Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə47/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   43   44   45   46   47   48   49   50   ...   72

270 

 

Bağə gir, bülbülə ərzi-güli-rüxsar eylə, 



Yığ gülün irzini, bülbül gözünə xar eylə. 

 

Bağ şahidlərinə zülf ilə çeşmin göstər



Sünbülü dərhəm edib, nərgisi bimar eylə. 

 

Qönçəyə lafi-lətafətdə ağız açdırma, 



Ləhzə-ləhzə onu şərməndeyi-göftar eylə. 

 

Sərvə azadəlik ismilə yaraşmaz yürümək, 



Onu həm şiveyi-rəftarə giriftar eylə. 

 

Dari-dünyanı, könül, cəhd qılıb, tərk edə gör, 



Xabi-qəflətdə ikən özünü bidar eylə. 

 

A cigər zəxmi, ağız açma xədəngin görübən



Yetənə razi-nihanım, yetər, izhar eylə. 

 

Kəs, Füzuli, təməin qeyr təmənnalərdən, 



Qanda olsan tələbi-dövləti-didar eylə. 


271 

 

Uyub ahuyə düşdü mişk Məcnun tək biyabanə, 



Nola çəksən onu zənciri-zülfi-ənbərəfşanə. 

 

Çəkər kafir gözün hər dəm cigərdən qəmzə peykanın, 



Nə gücdür bu, nə verdi alə bilməz bir müsəlmanə? 

 

Bəla navəklərin sancılmasınmı köksümə hər dəm, 



Dolaşır şanə tək hər ləhzə ol zülfi-pərişanə. 

 

Oxun gəldikcə sinəmdən sədalərdir çıxan, bilmən 



Dil eylər nalə, ya peykan dəgər sinəmdə peykanə. 

 

Sədayi-navəkin çıxdıqca can xürrəm olur, guya, 



Bu zindani-bəladən çıxmağa rüxsət verər canə. 

 

Boyanıb qanə, olmuş parə-parə güllər ə’zası, 



Məgər xəncər çəkib, sən sərv tək çıxdın gülüstanə? 

 

Məlamət oduna yandın, Füzuli, çıx bu aləmdən



Tərəhhüm qıl, rəva görmə ki, aləm oduna yanə. 


272 

 

Ey dili-sərgəştəvü şikəsteyi-valeh! 



Səlli və səllim ələn-nəbiyyə və aleh!

1

 



 

Nə’ti-nəbidir kəmali-əql nişani, 

Fə’ti bima şa’ə min sifati-kəmaleh

2



 

Daği-fəraqinə ehtimal və mümkin, 

Əhrəqəni nari-iştiyaqi-vüsaleh

3



 

Zikri ilə xoş keçir həmişə zamanın, 

Müftəkirən fi cəmalihi və cəlaleh

4



 

Eylə xəyali-rüxün nəzərdə təsəvvür

Vəqtəbisin-nurə min şü’ai-cəmaleh

5



 

Mərziyü məşkurdur cəm’i-fiali, 

Əhsənu min xissətin cəmi’ü xisaleh

6



 

Tabe’i olmaqdadır nəcat, Füzuli, 

Yəssərəkəllahu tabiən li fi’aleh

7



 

 

                                                            



1

 Tərcüməsi: Peyğəmbər və onun övladına salavat və salam (söylə). 

2

 Tərcüməsi: Onun yayılmış kamal sifətlərindən zikr eylə (söylə). 



3

 Tərcüməsi: Onun vüsal şövqünün odu məni yandırdı. 

4

 Tərcüməsi: Onun böyüklüyü və gözəlliyini fikr etdikdə. 



5

 Tərcüməsi: Nuru onun cəmalı şü’asından iqtibas et. 

6

 Tərcüməsi: Onun bütün xasiyyətlərinin hər biri gözəldir. 



7

 Tərcüməsi: Allah səni onun işlərinə tabe etsin. 




273 

 

Daraldır qönçə həlqin, dürci-lə’lin gəlsə göftarə, 



Qarardır afitabı sayə çəksən pərdə rüxsarə. 

 

Sənə bir söz deyincə keçdi ömrüm həsbətən lilləh



1

Sualım kami-dil verməklə möhtac etmə təkrarə. 



 

Dili-sədpareyi cəm’ eyləmək kuyində müşküldür, 

Olurmu cəm’ə qabil, hər itin ağızında bir parə! 

 

Səri-zülfündə hər mu, seyd qılmış bir dili-suzan



Düşübdür, sanəsən, bir şö’lə od şəm’ üzrə hər tarə. 

 

Təmənnayi-vüsalinçün degil giryəm, budur qəsdim 



Ki, seyli-əşkdən yer qalmaya kuyində əğyarə. 

 

Başım qaldırmasın xaki-rəhindən, sərnigun çəksin, 



Çəkər olsa müsəvvir surətim kuyində divarə. 

 

Füzuli, zəf’i-tən üzrilə kəsmə naleyi-zarın, 



Bizi çün çəng tək mö’tad qıldın naleyi-zarə. 

 

                                                            



1

 Allah üçün 




274 

 

Rəhm et, ey şəh, məni-dərviş çəkən ahlərə 



Ki, gəda ahi əsər eylər olur şahlərə. 

 

Mehri yox mahlərə ah əsər etməz, ya Rəb! 



Ver bir insaf bu mehri yox olan mahlərə. 

 

Qaşların tağinə versəm dili-suzan, nə əcəb, 



Rəsmdir asıla qəndil nəzərgahlərə. 

 

Maili-sərv, qədin vəslinə yetməz, nişə kim



Bəxt şayəstə degil himməti kutahlərə. 

 

Saqiyi-bəzmi-cünun nərgisi-məstindir kim, 



Içirir badeyi-qəflət dili-agahlərə. 

 

Baxma, ey didə, zənəxdanına məhbublərin, 



Gəzmə qafil, həzər et düşməyəsən çahlərə. 

 

Ey Füzuli, vərə’ əhli rəhi-məscid tutmuş, 



Sən rəhi-meykədə tut, uyma bu gümrahlərə. 


275 

 

Yenə ol mah mənim aldı qərarım bu gecə, 



Çıxacaqdır fələkə naleyi-zarım bu gecə. 

 

Şəm’vəş məhrəmi-bəzm eylədi ol mah məni, 



Yanacaqdır yenə eşq oduna varım bu gecə. 

 

Həm vüsali vurur od canıma, həm hicrani, 



Bir əcəb şəm’ ilə düşdü sərü karım bu gecə. 

 

Nə tütündür ki, çıxar çərxə, dili-zarə məgər 



Hicr dağini urur laləüzarım bu gecə? 

 

Sübhə saldı bu gecə şəm’ kimi qətlimi hicr, 



Ola kim, sübh gəlincə gələ yarım bu gecə. 

 

Parə-parə cigərim itlərinə nəzr olsun, 



Ol səri-kuyə əgər düşsə güzarım bu gecə. 

 

Var idi sübh vüsalinə, Füzuli, ümmid, 



Çıxmasa həsrət ilə cani-figarım bu gecə. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə