Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə48/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   44   45   46   47   48   49   50   51   ...   72

276 

 

Nihali-sərvdir qəddin, qaşın nun ol nihal üzrə



Misali-nöqteyi-nun xalın ol mişkin hilal üzrə. 

 

Olub heyran, götürmən xəttü xalından nəzər, guya, 



Gözüm mərdümləridir nöqtələr ol xəttü xal üzrə. 

 

Xəm etdin qamətim, gər tərki-sər qıldımsa mə’zurəm, 



Nə üzrüm var əgər derlərsə olmaz nöqtə dal üzrə. 

 

Zülali-xuni-dildəndir gözüm peymanəsi məmlu, 



Hübab altındadır ol nüqtə kim, qorlar zülal üzrə. 

 

Yazar göz pərdəsinə əşk şərhi-hal, bilməz kim, 



Oxunmaz qan ilə yazılsa xət övraqi-al üzrə. 

 

Dəmadəm kilki-müjganilə tifli-mərdümi-çeşmim, 



Xəti-sevdayi-xalın məşq edər lövhi-xəyal üzrə. 

 

Füzulinin təriqi-nəzmə təb’in müstəqim etmiş 



Xəyali-qamətin kim, bir əlifdir e’tidal üzrə. 


277 

 

Müshəf demək xətadır ol səfheyi-cəmalə, 



Bu bir kitab sözdür, fəhm edən əhli-halə. 

 

Rüxsarə nöqtə qoymaq rəsmi-xət olmasaydı, 



Düşməzdi mənzil etmək rüxsarın üzrə xalə. 

 

Heyrani-mahi-ruyin xurşidə mehr salmaz, 



Müştaqi-taqi-əbrun əksik baxar hilalə. 

 

Qondurdu gərd xəttin ayineyi-muradə, 



Qıfl urdu iqdi-zülfün gəncineyi-vüsalə. 

 

Dövran mənə qələm tək sevda qapısın açdı, 



Ta qəddimi qəmindən döndərdi zə’f nalə. 

 

Rəsmi-vəfa, Füzuli, səndən kəmalə yetmiş, 



Xoş kamili-zamansan, əhsəntə bu kəmalə. 


278 

 

Həzər qıl ah odundan, cövrünü üşşaqə az eylə



Xəsü xaşaki yaqma, şö’ləsindən ehtiraz eylə! 

 

Sənəmlər səcdəsidir bizdə taət, Tanrıçün, zahid, 



Kimi görsən sən öz dinində, təklifi-nəmaz eylə! 

 

Həqiqət xəttini yazmaq dilərsən lövhi-zatında, 



Xətin gülrüxlərin mənzur tut, məşqi-məcaz eylə! 

 

Sənəmlər səngdillərdir eşitməzlər sözü, zahid, 



Yetər bihudə mən tək onlara ərzi-niyaz eylə! 

 

Sənin nazın görəndə əql qalmaz həsbətən lillah, 



Aman ver talibi-didarə, bir dəm, tərki-naz eylə! 

 

Yolunda intizari-məqdəminlə xak olan çoxdur, 



Xüram et bir qədəm, min xakisari sərfəraz eylə! 

 

Füzuli, canə tapşırdın xəyalın, şimdi rüsvasən, 



Sənə kim der ki, hər naməhrəmə ifşayi-raz eylə! 


279 

 

Batalı qanə oxun dideyi-giryan içrə, 



Bir əlifdir sanasan kim, yazılır qan içrə. 

 

Yeridir sineyi-suzanıma külxən desələr, 



Bəs ki, yanmışdır oxun sineyi-suzan içrə. 

 

Canı tən içrə nə saxlardım əgər bilsə idim 



Ki, degil gizli qəmi-lə’li-ləbin can içrə. 

 

Ala gər oxlarını didələrimdən, ey dil, 



Heyfdir, olmaya nagəh itə müjgan içrə. 

 

Çak könlüm arasında yaraşır peykanın, 



Iqdi-şəbnəm xoş olur qönçeyi-xəndan içrə. 

 

Qəddinə sərv demiş, qönçələrin tə’nindən, 



Duramaz badi-səba hiç gülüstan içrə. 

 

Ey Füzuli, kimə suzi-dilimi şərh qılım, 



Yox mənim kimi yanan atəşi-hicran içrə. 


280 

 

Arizin görsə fələk, mehr buraxmaz ayə, 



Zərrə-zərrə qılıb onu buraxar səhrayə. 

 

Ləblərin əksin alıb, bağə girər hər dəm su, 



Rəşkdən qan içirir bərgi-güli-rə’nayə. 

 

Yeridir əksinə ayinə dəmir bənd ursa, 



Nə üçün qarşı durur sən kimi bihəmtayə. 

 

Bulduğu yerdə həsəddən gün urar sayənə tiğ 



Ki, rəfiq olmaya sən mahi-mələksimayə. 

 

Oxa peykan dikilir qəmzən üçün peyvəstə, 



Toxunur tə’nə oxu qaşın ucundan yayə. 

 

Lə’li-nabın sifəti şəhdi-müsəffadır, leyk 



Acı etmiş onu səfrayi-həsəd səhbayə. 

 

Yar meylin sənə salmazsa, Füzuli, nə əcəb, 



Necə meyl etmək olur sən kimi bir rüsvayə. 


281 

 

Su verər hər sübhdəm göz yaşı tiği-ahimə 



Kim, tökəm qanın sipehrin, salsa mehrin mahimə. 

 

Şəm’i-rüxsarın odu qıldı məni atəşpərəst, 



Çaki-sinəmdən təmaşa eylə atəşgahimə. 

 

Qəm kimi öldürsə, qanlı tək qaçar məndən yana, 



Şahi-dərdəm, iltica eylər ülüvvi-cahimə. 

 

Tutiya tək çeşmi-ərbabi-nəzərdir mənzilim, 



Gərçi xaki-rəhgüzarəm dideyi-bədxahimə. 

 

Bir fəqirəm durmasın kimsə mənə tə’zim üçün, 



Qanda getsəm, ey gözüm, su səp qübari-rahimə. 

 

Qafiləm sirri-ləbi-canpərvərindən ta xətin, 



Qondurubdur gərd mir’ati-dili-agahimə. 

 

Ey Füzuli, yarə döndərdim üzüm əğyardən



Xəsmi çox gördüm, sığındım sidqilə Allahimə. 


282 

 

Yürütməyin ərəqi məclis içrə badə ilə, 



Həramzadəni qoymın həlalzadə ilə. 

 

Verir sitəm səbəqin tifli-xəttinə zülfün, 



Qoman bu üzü qaranı o lövhi sadə ilə. 

 

Mənə zaman ilə Məcnun müqəddəm olsa nola, 



Oyunda şah bərabər degil piyadə ilə. 

 

Qaşın bəlasına düşdüm, fələk qəmin çəkərək, 



Bu güclü yayı çəkər oldum ol kəbadə ilə. 

 

Qapında xəm qədimi gəzdirib yürür könlüm



Itin durur, yügürür hər tərəf qəladə ilə. 

 

Mənəm müdərrisi-elmi-cünun, qanı Məcnun 



Ki, bərmurad ola dövrümdə istifadə ilə. 

 

Başım ayağına gər düşsə mən’ eyləməzəm, 



Nə eylədi mənə, nəm var bir fütadə ilə. 

 

Məni saqınma, Füzuli, qəm içrə Məcnun tək 



Ki, mən ziyadəyəm ondan qəmi-ziyadə ilə. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə