Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə66/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   62   63   64   65   66   67   68   69   ...   72

381 

 

Guşeyi-əbrulərində çeşmi-cadularmıdır? 



Yoxsa girmiş yayə tirəndaz hindularmıdır? 

 

Iqdi-şəbnəmdir güli-tər üzrə, yaxud hər tərəf, 



Qətrə-qətrə tərdən ol rüxsar üzə sularmıdır? 

 

Iki əjdərdir ki, bir gənc üzrə baş qoymuş yatır, 



Ya müsəlsəl arizin dövrində geysularmıdır? 

 

Əşki-çeşmimdir səri-zülfün xəyalilə müdam, 



Ya düzülmüş rişteyi-mişk üzrə lölö’lərmidir? 

 

Sənmisən ancaq, Füzuli, böylə xublər maili



1

Yoxsa eşq əhli qamu sən tək bəlacularmıdır? 



 

* * * 


 

 

Rəngim küli-zə’fəranə döndü sənsiz, 



Qəddim xəm olub, kəmanə döndü sənsiz. 

Qurbanın olum, əgər sitəmdir, bəsdir, 

Peymanəm əlimdə qanə döndü sənsiz. 

 

 

Dəlili-cəhldir eşq əhlinə surətpərəst olmaq 



Ki, aqil iftiraqı mümkün ilə ittisal etməz. 

Iradət zaye’ etməz əhli-mə’na surətə hərgiz, 

Həqiqət cövhərin cəhli-məcazə paymal etməz. 

Müqəyyəd olmaz əhli-surətin rənginə hal əhli

Füzuli kim müqəyyədir, məgər idraki-hal etməz. 

                                                            

1

 Bu qəzəl yalnız İstanbul  nəşrindədir. Bizim gördüyümüz əlyazmalarından XVII 



əsr nüsxəsində Şahiyə nəzirədir 


382 

 

 

Dərd yoxdur kimsədə, yoxsa təbibi-feyzi-eşq, 



Kimdə gördü dərd kim, ol dərdə dərman etmədi. 

Səbr yoxdur mərdümi-aləmdə, yoxsa ruzigar, 

Hansı müşküldür ki, tədric ilə dərman etmədi? 

 

 

Qəlbi-nadan olur həmişə siyah, 



Laləvəş, rəngi ruyi-əhmər olur. 

Üzü fəzl əhlinin riyazətlə

Zəri-xalis misali əfsər olur. 

Gər zəif olsa cismi danişmənd, 

Ərəbi at çünki lağər olur. 

 

 

Nükteyi-eşq neçə surətdən 



Əhli-mə’na ilə təsrih etdik. 

Kəsrəti vəhdətə qıldıq təbdil, 

Cümlədən üzləti tərcih etdik. 



383 

 

LÜĞƏT 

 

 

Aba – atalar. 



Ac – fil dişi, fil sümüyü. 

Afaq – üfüqlər. 

Ağaz – başlama, ibtida, başlanğc. 

Alayiş – ləkələmək, bulaşmaq. 

Arayiş – bəzək, süs, zinət. 

Ariyət – birovuz. 

Ariz – yanaq; başvermə, meydana 

çıxmaq; şikayətçi. 

Asa – kimi, təki. 

Aşiyan – yuva, sığınacaq yeri. 

Aşub – fitnə; qarışıqlığa səbəb olan, 

həyəcan. 

Aşüftə – pərişan, dağınıq, özünü 

itirmiş, qarıxmış. 

Atəşbar – od yağıdıran. 

Ayin – rəsm, adət, qayda-qanun. 

Azimun (azmun) – öyrəniş, yoxlama, 

təcrübə. 



 

 

Bab – qapı; fəsil. 



Badpa – sürətlə qaçan at. 

Baqi – əbədi, daimi, həmişəlik; artıq 

qalan. 

Bang – səs, haray. 



Bar – meyvə; yük. 

Baran – yağş. 

Barvər – meyvəli, yemişli. 

Behbud – sağılıq, səhhət. 

Bey’ – alver. 

Beytül-həzən – qəm-qüssə evi. 

Bədxah – düşmən, rəqib, pis fikirli 

adam. 


Bədmehr – rəhmsiz, şəfqətsiz, namehriban. 

Bəha – parlaqlıq; işıq, gözəllik, qiymət; 

dəyər. 

Bəhaim – heyvan. 



Bəhcət – gözəllik, şənlik, şadlıq. 

Bəid – uzaq. 

Bəir – dəvə. 

Bənatün-nə’ş – sünbülə bürcü. 




384 

 

Bər – meyvə, yemiş, bəhər 



Bərg – yarpaq. 

Bəri – kənar; uzaq, boş. 

Bərqi-lame’ – ildırım. 

Bəstər – yataq, yorğan-döşək. 

Bəyazi-eyn – gözün ağ. 

Bəzm – qonaqlıq, kef məclisi. 

Bihar – dəryalar, dənizlər. 

Bihudəgərd – veyil-veyil gəzən, 

avara. 

Bim – qorxu. 



Buqələmun – rəngdən-rəngə girən. 

Büqa’ – yerlər, şəhərlər. 

Bürhan – dəlil, sənəd. 

Bürudət – soyuqluq. 



 

 

Camə – paltar 



Cavid – əbədi, daimi, həmişəlik. 

Cazib – cəzb eyləyən, çəkici. 

Cəbin – alın. 

Cəvar – qonşular, qonşuluq. 

Cəzm – kəsmək, qətiyyət. 

Cidal – bərk dalaşmaq, şiddətli 

qovğa etmək. 

Cifə – qoxumuş cəmdək, leş. 

Cüğıd – bayquş. 

Cül – atın üstünə salınan çul. 

Cüllab – gül suyu, gülab, gül suyundan 

şərbət. 


Cünbüş – tərpənmə, qımıldanma, 

hərəkət. 

Cünun – dəlilik, divanəlik. 

Cür’ə – udum, qurtum. 

Cürm – günah, suç. 

 



385 

 

Ç 

 

Çah – quyu. 



Çakər – qul, nökər. 

 

 

Damən (daman) – ətək. 



Daniş – bilik, elm. 

Darüləman – aman evi, qorxusuz ev. 

Darüssəlam – Bağıdadın ikinci adı, 

dinclik evi. 

Dəqaiq – incə nüktələr, dəqiqliklər. 

Dərdnak – dərdli. 

Dəstamuz – ələ öyrənən, ələ öyrənmiş. 

Dəvvar – dövr edən, fırlanan, hərlənən. 

Didə – göz. 

Dinar – qızıl pul, sikkəli qızıl. 

Dirəfş – bayraq. 

Dirəm (dirhəm) – ağ pul, ağça (gümüş 

pul). 

Diriğ – heyf; əsirgəmək. 



Dud – tüstü, tütün. 

Dun – alçaq, əskik. 

Dur – uzaq. 

Duzəx – cəhənnəm. 

Dürd – şərabın dibinə çökən torta, 

xılt. 


Dürr – inci, mirvarid. 

Dürri-yetim – sədəfin içində tək bir 

dənə olan inci, misilsizürr. 

Düşvar – çətin, müşkül. 



 

 

E’timad – etibar, inam. 



E’vicac – əyrilik, qıvrım. 

Ehram (Ihram) – Hacıların Kəbəni 

ziyarət müddətində geydikləri 

xüsusi paltar və bu müddətdə 

müəyyən işlərdən çəkinmələri. 

 

Ə 

 

Ə’van – köməklər, köməkçilər. 



Əbdan – bədənlər, gövdələr. 

Əbr – bulud.Əbru – qaş. 




Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə