Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə50/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   46   47   48   49   50   51   52   53   ...   72

290 

 

Məni candan usandırdı, cəfadən yar usanmazmı? 



Fələklər yandı ahimdən, muradım şəm’i yanmazmı? 

 

Qamu bimarinə canan dəvayi-dərd edər ehsan



Neçün qılmaz mənə dərman, məni bimar sanmazmı? 

 

Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən, 



Desəm, ol bivəfa bilmən, inanarmı, inanmazmı? 

 

Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım, 



Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı? 

 

Güli-rüxsarinə qarşu gözümdən qanlı axar su, 



Həbibim, fəsli-güldür bu, axar sular bulanmazmı? 

 

Degildim mən sənə mail, sən etdin əqlimi zail, 



Mənə tə’n eyləyən qafil səni görgəc utanmazmı? 

 

Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır, 



Sorun kim, bu nə sevdadır, bu sevdadən usanmazmı? 


291 

 

Getdi əldən sənəmin sünbüli-mişkəfşani, 



Yenə dövr etdi pərişan məni-sərgərdani. 

 

Öylə mö’tad olubam atəşi-hicranına kim, 



Görməsəm yandırar, əlbəttə, məni hicrani. 

 

Gögdə ahim yeli söndürdü çirağın günəşin, 



Yerdə əşkim ayağa saldı düri-qəltani. 

 

Göz bəyazinə çəkər lə’llərin surətini



Dəmbədəm xameyi-müjgan ilə bağrım qani. 

 

Çıxdı can, kimsəyə izhar edə bilmən dərdim, 



Nedəyin

1

, ah, bu dərdin nə olur dərmani? 



 

Ey sitəm daşını bidərdlərə zaye’ edən! 

Yapa gör bir neçə daş ilə dili-virani. 

 

Versə can, yetməsə cananə, Füzuli, nə əcəb 



Hər kişi kim, sevər öz cani üçün canani. 

                                                            

1

 Nə edək 



 


292 

 

Gecələr ta halimə gərdun təmaşa etmədi, 



Tərk edib bidadını, bir mehr peyda etmədi. 

 

Navəkin gör kim, yarub əşkim, tutar göz pərdəsin, 



Ey deyən Musa əsası qət’i-dərya etmədi. 

 

Hər dəmindən min Məsiha zindeyi-cavid olur



Sən edən izhari-e’cazi Məsiha etmədi. 

 

Aşiyan ta rövzeyi-kuyində tutdu mürği-dil, 



Keçdi tovfi-Kə’bədən, uçmağə pərva etmədi. 

 

Hiç abid anmadı lə’lin ki, gözdən qan töküb, 



Səcdədən durduqca, təğyiri-müsəlla etmədi. 

 

Zə’fi-tale’ kəsdi dünyadən nəsibin zahidin, 



Yoxsa öz rə’yilə zahid tərki-dünya etmədi. 

 

Etmədi eldən nihan bir gecə tovfi-kuyini 



Kim, Füzulini sədayi-nalə rüsva etmədi. 


293 

 

Fariğ etdi mehrin özgə məhliqalərdən məni, 



Hirz imiş eşqin sənin, saxlar bəlalərdən məni. 

 

Könlüm aldın, göstərib min lütfü minnət canıma, 



Eylədin müstəğıni özgə dilrübalərdən məni. 

 

Vamiqü Fərhad tək rüsvayə qılmın nsibətim, 



Bir fəqirəm, sanmanız ol xüdnümalərdən məni. 

 

Işvəvü naz ilə dəf’ etdin qəmü ənduhimi, 



Sehr ilən biganə etdin aşinalərdən məni. 

 

Qıl təkəllüm, zülfün ənduhini, könlümdən gedir, 



Bir füsun ilə xilas et, əjdəhalərdən məni. 

 

Qayəti-zöhdü vərə’, zahid, vüsali-hur isə, 



Vəchi yox mən’ etməgin huriliqalərdən məni. 

 

Hər cəfa etsən, Füzuli tək şikayət qılmazam, 



Eşq ətvarında sanma bivəfalərdən məni. 


294 

 

Çöhreyi-zərdimdə gör həmdəm sirişki-alimi, 



Ol güli-rə’nayə bu rəng ilə bildir halimi. 

 

Ta ki, sərvim basə gahi başim üzrə bir qədəm, 



Ey müsəvvir, rəhgüzari üzrə çək timsalimi. 

 

Ey fələk, yoxdur libasi-fəqrdən arım mənim, 



Ətləsindən bilmişəm üstün mühəqqər şalimi. 

 

Ey xoş ol kim, eşq hərfin bir dəxi təkrar edəm, 



Həşr divanında görgəc nameyi-ə’malimi. 

 

Hiç kim yoxdur ki, naləmdən şikayət eyləməz, 



Şükr kim, ərz eyləyən çoxdur sənə əhvalimi. 

 

Niyyətim oldur ki, rüxsarın görüb canım verəm, 



Müshəfi-rüxsar açıb, qılğıl mübarək falimi. 

 

Sübhü şam ol qibleyi-əbru müqabildir mənə, 



Ey Füzuli, Tanrı gözdən saxlasın iqbalimi. 


295 

 

Yar qılmazsa mənə cövrü cəfadən qeyri, 



Mən ona eyləməzəm mehrü vəfadən qeyri. 

 

Ey deyən “qeyrə könül vermə”, qanı məndə könül, 



Səri-zülfündə olan bəxti-qəradən qeyri? 

 

Qıldı Məcnun kimi çoxlar həvəsi-eşq, vəli 



Doymadı dərdə, məni-bisərü padən qeyri. 

 

Mişki-Çin zülfün ilə eyləsə də’va nə əcəb, 



Nə olur üzü qara qulda xətadən qeyri? 

 

Ləbinə çeşmeyi-heyvan deməzəm kim, ləbinin 



Var bir canə yarar feyzi, bəqadən qeyri. 

 

Hiç kim bilmədi təhqiq ilə ağızın sirrin, 



Sirri-qeybi nə bilir kimsə xudadən qeyri. 

 

Ey Füzuli, bizə təqdir qəm etmiz ruzi, 



Qılalım səbr, nədir çarə rizadən qeyri. 

 



296 

 

Yıxdı saqi bir əyaq ilə məni-əfgari, 



Bir təpik eylədi viran bu kühən divari. 

 

Gah mə’mur qılır badə məni, gah xərab



Görünüz gah yapıb, gah yıxan me’mari. 

 

Gün çıxınca saçaram gövhəri-əşk əncüm tək, 



Gecələr yadimə gəldikcə məhi-rüxsari. 

 

Dil yaxar dağ gözün fikri ilə hicr günü, 



Bu çirağiləmi saxlar gecə ol bimari? 

 

Yox özündən xəbəri kim ki, gəlir dünyayə, 



Bəzmdən dışra qomaz piri-müğan hüşyari. 

 

Bizə çün qədr bulunmaz, çıxalım dünyadən, 



Müştəri yox, necə bir bəkliyəlim bazari. 

 

Qeydi-islam, Füzuli, sənə bir afətdir



Bir həsar edə gör ondan özünə zünnari. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə