Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə62/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   58   59   60   61   62   63   64   65   ...   72

360 

 

 



Hüsni-sirət, surəti-halın digərgun olmadan. 

Cəhd qıl kim, görməyə xurşidi-rüxsarin zəval 

Nur feyzindən hilali-qədrin əfzun olmadan. 

 

32 

 

Əlindən ahlər, ey əxtəri-bəxti-siyahim, kim, 



Məni xəlq içrə aliqədr ikən, qayətdə xar etdin. 

Qılıb xurşidi-hirman mətləi-ümmid gərdunun, 

Vücudimdən misali-sayə, səlbi-e’tibar etdin. 

Səvadi-didəmi mütləq bəyazi-eynə döndərdin, 

Bəyazi-hüsni-halim xali-ruyi-ruzigar etdin. 

 

33 

 

Ey könül, mütləq ibadət qılmayıb, ömrün təmam 



Eylədin sevdayi-zülfi-hər pərirüxsarə sərf, 

Saç ağardı, gəl,yetər mir’ati-bəxtin tirə qıl, 

Ömrdən bir dəm ki, qalmış, eylə istiğfarə sərf. 

 

34 

 

Xirədməndi ki, daim aləmi-elm içrə seyr eylər, 



Əsalibi-fünuni-şe’rdən, əlbəttə, qafildir. 

Məzaqi-şe’r həm bir özgə aləmdir, həqiqətdə 

Iki aləm müsəxxər eyləmək qayətdə müşkildir. 

 

35 

 

Padişahi-mülk, dinarü dirəm rüşvət verib, 



Fəthi-kişvər qılmağa eylər mühəyya ləşkəri. 

Yüz fəsadü fitnə təhrikilə bir kişvər alır, 

Ol dəxi asari-əmnü istiqamətdən bəri. 

Göstərən saətdə dövrani-fələk bir inqilab, 

Həm özü fani olur, həm ləşkəri, həm kişvəri. 

Gör nə sultanəm məni-dərviş kim, feyzi-süxən 

Eyləmiş iqbalimi asari-nüsrət məzhəri. 



361 

 

Hər sözüm bir pəhlivandır kim, bulub tə’yidi-həq, 



Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri. 

Qanda kim, əzm etsə, mərsumü məvacib istəməz, 

Qansı mülkü tutsa dəgməz kimsəyə şurü şəri. 

Payimal etməz onu asibi-dövri-ruzigar, 

Eyləməz tə’sir ona dövrani-çərxi-çənbəri. 

Qılmasın dünyadə ultanlar mənə təklifi-cud, 

Bəs dürür başımda tövfiqi-qənaət əfsəri. 

Hər cəhətdən fariğəm, aləmdə haşa kim, ola 

Rizq üçün əhli-bəqa, əhli-fənanın çakəri. 

 

36 

 

Sədayi-ney həram olmaz, dedin, ey sufiyi-cahil, 



Yelə verdin xilafi-şər’ilə namusun islamın. 

Bu əndam ilə vəcdiyyatdan dəm urmaq istərsən, 

Ilahi, ney kimi surax-surax olsun əndamın. 

 

37 

 

Müttəsil mə’rifət əhlini ayaqlarə salıb, 



Fələki-süflə qılır möhnətü qəm pamali, 

Ol ki, cahildir, edib cümlə muradın hasil, 

E’tibar ilə qılır məsnədi-qədrin ali. 

Bu səbəbdən bilirəm kim, bu cahan övrətdir, 

Övrətin böylədir övladi ilə əf’ali. 

Ulu övladi kəsər süddənü tə’dib verər, 

Süd verib, lütf ilə bağılar beşiyə ətfali. 

 

38 

 

Yaxamı pəncəyi-təxvifi-rəhi-şər’ tutar, 



Daməni-mə’rifəti-əhli-riyasət tutsam. 

Jəngi-iflas tutar ayineyi-rahətimi, 

Tərki-hükkam qılıb, künci-qənaət tutsam. 

Hiç halətdə bulunmaz əsəri-rahəti-dil, 

Oluram müztəribül-hal nə sən’ət tutsam. 



362 

 

39 

 

Doğruluq ilə istə ülüvvi-məqam kim, 



Gəldikcə halinə verə dövri-fələk rəvac. 

Doğruluq ilə hərflərə sədrdir “əlif”, 

“Ya” hərfini ayağə buraxmışdır e’vicac. 

Doğrular ilə gəz ki, səni sərbülənd edə, 

Əgrilər ilə eyləmə, əlbəttə, imtizac. 

“Ya” ixtilatı ilə sərir oldu payimal, 

Başda məqam tutdu “əlif” nüsrətilə tac. 

 

40 

 

Müddəi eylər mənə təqlid nəzmü nəsrdə, 



Leyk namərbut əlfazü mükəddər zatı var. 

Pəhlivanlar, badpalər səgridəndə hər yana, 

Tifl həm cövlan edər, əmma ağacdan atı var. 

 

41 

 

Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim



Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur. 

Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib, 

Əksərən əlfazi namərbutü nahəmvar olur. 

Məndə tovfiq olsa, bu düşvarı asan eylərəm, 

Novbahar olğac tikəndən bərgi-gül izhar olur. 

 

42 

 

Sə’dü nəhs əhvalını qılsan münəccimdən sual, 



Müqtədai-mə’rifət Bərcisü Keyvandır ona. 

Eyləsən rəmmaldən təftişi-hali-nikü bəd, 

Mürşidi-rahi-yəqin Əngisü Lehyandır ona. 

Nöqteyi-əşkali-rəmlü seyri-əcrami-nücum, 

Kimə rəhbər olsa, feyzi-əql böhtandır ona. 

Bilmiş ol kim, hər nə sadir olsa ziştü xubü bəd

Məzhəri bir elmdir kim, əql heyrandır ona. 



363 

 



364 

 



365 

 

                                       



 

Əlhəmdü limən ənarə qəlbi və həda, 

Vəş-şükrü lima fihi minəş-şovqi bəda. 

Ma əmdəhü vahibən sivahu əbəda, 

La əşrikü fi sənai-rəbbi əhəda

1



 

 

Əlhəmdü limən əzzə kəmalən və əla, 



Mən qamə bi-əmrihi və mən nazəə-la. 

Sümməs-səlavatu vət-təhiyyatu əla 

Mən fəzzələhul-lahu bi-izzin və üla

2



 

 

Ey feyzi-vücud, şahidi-cud sana, 



Vey şahidi-cud, hər nə mövcud sana. 

Ümmidi-qəbulü e’timadi-kərəmin, 

Mərdudini etmiş yenə mərdud sana. 

 

 

Ey zatına mümkinat bürhani-vücub, 



Sabit sana imtinai-imkani-üyub. 

Şayisteyi-ne’məti-həyati-əbədi, 

Ərvahi-məarifinlə əbdanü qülub. 

 

 

Ey üqdəgüşayi-əcəmü türkü ərəb, 



Rəssami-rüsumi-fəzlü asarü ədəb! 

Məzmuni-hədisin səbəqi-hər millət

Də’vayi-qəbulun sənədi-hər məzhəb. 

                                                            

1

 Tərcüməsi: Mənim qəlbimi işıqlandırana və doğru yol göstərənə həmd olsun. 



Şükr olsun ona ki, onunla şövq başlanır. 

Ondan başqa bir kimsəni mədh etmərəm. 

Öz duamda Allahıma hek kəsi şərik etmirəm. 

2

 Tərcüməsi:Kəmalı ilə əziz olana həmd olsun, 



Onun əmrinə tabe olanlar yüksəldi, xilafinə gedənlər yox. 

Sonra sələvat və səlam olsun o adama ki, 

Allah onu əzizlik və yüksəkliklə fəzilətləndiribdir. 

 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə