Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə53/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   49   50   51   52   53   54   55   56   ...   72

310 

 

Qərqi-xunabi-dil etdi dideyi-giryan məni, 



Onca qan tökdüm ki, bu rəng ilə tutdu qan məni. 

 

Hər tərəf yüz qəm həlakim qəsdin etmiş, Tanrıçün 



Bir dəm ey gözdən axan xunabə, qıl pünhan məni. 

 

Yox məcalim özgə gülrüxsarə sənsiz baxmağa, 



Eyləmiş hicri-rüxün öz halıma heyran məni. 

 

Ruzi-hicr, ey gün, çəkib bir tiğ, minnət qoy mənə, 



Yoxsa minnətsiz həlak eylər şəbi-hicran məni. 

 

Qərqi-xunab oldu cismi-xaksarim, ah, kim, 



Dürdvəş saldı ayaqlarə qəmi-dövran məni. 

 

Pənbeyi-dağim nihan etmiş sərasər cismimi 



Kim, məlamət qılmaya hər kim görüb üryan məni. 

 

Bir məhi-bimehrəyəm mail, Füzuli, yox əcəb, 



Qılsa hər yan, zərrə nisbət, çərx sərgərdan məni. 


311 

 

Mey peyapey sunma, saqi, qılma layə’qil məni, 



Etmə bir dəm dövləti-didardən qafil məni. 

 

Zəhri-qəhrin içmədən var isə qəsdin, qətlim et, 



Abi-heyvan içsəm öldürmək olur müşkil məni. 

 

Ar qətlimdən sənə, mən təşnə abi-tiğinə



Öldürər həsrət gər öldürməzsən, ey qatil, məni. 

 

Mən sənə heyranü məndən qeyri səndən bixəbər, 



Şükr ona kim, eşqinə qılmış haman qabil məni. 

 

Ey xoş ol sərməstlik vəqti ki, rəf’ olub hicab, 



Zövqi-mey biixtiyar eylər sənə mail məni. 

 

Dönə-dönə lə’li-meygunin öpər, ey qönçələb, 



Qılmasınmı rəşki-cami-badə xunindil məni. 

 

Zövq nöqsani bir afətdir mənə, ey piri-deyr! 



Qoyma naqis, bir neçə cam ilə qıl kamil məni. 

 

Qurtulum qəmdən, derəm, kuyində, əmma bilməzəm, 



Qurtararmı bəhri-qəm mövcündən ol sahil məni. 

 

Ey Füzuli, dövləti-baqi fənadəndir mənə 



Kim, fənadır eyləyən məqsudimə vasil məni. 


312 

 

Qamətin xidmətinə sərvin əgilməz başi, 



Nə bilir əhli-təriqin rəvişin ol naşi. 

 

Ögünür didə ki, heyranəm əzəldən üzünə, 



Oldu mə’lum bu lafında ki, çoxdur yaşi. 

 

Əşk lə’li rəhi-eşqində tutubdur ətəgim, 



Qorxuluqdur, necə salıb gedəlim yoldaşi? 

 

Yetdi ol qayətə zə’fim ki, çəkər təsvirim 



Hər zaman daireyi-heyrətə min nəqqaşi. 

 

Möhtəsib, Tanrı üçün’ gəl mənə çox vermə əzab, 



Meyli-məscidmi edər meykədələr ovbaşi? 

 

Kəsdi mən şiftədən əhli-səlamət yolunu, 



Bəs ki, ətrafıma cəm’ oldu məlamət daşi. 

 

Ey Füzuli, nə bəla oxları kim, gəlsə mənə, 



Səbəb ol qaşları yayin gözüdür, ya qaşi. 


313 

 

Mərhəm qoyub önərmə, sinəmdə qanlı daği, 



Söndürmə öz əlinlə yandırdığın çiraği. 

 

Uymuş cünunə könlüm, əbrunə der məhi-növ, 



Nə e’tibar ona kim, seçməz qaradan aği. 

 

Qəddin qəmində sərvin sormağa zə’fi-halın, 



Gülzardən kəsilməz irmaqların əyaği. 

 

Dür tək dişin sözünü hər dəm eşitmək istər, 



Bəhrin müdam onunçün sahildədir qulaği. 

 

Zülfü sayəh sənəmlər olmuş sənin əsirin, 



Eşqində hər birinin öz lütfü boynu baği. 

 

Gər mişk dersə aşiq ol buyi-zülfə, saqi, 



Tünd olma, bir qədəh ver, tər eyləsin dimaği. 

 

Dövran həvadisindən yox bakimiz, Füzuli, 



Darül-əmanımızdır meyxanələr bucaği. 


314 

 

Xoş gəldi dün ol ayə sirişkim nəzarəsi, 



Böylə olur ki, aşiqin işlər sitarəsi. 

 

Ey hər mərəz ilacinə hökm eyləyən həkim, 



Bimari-dərdi-eşq olanın yoxmu çarəsi? 

 

Çıxmaq dilər səfineyi-tən cünbüşilə can 



Dəryayi-eşqdən ki, ədəmdir kənarəsi. 

 

Derlər ki, var Vamiqü Məcnun, əcəb degil, 



Dağılmış ola atəşi-eşqim şərarəsi. 

 

Noldu gətirmədin ələ sədparə könlümü, 



Vəhm eylədinmi əl kəsə bu şişə parəsi? 

 

Səndən həmişə tiri-bəladır gələn mənə, 



Böylə olurmu aşiqü mə’şuqin arəsi? 

 

Ey söyləyən Füzuliyə eşq içrə səbr qıl, 



Söylə, bu mərhəm ilə kimin bitdi yarəsi? 


315 

 

Məgər xab içrə gördün, ey könül, ol çeşmi-şəhlayi 



Ki, qıldın türfətül-eyn içrə qərqi-əşk dünyayi. 

 

Yetirdi ahimi gərdunə ol büt, gör nə kafirdir, 



Deməz kim, gögdə nagəh incidə naləm Məsihayi. 

 

Çəkərsən, ey müsəvvir, surətin ol məhvəşin, əmma 



Nə mümkündür muradincə çəkilmək qaşları yayi. 

 

Bəladır şəhrlərdə mən kimi rüsvayi-xəlq olmaq, 



Nə xoş Fərhadü Məcnun mənzil etmiş kuhü səhrayi. 

 

Görünməz yar, xəlq əşkim təmaşasinə cəm’ olmuş, 



Əgər nagəh görünsə ol pəri, gəl gör təmaşayi. 

 

Tutub quşlar başımda aşiyan, fəryadə gəlmişlər, 



Çıx, ey ahim odu, bir dəm başımdan sav bu qovğayi. 

 

Füzuli, zülfi sevdasın qələm tək başa salmışsan, 



Gedər başın, əgər başdan gedirməzsən bu sevdayi. 

 



316 

 

 



 

Mübəddəl qılmağa sübhi-vüsalə şami-hicrani

Mənim ahim əlidir sübhü şam çərx damani. 

 

Gözüm yaşilə həmrəng olduğiçün kəşfi-razında, 



Basırkən bağrıma, düşdü gözümdən bağrımın qani. 

 

Dili-pürxunmudur sinəmdə, ya ol qaşları yayın 



Çəkilmiş navəki, cismimdə qalmış qanlı peykani? 

 

Üzün görmək təmənnasindəyəm, əmma budur müşkül 



Ki, dəm düşdükcə açdırmaz mənə göz əşk tüğyani. 

 

Dedin, ey Xizr, bənzər yar lə’li abi-heyvanə, 



Bu tə’zim ilə topraqdan götürdün abi-heyvani. 

 

Nisari-xaki-payin layiqi bir gövhər istərdim, 



Qamu gözdən keçirdim qətrə-qətrə əşki-qəltani. 

 

Füzulinin yetər eşqinə inkar eylə, ey gərdun! 



Güvahi-hal yetməzmi sənə fəryadü əfğani? 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə