Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə58/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   54   55   56   57   58   59   60   61   ...   72

342 

 

Ey hərir içrə tənin, mütləq bülur içrə gülab



Köksün abi-rövşən, ol ab üzrə dügməndir hübab. 

Böyləsən məhbub, yox nəzzarənə aləmdə tab, 

Vay əgər tezcik çıxıb, sərpib ləçək, salsan niqab, 

Hiç şək yox kim, səni görcək olur aləm xərab. 

 

Dil çəkib zərrin o tağın, verdi lə’lindən soraq, 



Tutdu ol göftar içün lə’li-binaguşin qulaq, 

Zülfünə həmdəm daraq, aşüftə mən ondan iraq, 

Diş salıb hər piçü tab açdıqca zülfündən daraq, 

Rişteyi-canımğa rəşkimdən düşür yüz piçü tab. 

 

Ey üzü gül, köynəgi gülgunü donu qırmızı! 



Atəşin kisvət geyib, odlara yandırdın bizi. 

Adəm oğılundan sənin tək doğmaz, ey zalım qızı. 

Ayü gündür hüsn bəhsində cəmalin acizi

Guiya atan məhi-tabandır, anan afitab. 

 

Al saç bağında mişkin saç pərişanhaliyəm, 



Sim-saq üzrə qızıl xəlxallər pamaliyəm, 

Sanma xəlxalın kimi mehrindən, ey məh, xaliyəm, 

Arizin dövründə zərrin silsilən timsaliyəm, 

Qəmzən oxundan həzin canımda yüz min iztirab. 

 

Sürmədən gözlər qara, əllər hənadən lalərəng, 



Hiç şahid yox bu rəng ilə ki, sənsən şuxü şəng, 

Vəsməli qaşın yaşıl tozlu kəman, qəmzən xədəng, 

Qəmzəvü qaşinə meyl eylər Füzuli bidirəng, 

Quş əcəbdir qılmamaq tirü kəmandan ictinab. 




343 

 

Tən pozuldu əşki-çeşmi-xunfəşanimdən mənim, 



Göydü can könlümdəki suzi-nihanimdən mənim. 

Ta əsər var cismü cani-natəvanimdən mənim, 

Qəm kəm etməz gözü könlüm cismü canimdən mənim, 

Bu başımdan savulub, ol getsə yanimdən mənim. 

 

Meyli-vəsl əgmiş qədimni çəngi-bəzmi-yar tək, 



Rəglərim sızlar əl ursam çəng üzrə tar tək, 

Çəngü ney mümkün kəm edə zarlıq mən zar tək, 

Bəs ki, məmluyəm həvayi-eşqə musiqar tək

Min fəğan hər dəm çıxar hər üstüxanimdən mənim. 

 

Aləmi tutdu sirişkim qanı, tutmazsan xəbər! 



Saldı yaşım rəxnələr yollarə, qılmazsan nəzər! 

Qan yaşımdan sarı kim, tutmuş yolun, qıl bir güzər! 

Meyl qıl məndən yana, hər dəm bu istiğına yetər! 

Qanlı isəm dəxi gəl keç şimdi qanimdən mənim. 

 

Güz evi tək oldu əşkimdən çox evlər qərqi-ab, 



Göz evi tək qıldı çox ev mərdümi-çeşmim xərab, 

Aləmi seylabə verdim, ey cəmali afitab! 

Görünür mərdüm gözünə seyldən qopmuş hübab

Suyə hər ev kim gedər əşki-rəvanimdən mənim. 

 

Ey xəyalın xəlvəti nəqdi-rəvanim məxzəni, 



Göz yaşı olur rəvan hərgəh xəyal etsəm səni, 

Lütf umub səndən, səri-kuyində etdim məskəni, 

Gəl gözüm nuri, Füzuli tək çox ağılatma məni, 

Inciməzmi xatirin ahü fəğanimdən mənim. 




344 

 

Həbibiyə təxmis 

 

Ta cünun rəxtin geyib, tutdum fəna mülkün vətən



Əhli-təcridəm, qəbul etmən qəbavü pirəhən, 

Hər qəbavü pirəhən geysəm misali-qönçə mən. 

“Gər səninçün qılmasam çak, ey büti-nazikbədən! 

Gorum olsun bu qəba əynimdə pirahən kəfən”. 

 

Gərçi sevdayi-səri-zülfindənəm zarü zəlil, 



Keçmən ol sevdadən olduqca mənə ömri-təvil, 

Sanma tərk edəm bu sevdayi, gər olsam həm qətil, 

“Çıxmaya sevdayi-zülfün başdan, ey məh, gər yüz il 

Üstüxani-kəlləm içrə tutsa əqrəblər vətən”. 

 

Qalib oldu sübhdəm şövqi-güli-ruyin mana, 



Seyri-bağ etdim ki, buyi-gül verə təskin mana, 

Gül görüb, yadınla dürri-əşk saçdım hər yana, 

“Düşdü şəbnəm, bağə gir, ta gül nisar etsin sana, 

Səbzənin hər bərginə bir dür ki, tapşırmış çəmən”. 

 

Der idim, ey dil, gətirmə hiç dərd əhlinə şək, 



Ta səni həm salmasın bir dərdə dövrani-fələk

Almadın pənd imdi, aşiqsən, işin ah eyləmək, 

“Ey könül, eşq əhlinə hər şəb gülərdin şəm’ tək, 

Mən deməzmidim ki, danla ağılayasıdır gülən”. 

 

Xah sincab eyləsin fərşin, Füzuli, xah kül, 



Hicr ilə mütləq yuxu görməz göz, əglənməz könül. 

Yarsız eşq əhlinin dinlənməgi mümkün degül, 

“Necə dinlənsin Həbibi sənsiz, ey əndami gül 

Kim, batır cisminə təndə hər tük olmuş bir tikən”. 




345 

 

Lütfiyə təxmis 

 

Candadır sübhi-əzəldən mehri-rüxsarın sənin, 



Nola ta şami-əbəd olsam tələbkarın sənin, 

Imdi cana bulmamış min aşiqi-zarın sənin. 

“Ey əzəldən ta əbəd könlüm giriftarın sənin, 

Çarə qıl kim, buldu canım əsrü qəmxarım sənin!” 

 

Tutdular təşxisi-dərd içün müaliclər rəgim, 



Tapdı bu sihhət ki, sihhətdən yəqindir ölməgim, 

Çün yəqin oldu dəvasız dərdilən can verməgim, 

“Can verir çağında, Tanrıçün, qaşımğa gəl bəgim

Bari görmüş bulğa min bir ləhzə didarın sənin.” 

 

Xublarını imtəhan qılmaqda çox çəkdim cəfa, 



Naleyi-zarilə bildim dərdi-dil bulmaz şəfa. 

Mən sınadım, şimdi sən pəndim eşit, qıl iktifa, 

“Çünki xublar məzhəbində yox imiş rəsmi-vəfa, 

Ey könül, nə yerə yetkay naleyi-zarın sənin?” 

 

Könlüm aldı ol iki əyyari-çeşmi-pürxumar, 



Şimdi can qəsdin həm etmişlər nə məkrilən ki, var, 

Ürf içində olsa hər əyyar qövli üstüvar, 

“Şər’ilən gər tutsalar əsrük sözinə e’tibar, 

Qanıma vergay danuqluq iki əyyarın sənin.” 

 

Sanma cövr etsən Füzuli incinib tərkin qılə, 



Gər cəfa qıl, gər vəfa canim fəda sən qatilə, 

Mən xud öldüm, imdi sən tiği-cəfa alıb ələ, 

“Lütfini öldürsən, ey dilbər, cəfa tiği bilə, 

Anda həm bolğay mənim ruhim mədədkarın sənin.” 




Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə