Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə54/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   50   51   52   53   54   55   56   57   ...   72

317 

 

 



 

Yetər, ey fələk, bu cəfa, yetir məni-zarə sərvi-rəvanimi, 

Məhi-təl’ətilə münəvvər et, dilü dideyi-nigəranimi. 

 

Rüxum üzrə xətti-sirişkimi, dəfəatilə qələmi-müjəm, 



Rəqəm etdigiçün el oxuyub, bilir oldu razi-nihanimi. 

 

Cigərim odunu nihan ikən, elə zahir etdi mürur ilə, 



Görəyim yerə keçə abi-çeşmi-təri-şərarəfşanimi. 

 

Tutalım ki, zülfi-siyahını tutan üzrə sabit olur günəh, 



Nə rəva ki, qəmzeyi-qatilin, günəh etmədən tökə qanimi? 

 

Bu bəlayə saldı məni qədin ki, yaşırdı yer üzünü yaşım, 



Bu yerə ytirdi məni qəmin ki, ələk eşitdi fəğanimi. 

 

Necə qəddü xalü xətü rüxün qəmü rəncü dərdü bəla ilə, 



Bükə qəddimi, tökə yaşımı, yıxa könlümü, yaxa canimi. 

 

Sitəmin daşiylə başı sınıq, bədəni şikəstə Füzuliyəm, 



Bu əlamətilə bulur məni, soran olsa namü nişanimi. 


318 

 

Ey səfi-novki-müjən zülfi-məlamət şanəsi, 



Hər gireh zülfündə bir dami-təhəyyür danəsi. 

 

Bülbüli-can övci-istiğınayi-hüsnün tairi, 



Tairi-dil pərtövi-şəm’i-rüxün pərvanəsi. 

 

Könlümü qılmış xəyali-mərdümi-çeşmin vətən, 



Şükr kim, mərdümnişin olmuş bu qəm viranəsi. 

 

Dövri-rüxsarində xəttin hey’əti eşq əhlinə, 



Bəzmi-qəmdə qanilə dolmuş bəla pemanəsi. 

 

Şəm’i ruyin tabi xurşidi-qiyamət pərtövi, 



Höqqeyi-lə’lin sözü xabi-ədəm əfsanəsi. 

 

Zaye’ olmaz vadiyi-vəhdətdə ol avarə kim, 



Bəsteyi-zənciri-zülfündür dili-divanəsi. 

 

Qanlı yaşın bəs ki, saçmışdır Füzuli hər tərəf



Lalərəng olmuş hübabi-mey kimi xümxanəsi. 


319 

 

Ayinə sevər candan rüxsareyi-canani, 



Bir qayətə yetmiş kim, ayrılsa çıxar cani. 

 

Fəryad ki, əks oldu ol kim görəyim derdim, 



Ayineyi-rüxsarın lövhi-dili-heyrani. 

 

Ol çahi-zənəxdanda derdim görərəm könlüm, 



Könlümdə görər oldum ol çahi-zənəxdani. 

 

Azadələrin könlün cəm’ etmiş ikən qəflət



Təprətmə səba, billah, ol zülfi-pərişani. 

 

Yarə qəmi-pünhanım izhar edə bilməzdim, 



Şadəm ki, rəvan oldu gözdən cigərim qani. 

 

Dərdü qəmi-pünhanim fəhm etdi el ahimdən, 



Yüz ah ki, faş oldu dərdü qəmi-pünhani. 

 

Hicran gecəsi görgəc duzəx ələmin, bildim 



Kim, ruzi-qiyamətdir yarın şəbi-hicrani. 

 

Candan keçəli buldum rahət qəmi-aləmdən, 



Xoş hikmət ilə buldum ol dərdə bu dərmani. 

 

Yarəb, nə səbəbdəndir kim, hiç əsər qılmaz 



Dildarə Füzulinin fəryad ilə əfğani. 


320 

 

Məhşər günü görüm derəm, ol sərvqaməti, 



Gər onda həm görünməsə, gəl gör qiyaməti. 

 

Tərki-mey etdin, ey könül, əyyami-gül gəlir, 



Əlbəttə, bu işin çəkilir bir nədaməti. 

 

Məcnun ki, padşahi-sipahi-vühuş idi



Mən tək müsəxxər etmədi mülki-məlaməti. 

 

Səhranəvərd ikən, mənə təsviri-Kuhkən, 



Öyrətdi şəhri-eşqdə rəsmi-iqaməti. 

 

Səngi-məlamət ilə çəkin çevrəmə həsar, 



Əşkim fənayə verməsin əhli-səlaməti. 

 

Zahid, çox etmə tə’n mey üftadəsinə kim, 



Çoxları yıxdı piri-müğanın kəraməti. 

 

Qəm zülmətində bulmağa dərdü bəla məni 



Bəsdir, Füzuli, atəşi-ahim əlaməti. 


321 

 

Rəvacın nəqdi-peykanınla bulmuş hüsn bazari, 



Keçər nəqdin əgər min Yusifin olsan xəridari. 

 

Məgər dövri-rüxün tərhin çəkər gül səfhəsi üzrə 



Kim, olmuş gövhərəfşan bülbülün pərgar minqari. 

 

Çəkər min dairə çevrəmdə hirz üçün sirişkimdən



Xəmidə qəddimin bihudə cizginməz bu pərgari. 

 

Keçər naləm fələkdən, xəm qədimi çəngə bənzətmin 



Ki, çıxmaz pərdədən çəngin sədayi-naleyi-zari. 

 

Yeni aydan fələk səthində min qalib düzüb-pozmuş, 



Verincə qaşların taqinə surət sün’ me’mari. 

 

Sənəmlər xidmətin taət bilən rind əcrsiz qalmaz, 



Qılar min rişteyi-təsbih işin hər tari-zünnari. 

 

Füzulini dəhanın həsrəti bir dərdə salmış kim, 



Nə pünhan etməyi mümkündür ol dərdin, nə izhari. 


322 

 

Ey, hər təkəllümüm xəti-səbzin hekayəti! 



Virdim həmişə müshəfi-rüxsarin ayəti! 

 

İrmiş səhih nəql ilə ərvahi-qüdsdən, 



İsayə mö’cizi-ləbi-lə’lin rəvayəti. 

 

Dil kişvərini qarət edərlərdi xublər, 



Mən’ etməsəydi şəhneyi-şövqün himayəti. 

 

Bildim təriqi-eşq xətərnakdir, vəli 



Mən dönməzəm bu yoldan, ölüm olsa qayəti. 

 

Qəddin həlakiyəm, düşə bilmən əyağinə, 



Bir dərdə düşmüşəm ki, bulunmaz nihayəti. 

 

Bəs kim, səni görəndə gedər məndən ixtiyar, 



Gəlməz bəyanə möhnəti-eşqin şikayəti. 

 

Şükr et, Füzuli, qılma fəğan, yar qılsa cövr, 



Kim, əhli-eşqə cövrdür onun inayəti. 


323 

 

Göz qarası əşki-gülgunimdə xalın sədqəsi, 



Əşki-gülgunim güli-rüxsari-alın sədqəsi. 

 

Dudi-ahimdən qararmış zarü sərgərdan tənim, 



Atəşin rüxsar üzə mişkin hilalın sədqəsi. 

 

Şövqi-vəslin yandıran naqis vücudum, mah tək 



Zərrə-zərrə afitabi-bizəvalın sədqəsi. 

 

Aşiyani-təndə mürği-ruhi etmən tərbiyət, 



Olmasa pərvanə tək şəm’i-cəmalın sədqəsi. 

 

Hicranə başım fəda olsun ki, canım almadın, 



Etdim axir müjdeyi-zövqi-vüsalın sədqəsi. 

 

Yusifi-gümgəştə kimdir kim, sana manənd ola? 



Yüz ona manənd hüsni-bimisalın sədqəsi. 

 

Əfv edər xidmətdə hər nöqsanımız piri-müğan, 



Ey Füzuli, canımız əhli-kəmalın sədqəsi. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə