Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə61/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   57   58   59   60   61   62   63   64   ...   72

356 

 

İbadəti-həqü kəsbi-ülum içün mütləq, 



Qomaz mülahizeyi-zəbti-mal, məndə məcal, 

Müdam düşmən ona söylərəm ki, malım alıb, 

Mənə müyəssər edər ne’məti-fərağəti-hal, 

Hüzuri-qəlb verər rövnəqi-ibadəti-həq, 

Fəraği-xatir olur mucibi-hüsuli-kəmal. 

Fəğan ki, dustumu düşmənimdən etmən fərq, 

Kəmali-cəhl ilə ovqat sərf olur məhü sal. 

Bu cəhl ilə özümü əhli-mə’rifət sanıram, 

Zəhi təsəvvüri-batil, zəhi xəyali-məhal! 

 

17 

 

Ey qaziyi-xocəstəliqa kim, həq eyləmiş, 



Sahibsəriri-məsnədi-hökmi-qəza səni! 

Cəhd eylə kim, mülahizeyi-nəf’i-dünyəvi, 

Hökmi-qəzadə etməyə əhli-xəta səni. 

Məqbuli-xəlq qılmış ikən elmü mə’rifət, 

Mərdudi-xaliq eyləməyə irtişa səni. 

 

18 

 

Zülm ilə ağçalar alıb, zalim 



Eylər ən’am xəlqə minnət ilə. 

Bilməz onu kim, etdigi zülmə 

Görəcəkdir cəza məzəllət ilə. 

Müddəası bu kim, rizayi-ilah 

Ona hasil ola bu adət ilə. 

Cənnəti almaq olmaz ağça ilə, 

Girmək olmaz behiştə rüşvət ilə. 

 

19 

 

Min ikən qədrü qiymətin bir olur



Müztərib olsa qəlbin, ey arif! 

Eylə təskini-qəlb hasil kim, 

Əlfi təhriki-qəlb eylər əlif

1



                                                            

1

 “Əlf” ərəbcə min deməkdir, “əlif” isə əbcəd hesabında birdir (1). 



 


357 

 

20 

 

Oldur ğəzəl ki, feyzi onun am olub müdam, 



Arayişi-məcalisi-əhli-qəbul ola. 

Virdi-zəbani-əhli-səfavü sürur olub, 

Məzmunu zövqbəxş, səriül-hüsul ola. 

Ondan nə sud kim, ola mübhəm ibarəti, 

Hər yerdə istimain edənlər məlul ola. 

 

21 

 

Sərfi-nəqdi-ömr edib mən kəsbi-irfan etmişəm



Əhli-dünya həm kəmali-cəhl ilə təhsili-mal. 

Dəhr bir bazardır, hər kim mətain ərz edər: 

Əhli-dünya – simü zər, əhli-hünər – fəzlü kəmal. 

Kim ki, məndən nəf’ bulmaz, istəmən nəf’in onun, 

Ol ki, yox nəf’im ona, nəf’in mənə olmaz həlal. 

İstəmən nadan mənə gər versə gənci-simü zər 

Kim, əvəzsiz malə nadandan təsərrüfdür vəbal. 

 

22 

 

Eyləyib nadanə ərzi-fəzlü izhari-hünər, 



Şərmsar etmək, əta ummaq, nədir zülmi-sərih! 

Sən bilirsən, mücmələn, ondan nə alırsan, vəli 

Bilməz ol kim, aldığ səndən həsəndir, ya qəbih. 

Zahirən satmaq hünər, almaq əta bir bey’dir, 

Tifldir nadan, buyurmaz şər’ onun bey’in səhih. 

 

23 

 

Hər kimin var isə zatında şərarət küfrü, 



Istilahati-ülum ilə müsəlman olmaz. 

Gər qara daşı qızıl qan ilə rəngin edəsən

Təb’ə təğyir verib, lə’li-Bədəxşan olmaz. 

Eyləsən tutiyə tə’lim ədayi-kəlimat, 

Nitqi insan olur, əmma özü insan olmaz. 

Hər uzun boylu, şücaət edə bilməz də’va, 

Hər ağac kim boy ata, sərvi-xuraman olmaz. 



358 

 

24 

 

Ey xəta ləfzilə Qur’anın şükuhin sındıran, 



Mö’cüzi-ayati-Qur’andan həzər qılmazmısan? 

Hər əlif bir xəncəri-xunrizi-bürrandır sənə, 

Xəncəri-xunrizi-bürrandan həzər qılmazmısan? 

Bir həkimi-kamilin darüş-şəfayi-hikmətin 

Etmək istərsən xərab, ondan həzər qılmazmısan? 

 

25 

 

Sən nə afətsən mənə, ey əqli-bədfərcam, kim, 



Bulmaq olmaz surəti-qürbündə asari-nişat. 

Tifllər, divanələr səndən mübərra olmağın, 

Dünyəvü üqbadə bulmuşlar kəmali-inbisat. 

İzzətü zillətdə bilməzlər təriqi-imtiyaz, 

Hillətü

1

 hirmanda çəkməzlər əzabi-ehtiyat. 



Ol ki, daim həmnişinindir, müəzzəbdir müdam, 

Netə kim təklifə hökmi-şər’ ilə sənsən mənat. 

Ol zamandan kim, sənə verdim inani-ixtiyar

Ol zamandan keylədim

2

 möhkəm səninlə irtibat, 



Olmayıb xali qəmü ənduhdən qəbrim evi, 

Xar bəstərdir mənə peyvəstə, xakistər – büsat. 

Olmayaydım, kaş ki, hərgiz səninlə həmnişin, 

Qılmayaydım kaş ki, mütləq səninlə ixtilat. 



 

26 

 

Ey xacə, gər qulundan oğulluq murad isə



Şəfqət gözilə bax ona daim oğul kimi. 

Vər oğılunu dilərsən ola sahibi-ədəb, 

Əlbəttə, eylə zillətə mö’tad qul kimi. 

 

27 

 

Ey vəziri-mülkpərvər kim, nizami-mülk üçün, 



Intixab etmiş cəmii-xəlqdən sultan səni. 

                                                            

1

 Zəiflik 



2

 Ki eylədim 




359 

 

Həllü əqdin aləmin qılmış müfəvvəz rə’yinə, 



Naibi-hökmi-xilafət eyləyib dövran səni. 

Qıl həzər kim, olmaya nagəh mizacın münqəlib, 

Qılmaya sərməst, cami-şövkəti-divan səni. 

Olasan insaf üçün mənsub ikən, əhli-fəsad, 

Edə din əhlinə afət, qilləti-iman səni. 

Etməyə mə’mureyi-islami viran, kəndüyə, 

Ə’zəmi-ə’vanü ənsar eyləyə şeytan səni. 

Etmiş ikən əfzəli-xəlqi-cəhan iqbal ilə, 

Ərzəli-əhli-cəhənnəm eyləyə sübhan səni. 

 

28 

 

Ey ki, aləmdə məhəbbət adini məzmun edib, 



Hər zaman bir mahrüxsarın olursan maili. 

Keçdi ömrün, şahidi-məqsəd cəmalın görmədin, 

Şahidi-məqsəd sağınmış, sən aradə haili

Arif isən, tuta gör sərrişteyi-feyzi-bəqa, 

Tərk qıl, bu surəti-faniyyü nəqşi-zaili. 

 

29 

 

Dəhr bir seylabdır, mülhəq ədəm dəryasına, 



Biz ki, sərgərdanız, ol seylabə düşmüş xarü xəs. 

Cizginir xarü xəs ol seylab olduqca rəvan, 

Yetmədən dəryayə, rahət mümkün olmaz bir nəfəs. 

 

30 

 

Kəfi-hirsilə daim daməni-dünyayi-dun tutsan, 



Zəmanə şurbəxt eylər səni, peyvəstə dərya tək. 

Müləvvəs olmayıb, təcrid ilə çıxsan bu aləmdən, 

Səni zali-fələk xurşidə cüft eylər Məsiha tək. 

 

31 

 

Ey gözəl, zatın məarif birlə rəngin edə gör



Xətti-mişkin, pərdeyi-rüxsari-gülgun olmadan. 

Söhbəti-ərbabi-elmü mə’rifətdən kəsb qıl, 




Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə