Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə49/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   45   46   47   48   49   50   51   52   ...   72

283 

 

Xoşdur, ey gün, talein kim, düşdün ol xaki-dərə



Əhli-dövlət damənin tutdun, yetərsən bir yerə. 

 

Damə düşmüş bir şikarəm kim, ədəm səhrasına, 



Mənzilimdən hər tərəf açmış əcəl min pəncərə. 

 

Lə’lin ətrafında xəttindən könül eymən degil, 



E’timad olmaz yeni imanə gəlmiş kafərə. 

 

Xət nə hacət, əhli-dil qeydinə rüxsarın yetər, 



Aləmi tutmaqda gün möhtac olurmu ləşkərə? 

 

Sayə saldın suyə, sərvi-nazi rəşk öldürdü kim, 



Mən dururkən, dövləti-vəslin nə nisbət axərə? 

 

Başda hər tük, eşq odundan bir tütündür kim, çıxar, 



Cizginən başım bəla bəzmində bənzər məcmərə. 

 

Ey Füzuli, məndə rahət qoymadı şeyda könül, 



Istərəm kim, qurtulam ondan, verəm bir dilbərə. 


284 

 

Könül, səccadəyə basma ayaq, təsbihə əl urma, 



Namaz əhlinə uyma, onlar ilə durma, oturma! 

 

Əgilib səcdəyə, salma fərağət tacını başdan, 



Vüzudən su səpib, rahət yuxusun gözdən uçurma! 

 

Saqın, pamal olursan buriya tək, məscidə girmə 



Və gər naçar girsən, onda minbər kimi çox durma! 

 

Müəzzin naləsin alma qulağə, düşmə təşvişə



Cəhənnəm qapısın açdırma, vaizdən xəbər sorma! 

 

Cəmaət izdihami məscidə salmış küdurətlər, 



Küdurət üzrə, lütf et, bir küdurət sən həm arturma! 

 

Xətibin sanma sadiq məscidin, qovlilə fe’l etmə, 



Imamın sanma aqil, ixtiyarın ona tapşurma. 

 

Füzuli, bəhrə verməz taəti-naqis, nədir cəhdin, 



Kərəm qıl, zərqi taət surətində həddən aşurma! 


285 

 

Ey vücudi-kamilin, əsrari-hikmət məsdəri, 



Məsdəri-zatın olan əşya sifatın məzhəri. 

 

Məzhəri hər hikmətin sənsən ki, kilki-qüdrətin 



Səfheyi-əflakə nəqş etmiş xütuti-əxtəri. 

 

Əxtəri məs’ud olan oldur ki, təb’i-pakinin 



Qabili-feyz ola lütfündən səfayi-cövhəri. 

 

Cövhəri mə’yub olan naqis mənəm kim, müttəsil 



Sadədir xəttin xəyalilə zəmirim dəftəri. 

 

Dəftəri-ə’malımın xətti xətadəndir siyah



Qən tökər çeşmim, xəyal etdikcə hövli-məhşəri. 

 

Məhşəri əşkim verər seylabə, gər ruzi-cəza 



Olmasa məqbul dərgahə sirişkim gövhəri. 

 

Gövhəridir eşq bəhrinin, Füzuli, abi-çeşm, 



Leyk bir gövhər ki, lütfi-həq onadır müştəri. 


286 

 

Ey vücudun əsəri, xilqəti-əşya səbəbi! 



Nəbi ol vəqt ki, bilfe’l gərəkməzdi nəbi. 

 

Seyyidi-əbtəhiyü məkkiyü ümmiyü zəki



Haşimiyü mədəniyü qüreyşiyü ərəbi

1



 

Səbqəti-zat ilə eyvani-risalət sədri, 

Şərəfi-əsl ilə fehristi-rüsul müntəxəbi. 

 

Əzmi-çərx etdi Məsiha ki, bula me’racın, 



Yetmədi mənzili-məqsudə təriqi-tələbi. 

 

Ənbiyadan kimə sən tək bu, müyəssərdir kim, 



Adəmə vəchi-mübahat ola izzü nəsəbi. 

 

Xələfi-mö’təbəri-Adəmü Həvva sənsən, 



Cə’ələllahü fədaən ləkə ümmi və əbi

2



 

Ya Nəbi, qılma Füzulini qapından məhrum, 

Əfv qıl, var isə dərgahdə tərki-ədəbi. 

 

                                                            



1

  Tərcüməsi: Məkkəli, dərs oxumamış, zəkalı, bir ağadır, haşimi, mədinəli, qureyşi və 

ərəbidir. 

2

 Tərcüməsi: Allah ata-anamı sənə qurban etsin. 




287 

 

Ey xoş ol günlər ki, rüxsarın mənə mənzur idi, 



Çeşmi-ümmidim çiraği-vəsldən pürnur idi. 

 

Qürb şövqi afiyətbəxşi-təni-bimar idi, 



Vəsl zövqi rahətəfzayi-dili-məhcur idi. 

 

Izzətim şəm’i münəvvər, taleyim əzmi qəvi, 



Dövlətim hökmü rəvan, eyşim evi mə’mur idi. 

 

Daməni-iqbalimə gərdi-təərrüz yetməyib, 



Çeşmi-hasid çöhreyi-cəm’iyyətimdən dur idi. 

 

Adəm idim, qürbi-dərgahında bulmuşdum qəbul, 



Mənzilim cənnət, meyim kövsər, ənisim hur idi. 

 

Bəxt mətlubim müyəssər qılmağa məhkum olub, 



Dəhr əsbabim mühəyya qılmağa mə’mur idi. 

 

Hər dua qılsam, təvəqqüfsüz olurdu müstəcab, 



Hər təmənna eyləsəm, ehmalsız məqdur idi. 

 

Hicr vəhmindən yetirməzdim küdurət könlümə, 



Gərçi dövranın müxalif gəzməgi məşhur idi. 

 

Nola gər salsa Füzulini qəmi-hicranə çərx, 



Vəsl əyyamında ol qafil ikən məğrur idi. 

 



288 

 

Ey təğafül birlə hər saət qılan şeyda məni, 



Vaqif ol kim, öldürər bir gün bu istiğına məni. 

 

Zə’fim eldən yaşırıb, əhvalimi saxlar, vəli 



Naleyi-biixtiyarımdır qılan rüsva məni. 

 

Gər məni xunabeyi-əşkim nihan eylər, nə sud, 



Qanda olsam, möhnəti-eşqin qılar peyda məni. 

 

Valehi-zövqi-ləbi-meygunü çeşmi-məstinəm, 



Saqiya, sanma xərab etmiş meyü səhba məni. 

 

Xali etmişdir məni məndən məhəbbət, dustlər, 



Eyb qılmın, görsəniz aləmdə bipərva məni. 

 

Guşeyi-mehrabə tutmuşdum rəhi-zöhdü səlah, 



Qoymadı öz halimə ol nərgisi-şəhla məni. 

 

Ey Füzuli, bir sənəm zülfünə könlüm bağıladım, 



Çəkdi zənciri-cünunə aqibət sevda məni. 


289 

 

Buraqdı xakə hüsnün afitabi-aləmarayi, 



Götürdü yer üzündən mö’cüzi-lə’lin Məsihayi. 

 

Iki gözdən rəvan etmiş sirişkim qamətin şövqi, 



Əsayi-mö’cizi gör kim, iki bölmüş bu dəryayi. 

 

Bükülmüş qəddimi qurtarə gör qüllabi-zülfündən, 



Xətadır, çəkməsin çox bağrı çökmüş bir sınıq yayi. 

 

Rüxün üzrə xəmi-əbruni görmək istərəm, əmma 



Ikən düşvar olur, gün var ikən görmək yeni ayi. 

 

Şərabi-nabə lütf et, möhtəsib, qəhr ilə çox baxma, 



Mükəddər qılma əksi-tirədən cami-müsəffayi. 

 

Yedi gündür ol ayi görmədim, ahim şərarilə 



Nola qılsam Bənatün-nə’ş ilə yeksan Sürəyyayi. 

 

Füzuli, əşk seylilə pərişan olma, səbr eylə! 



Ona həm var ola axir, tutub durarmı dünyayi? 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə