Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə51/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   47   48   49   50   51   52   53   54   ...   72

297 

 

Nə görər əhli-cəfa məndə vəfadən qeyri



Nə bulur şəm’i yaqan kimsə ziyadən qeyri. 

 

Ey olan sakini-məscid, nə bulubsan bilmən, 



Buriyasında onun buyi-riyadən qeyri. 

 

Gəl xərabətə, nəzər saqiyə qıl kim, yoxdur 



Rüxi-safü meyi-safində səfadən qeyri. 

 

Sərbəsər vadiyi-möhnətdirü qəm mülki-vücud, 



Bir fərağət yeri yox şəhri-fənadən qeyri. 

 

Cümleyi-xəlq mənə yar üçün əğyar oldu, 



Qalmadı kimsə mənə yar xudadən qeyri. 

 

Əzmi-kuyində könül yarlıq istər bizdən, 



Əlimizdən nə gəlir xeyr-duadən qeyri. 

 

Fəqr imiş fəqr, Füzuli şərəfi-əhli-vücud, 



Özünə eyləmə həmdəm füqəradən qeyri. 


298 

 

Tərəşşüh qəbrimin daşından etmiş çeşmimin yaşi



Xəyal eylər görən kim, lə’ldəndir qəbrimin daşi. 

 

Nə zibasən ki, surət bağılamaz təsviri-rüxsarın, 



Təhəyyür surət eylər, surətin çəkdikcə nəqqaşi. 

 

Nola girdabi-qəm dersə, dili-sərgəştə dünyayə, 



Sanır kim, cizginir aləm, kimin kim, cizginir başi. 

 

Sipehri-pürkəvakibdən degil dərdə dəva mümkün, 



Xəyal etmən verə tiryaki-zəhri-qəm, bu xəşxaşi. 

 

Bəqasi mümkün olmaz, olsa gər divari-ömründə 



Məhü xurşiddən xiştü bina, əflakdən kaşi. 

 

Verər əmvatə ehya badə, guya kim, çıxıb hər dün, 



Salır feyzi-Məsiha badəyə xümxanə xəffaşi. 

 

Füzulini rəhi-eşqində əşkü ah edər rüsva, 



Bəladır, hər kimin bir yolda qəmmaz olsa yoldaşi. 


299 

 

Hasilim yox səri-kuyində bəladən qeyri, 



Qərəzim yox rəhi-eşqində fənadən qeyri. 

 

Neyi-bəzmi-qəməm, ey ah, nə bulsan yelə ver, 



Oda yanmış quru cismimdə həvadən qeyri. 

 

Pərdə çək çöhrəmə hicran günü, ey qanlı sirişk! 



Ki, gözüm görməyə ol mahliqadən qeyri. 

 

Yetdi bikəsliyim ol qayətə kim, çevrəmdə 



Kimsə yox cizginə, girdabi-bəladən qeyri. 

 

Nə yanar kimsə mənə atəşi-dildən özgə, 



Nə açar kimsə qapım badi-səbadən qeyri. 

 

Pozma, ey mövc, gözüm yaşı hübabın ki, bu seyl 



Qoymadı hiç imarət bu binadən qeyri. 

 

Bəzmi-eşq içrə, Füzuli, necə ah eyləməyim, 



Nə təməttö bulunur neydə sədadən qeyri? 


300 

 

 



Heyrət, ey büt, surətin gördükdə lal eylər məni, 

Surəti-halım görən, surət xəyal eylər məni. 

 

Mehr salmazsan mənə, rəhm eyləməzsən bunca kim, 



Sayə tək sevdayi-zülfün payimal eylər məni. 

 

Zə’fi-tale’, manei-tovfiq olur, hər necə kim, 



Iltifatın arizuməndi-vüsal eylər məni. 

 

Mən gəda, sən şahə yar olmaq yox, əmma neyləyim, 



Arizu sərgəşteyi-fikri-məhəl eylər məni. 

 

Tiri-qəmzən atma kim, bağrım dələr, qanım tökər, 



Iqdi-zülfün açma kim, aşüftəhal eylər məni. 

 

Dəhr vəqf etmiş məni növrəs cavanlar eşqinə, 



Hər yetən məhvəş əsiri-xəttü xal eylər məni. 

 

Ey Füzuli, qılmazam tərki-təriqi-eşq kim, 



Bu fəzilət daxili-əhli-kəmal eylər məni. 


301 

 

Aldı gülzar içrə su əksi-üzari-alini, 



Çəkdi güllər surətin, mənzur edib timsalini. 

 

Adın etmiş gün, alıb bir əks mir’ati-fələk, 



Sübh göstərdikdə sən rüxsari-fərrüxfalini. 

 

Şərhə bir gün qıldığın bidadi çəkməz həşrədək, 



Ol mələk kim, yazmaq istər nameyi-ə’malini. 

 

Seyli-xun xalın xəyalilə pozub göz mərdümün, 



Mərdüm etmiş çeşmi-xunbarə xəyali-xalini. 

 

Mürği-dil qalmadı kim, seyd olmadı, ey şuxçeşm, 



Sakin et pərvazdən şəhbazi-mişkinbalini. 

 

Qoymadın bir kimsə cövrün çəkməyə, rəhm et dəmi, 



Mən’ qıl xunrizlikdən qəmzeyi-qəttalini. 

 

Qəm günü üstümdə səndən qeyri yox, ey dudi-ah! 



Lütf qıl, məndən götürmə sayeyi-iqbalini. 

 

Ey Füzuli, bəs ki, qəmnak oldu əhvalın soran, 



Qəmdən ölsən, hiç kim sormaz dəxi əhvalini. 


302 

 

Gördüm ol xurşidi-hüsnün, ixtiyarım qalmadı, 



Sayə tək bir yerdə durmağa qərarım qalmadı. 

 

Bir gün olmaz təl’ətin görmək müyəssər, ah kim, 



Zərrəcə ol gül yanında e’tibarım qalmadı. 

 

Pak qıldı surətimdən zə’f dəhr ayinəsin, 



Öylə məhv oldum ki, bir zərrə qübarım qalmadı. 

 

Qəm günü həmdəmlərim qərq oldular göz yaşinə, 



Silməyə göz yaşimi bir qəmküsarım qalmadı. 

 

Ruzigarım xoş keçirdi, ah kim, dövran dönüb, 



Oldu əhvalım xərab, ol ruzigarım qalmadı. 

 

Rahi-eşq içrə mənə ancaq fəna məqsud idi, 



Şükr kim, məqsudə yetdim, intizarım qalmadı. 

 

Ey Füzuli, el qamu əğyarım oldu yar üçün



Suzi-dildən qeyri bir dilsuz yarım qalmadı. 


303 

 

Hər görən eyb etdi abi-dideyi-giryanimi, 



Eylədim təhqiq, görmüş kimsə yox cananimi. 

 

Ləhzə-ləhzə xublar gördüm ki, dil qəsdindədir, 



Parə-parə eylədim mən həm dili-suzanimi. 

 

Çox yetirmə göglərə əfğanım, ey kafir, saqın, 



Incinir nagəh Məsiha eşidib əfğanimi. 

 

Qılma hər saət məni rüsvayi-xəlq, ey bərqi-ah, 



Eyləmə rövşən şəbi-qəm külbeyi-əhzanimi. 

 

Çıxma, ey divanə, bazari-məlamətdən deyər, 



Müttəsil çaki-giribanım tutar damanimi. 

 

Qansı bütdür bilməzəm, imanımı qarət qılan, 



Səndə iman yox ki, sən aldın deyim imanimi. 

 

Ey Füzuli, canə yetmişdim könüldən, şükr kim, 



Bağıladım bir dilbərə, qurtardım ondan canimi. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə