı cani-natəvan, şirin zülalindən cüda, 

Oldum, əlqissə, rüxi-fərxündəfalindən cüda. 

Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman

Əl-əman, hicran bəlavü möhnətindən, əl’əman! 

 

 

Sinə çakü didə nəmnakü bədən əfgardir, 



Can həzin, xatir qəmin, şeyda könül bimardir. 

Mən bu qəm içrə ki, dəf’in eyləmək naçardir, 

Məsləhət sordum, dedilər məsləhət izhardir. 

Söylədim dərdi-dilimni bildi ol kim yardir, 

Qılmadı bir rəhm bəs kim, zalimü xunxardir. 

Dəxi izhar edəmən, nə hacəti-təkrardir, 

Eyləyim səbrü təhəmmül ta həyatim vardır. 

Canə yetgəc ta ki, məndə qüvvəti-göftardir, 

Söylərəm: ey gül ki, səndən ayrılıq düşvardir, 

Sənsiz olman ayrı möhnətdən, bəladən bir zəman, 

Əl-əman, hicran bəlavü möhnətindən, əl-əman! 

 

 




334 

 

      



 

Mənəm ki, qafiləsalari-karivani-qəməm, 

Müsafiri-rəhi-səhrayi-möhnətü ələməm. 

Həqir baxma mənə, kimsədən sağınma kəməm, 

Fəqiri-padişahasa, gədayi-möhtəşəməm, 

Sirişk təxti-rəvandır mənə, bu ah, ələm, 

Cəfavü cövr – mülazim, bəlavü dərd – həşəm. 

 

 

Nə mülkü mal mənə çərx versə, məmnunəm, 



Nə mülkü maldən avarə qılsa məhzunəm. 

Əgərçi müflisü pəstü mühəqqərü dunəm, 

Dəmadəm öylə xəyal ellərəm ki, Qarunəm. 

Könüldə nəqdi-vəfa gənci, leyk pünhani, 

Gözüm xəzaneyi-lə’lü gühər, vəli fani. 

 

 

Həyat sərf edübən, dərd qılmışam hasil, 



Sirişki-alü rüxi-zərd qılmışam hasil, 

Zəmir güzgüsünə gərd qılmışam hasil, 

Təbiəti-səgi-şəbgərd qılmışam hasil, 

Işim qara, gecə ta sübh naləvü fəryad, 

Nə versələr ona şakir, nə desələr ona şad. 

 

 

Sirişkriz güləndamlər həvasilə, 



Şikəstəhal siyəhzülflər bəlasilə, 

Zəmanə içrə qəmi-eşq macərasilə, 

Həmişə məsləhətim özgələr rizasilə, 

Nə dövri-gərdişi-gərdun mənim muradimlə, 

Nə qayəti-əməlim hüsni-e’tiqadimlə. 

 

 

Həsud surəti-əhvalimə nəzər qılmaz, 



Cəfa qılır məni biçarəyə, həzər qılmaz, 

 



335 

 

Sanır ki, naləvü zarım ona əsər qılmaz, 



Onu mürur ilə aləmdə dərbədər qılmaz, 

Zəmanə içrə mücərrəbdir intiqami-zəman, 

Həmişə yaxşıya yaxşı verər, yəmanə yəman. 

 

 

Xoşam ki, xameyi-təqdiri-eyzədi-mütəal, 



Vücud lövhinə təsvir edəndə surəti-hal, 

Rəqəm qılıb əgər idbardır və gər iqbal, 

Olur təğəyyür ona qeyridən bu əmri-məhal, 

Səadəti-əzəli qabili-zəval olmaz. 

Günəş yer üstünə həm düşsə, payimal olmaz. 

 

 

Əzizi-həq həsədi-düşmən ilə olmaz xar, 



Həsud hiyləsi iqbali eyləməz ibdar. 

Əgərçi gülbünə gahi xəzandan afət var

Tədarük eylər ona afiyət nəsimi-bəhar. 

Qərəz ki, hər kim əzəldən olursa dövlətmənd, 

Məhaldır yetə asari-dövlətinə gəzənd. 

 

       8 

 

Əgərçi bir neçə gün iqtizayi-aləmi-dun, 



Cahanda eylədi iqbal ra’yətini nigun. 

Zəmanə surəti-əhvalim etdi digərgun, 

Vəfa xətinə qələm çəkdi çərxi-buqələmun, 

Bu gün zəmanə ol əhvaldən peşimandır, 

Əgərçi kafər idi, haliya müsəlmandır. 

 

 

Füzuli, eylədigin əhdinə vəfa qılğıl, 



Yetər şikayət edib şərhi-macəra qılğıl, 

Vücudunu hədəfi-navəki-bəla qılğıl, 

Qamu cəfalərə səbr eyləyib dua qılğıl. 

Kim ola dust rizası həmin sənə hasil, 

Rizayi-düstdur əsli-təməttö’, ey qafil! 

 



336 

 

 

Gətir, saqi, qədəh kim, növbahari-aləmaradır! 



Zəmin səbzü həva canbəxşü gülşən rahətəfzadır! 

 

Pərişan olma kim, gülbərg tək hala bu gülşəndə, 



Nişatü eyş üçün əsbabi-cəm’iyyət mühəyyadır. 

 

Açıldı lalə, güldü qönçə, gəldi işrət əyyami, 



Zəbani-hali-səbzə işrət iymasına guyadır. 

 

Gör öz halini vü çəkmə qəmi-mazivü müstəqbəl 



Ki, hala mövsimi-gülgəştü dövri-cami-səhbadır. 

 

Səhər gülzarə gir, billah, bu mövsimlərdə vü hərdəm, 



Təmaşa qıl ki, divanında gülün xoş təmaşadır. 

 

Açıldı qönçə tumarı və mə’lüm oldu məzmuni, 



Budur kim: fövt qılman

1

 mövsimi-gül, cami-gülguni. 



 

 

Gətir, saqi, qədəh, bil kim, təəllül fövti-fürsətdir, 



Bu firsət var ikən fövt etmə kim, fürsət qənimətdir. 

 

Zəminə: “keyfə yöhyil-ərz”



2

 yazmış xameyi-səbzə, 

Nəzər qıl kim, bu həm asari-rəhmətdən bir ayətdir. 

 

Deyirlər cənnət içrə atəş olmaz, bu əcəbdir kim, 



Gülüstan atəşin gül birlə rəşki-baği-cənnətdir. 

 

Cahani rəşki-gülzari-Xəlil etkən bahar iməs, 



Bu feyzi-ədli-Ibrahim xani-paksirətdir. 

 

Onun yanında kim, gülbərg gülzari-məanidir, 



Onun bəzmində kim, sərvi-rəvani baği-behcətdir. 

                                                            

1

 Qılmayın 



2

 Yeri necə dirildər. 




Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə