Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə46/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   42   43   44   45   46   47   48   49   ...   72

263 

 

Nihali-dərddir Məcnun, yer etmiş sayəsin ahu



Başında quş qanadı bərg, əyağində səlasil su. 

 

Mənə zali-fələk çəkdirdi ol muyi-miyan cövrün, 



Görün bir tari-muyi necə əjdər etmiş ol cadu. 

 

Olur meyli-dil əfzun asitanın daşına hər dəm, 



Əgərçi rəsmdir yasdıqdan ikrah eyləmək sayru. 

 

Tərəhhüm qıl bükülmüş qəddimə, vəhm eylə ahimdən, 



Saqın çıxmayə nagəh yaydən ol ox, ey kəmanəbru. 

 

Nədir, – dedim, rüxi-safində əksi-mərdümi-çeşmim? 



Dedi: gəlmiş gəmilə Rumə, dərya qət’ edib, hindu. 

 

Qaşın yayı fərağindən xədəngin kimi incəldim, 



Necə bir çəkdirər eşqin mənə zülmün, nə gücdür bu? 

 

Füzuli, ayrı düşdün yardən, səbr etməyə yer yox 



Düşüb səhrayə əfğan edəlim sən ayru, mən ayru. 


264 

 

Bülbüli-dil gülşəni-rüxsarın eylər arizu



Tutiyi-can lə’li-şəkkərbarın eylər arizu. 

 

Naməvü qasid pəyamilə xoş olmaz xatirim, 



Öz ləbindən ləhceyi-göftarın eylər arizu. 

 

Sərvü gül nəzzarəsin neylər sənə heyran olan, 



Arizinlə qəddi-xoşrəftarın eylər arizu. 

 

Arizu eylər ki, mən tək müttəsil bimar ola, 



Kim ki, vəsli-nərgisi-bimarın eylər arizu. 

 

Hicr bimari tənim badi-səbadən dəmbədəm, 



Sihhət içün sihhəti-əxbarın eylər arizu. 

 

Zülməti-hicrində baxmaz şəm’ə çeşmim mərdümi, 



Pərtövi-rüxsari-pürənvarın eylər arizu. 

 

Arizuməndi-vüsalındır Füzuli xəstədil



Vəslin istər, dövləti-didarın eylər arizu. 


265 

 

Rəməzan oldu çəkib şahidi-mey pərdəyə ru, 



Mey üçün çəng dutub, tə’ziyə açdı geysu. 

 

Bildi mütrib ki, nədir hal, götürdü qopuzun, 



Bəzmdən çəkdi əyağini sürahiyyü səbu. 

 

Bəzm qanuni pozuldu, ney üçün çəng ilə dəf, 



Yığılıb etməyələr hakim eşigində ğülu. 

 

Rəməzən ayı gərək açıla cənnət qapısı, 



Nə rəva kim, ola meyxanə qapısı bağılu. 

 

Fəthi-meyxanə üçün oxuyalım fatihələr, 



Ola kim, yüzümüzə açıla bir bağılı qapu. 

 

Afitabi-qədəh etməz rəməzən ayı tülu’ 



Nə bəladır bizə, ya Rəb, nə qara gündür bu? 

 

Intizari-meyi-gülrəng ilə bayram ayına, 



Baxa-baxa enəcəkdir gözümüzə qara su. 

 

Rəməzan oldu, budur vəhmi Füzulinin kim



Neçə gün içməyə mey, zöhd ilə nagəh tuta xu. 


266 

 

Əgər çıxsaydı dərdin cismdən, derdim ki, candır bu, 



Nə hacət dərdini yeydir demək candan, əyandır bu. 

 

Dəmadəm xublar gövrilə artar ləzzəti eşqin, 



Yamandır bu ki, təhqiq etmədən derlər yamandır bu. 

 

Xədəngi sayəsində xoş keçir ovqatını, ey dil 



Ki, gülzari-həyatın zinəti sərvi-rəvandır bu. 

 

Tutuşdum atəşi-dildən, cigər qanilə qərq oldum, 



Əgərçi bir şərarə oddur ol, bir qətrə qandır bu. 

 

Cəhanə qəddin ilə kakilindən fitnələr düşmüş, 



Qiyamət ibtidası, fitneyi-axirzəmandır bu. 

 

Dedilər bixəbərlər: baği-cənnət kuyinə bənzər



Xəbər verdi mənə andan gələn Adəm, yalandır bu. 

 

Füzuli, qıldı fəryadü fəğanım tirə gərduni, 



Hənuz, ol mah sormaz kim, nə fəryadü fəğandır bu? 

 



267 

 

Aşiq oldum yenə bir tazə güli-rə’nayə 



Ki, salır al ilə hər dəm məni yüz qovğayə. 

 

Lət urub qalibi-fərsudəmi gəh həbs qılır, 



Gəh sərasiməvü üryan buraxır səhrayə. 

 

Yüzümün qanilə kimüxtini al etdim kim, 



Aləti-sən’ət ola ol büti-bipərvayə. 

 

Bu nə işdir ki, bizi ignə kimi incəldib



Salır iplik kimi hər dəm bir uzun sevdayə. 

 

Ayağın bağılamış avarələrin sən’ət ilə, 



Yox nəhayət səri-kuyində gəzən şeydayə. 

 

Ləxt-ləxt olmuş ikən qəmzə dirəfşini çəkib, 



Çarəsaz olmadı bir gün məni-qəmfərsayə. 

 

Yaxa çak edəni başmaq kimi salır ayağa, 



Ey Füzuli, bax onun etdiyi istiğınayə. 


268 

 

Olsaydı məndəki qəm Fərhadi-mübtəladə, 



Bir ah ilə verərdi min Bisütuni badə. 

 

Versəydi ahi-Məcnun fəryadımın sədasın, 



Quşmi qərar edərdi başındakı yuvadə? 

 

Fərhadü zövqi-surət, Məcnunü seyri-səhra, 



Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə. 

 

Əşki-rəvanimə el cəm’ oldu, var ümidim 



Kim, ola varə-varə cəm’iyyətim ziyadə. 

 

Gəh qəmzən içmək istər qanimi, gah çeşmin, 



Qorxum budur ki, nagəh qanlar ola aradə. 

 

Sərvərlik istər isən, üftadəlik şüar et 



Kim, düşmədən əyağə, çıxmadı başə badə. 

 

Gər görməmək dilərsən rəsmi-cəfa, Füzuli, 



Olma vəfayə talib dünyayi-bivəfadə. 


269 

 

Istədim mərhəm oxundan cigərim yarəsinə, 



Atdı min ox ki, dəgər hər biri bir parəsinə. 

 

Bir-birilə çəkişir gərdi-rəhinçün müjələr, 



Gör nə qanlar düşəcəkdir oların arəsinə. 

 

Çəkməz oldu, könül oxlar yükün, ol sərv məgər 



Çəkərək atə oxun, rəhm edə biçarəsinə. 

 

Qanı göz yaşı kimi əhli-nəzər kim, yügürüb 



Bir içim su verə dəşti-qəmin avarəsinə. 

 

Hər tərəf əkslərimdir görünən, ya yığılıb 



Gəldi su xəlqi sirişkim suyu nəzzarəsinə. 

 

Bilməzəm kim, nəzər əhli nəsini əksildər, 



Qəzəb eylər, nəzər etsəm məhi-rüxsarəsinə. 

 

Ey Füzuli, cigərim qanını qoymaz tökülə, 



Can fəda ol sənəmin qəmzeyi-xunxarəsinə. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə