Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə65/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   61   62   63   64   65   66   67   68   ...   72

376 

 

56 

 

Ya mən bikə iltica’u mən kanə sivak



Tuba limən iqtəda bima fihi rizak. 

Bürhanukə filkəmali yəkfi lovlak, 

Lovlakə ləma darə mədarül-əflak

1



 

57 

 

Məcnun oda yandı şö’leyi-ah ilə pak, 



Vamiq suya batdı, eşqdən oldu həlak. 

Fərhad həvəs ilə yelə verdi ömrün, 

Xak oldular onlar, mənəm imdi ol xak. 

 

58 

 

Ta həlqeyi-zülfi-yarə düşdün, ey dil! 



Dami-qəmi-ruzigarə düşdün, ey dil! 

Əfsus ki, qütbi-əhli-cəm’iyyət ikən 

Ol dairədən kənarə düşdün, ey dil! 

 

59 

 

Xurşid ki, qıldı sübhdəm ərzi-cəmal, 



Dərgahinə üz sürmək ilə buldu kəmal. 

Çün yetdi kəmalə, etdi sən mah ilə bəhs, 

Ol tərki-ədəb verdi kəmalinə zəval. 

 

60 

 

Məh durdu müqabil sənə bulduqda kəmal, 



Gördü ki, özündə səncə yox hüsnü cəmal. 

Bir qayətə yetdi, incəlib qəmdən kim, 

Zə’fi-bədənilə bədr ikən oldu hilal. 

                                                            

1

 Tərcüməsi: Ey hamının pənah gətirdiyi, 



Sənin razılığın uğrunda çalışanlara eşq olsun. 

Kamalına dəlil “lövlak” kifayətdir. 

Sən olmasaydın fələk mədari dolanmazdı. 



377 

 

61 

 

Ey üqdəgüşayi-rişteyi-tədbirim! 



Hər taətə əfvin səbəbi-təqsirim. 

Təqsirimə etmə özgə təqdiri-cəza, 

Şərməndəligim yetər mənim tə’zirim. 

 

62 

 

Qəd ənqəzəni dəvamü dai daim, 



Ma li cəsədi ələl məsai qaim. 

Ya laimü, lo vəqə’tə fima ənə fih 

Vəllahi lənasəhtə və lümtəl-laim

1



 

63 

 

Həmdəm, gör axan sirişki-alimni mənim



Tutmuş rüxi-kəhrübamisalimni mənim. 

Billah, yürü ol gülruxə ərz eyləyə gör, 

Bir rəng ilə bu surəti-halimni mənim. 

 

64 

 

Əfqandır işim, sərvi-xuramının üçün, 



Qandır cigərim, qönçeyi-xəndanın üçün, 

Eşqində qəmü qüssə çəkib, pir oldum, 

Mən pirə tərəhhüm et, igit, canın üçün! 

 

65 

 

Qəd şərrəfəkəllahü bitovfil-hərəmeyn, 



Min rö’yəti məşhədeyni qərrət ləkə eyn, 

Tuba limən əlqakə, ləinənnət-təhqiq, 

Mən zarəkə, qəd zarə Əliyyən və Hüseyn

2



                                                            

1

 Tərcüməsi: Daimi xəstəlik məni vəziyyətə saldı. 



Cəsədim artıq çalışmaqla ayaq üstə duran deyil. 

Ey məni məzəmmət edən, mənim halıma düşəsən, 

Allaha and olsun, nəsihət edərdin, məzəmmət edənləri isə  

məzəmmət edərdin. 

2

 Tərcüməsi: Ey iki hərəmin təvafilə şərəflənən, 



İki qəbri görməklə gözün işıqlandı. 

Sənə çatanlara eşq olsun, doğrudan da, 

Səni ziyarət edən Əlinin və Hüseyni ziyarət etmiş olur. 



378 

 

66 

 

Ey qaib olan dideyi-xunbarimdən! 



Vey rahət olan sineyi-əfgarimdən! 

Mən varimi yox səninçün etdim, nə rəva 

Sən tutmayasan xəbər yoxü varimdən. 

 

67 

 

Xunabə töküb dideyi-giryanimdən, 



Sənsiz boyadım yer üzün öz qanimdən. 

Öz qanimi eylərəm özümlə də’va, 

Getməzsə əlim, nola, giribanimdan. 

 

68 

 

Qəddinə dedim ki, sərvi-bustandır bu! 



Tünd oldu ki, ey xəstə, nə hədyandır bu. 

Pabəstəvü urü bizəbandır dedigin, 

Xəndanü qəbapuşü xuramandır bu. 

 

69 

 

Dedim ləbinə: lə’li-Bədəxşandır bu! 



Güldü, dedi: ey fəqir, böhtandır bu! 

Bir daşə nə rəng ilə qılarsan nisbət, 

Şirinü şəkərfəşanü xəndandır bu. 

 

70 

 

Yandırdı məni şövqi-cəmalın, ey mah! 



Hər ləhzə əcəb degil yetirsəm gögə ah! 

Zülfün girehi çıxdı əlimdən nagah, 

Gör kim, nə cəfa etdi mənə bəxti-siyah. 



379 

 

71 

 

Rüxsarə səri-zülfi pərişan eylə! 



Gözdən güli-rüxsarını pünhan eylə! 

Bir neçə pərişanları öz halına qoy, 

Hər ləhzə yetər, qəsdi-dilü can eylə. 

 

72 

 

Müjganımı, ey şəm’, gühərbar etmə! 



Pünhan qəmimi aləmə izhar etmə! 

Eşq əhlinə zülmdür vəfa eyləməmək! 

Zinhar, bu zülmü etmə, zinhar etmə! 

 

73 

 

Rüxsarına ey etmə nigah etdigimi, 



Göz yaşı töküb, naləvü ah etdigimi. 

Ey padişəhi-hüsn, tərəhhüm çağıdır! 

Əvf eylə ki, bilmişəm günah etdigimi. 

 

74 

 

Fəryad ki, eşq biqərar etdi məni, 



Dərdü qəm ilə zarü nizar etdi məni. 

Xaki-səri-kuyində qübar etdi məni, 

Sərgəştəvü xarü xakisar etdi məni. 

 

75 

 

Gördüm səni, əldən ixtiyarım getdi, 



Baxdım üzünə, səbrü qərarım getdi. 

Xak oldumü hər yana qübarım getdi, 

Əlqissə, qapından e’tibarım getdi. 



380 

 

Əlavələr 

 

* * * 


 

Ey cahandidə gözüm, bunca ki, çox yaşın var, 

Az görübsən eyi gün, vəh nə yaman başın var? 

 

Var rüxsarimə xunabə çəkən müjganım, 



Qıl qələm kimi ki, nəqş etməyə nəqqaşın var. 

 

Şövqi-nə’lim oda salır necə kim, qarşımda, 



Atəşin təl’ət ilən zülfü gözün, qaşın var. 

 

Lə’l kani kimi, gər köksümü çak eyləyələr



Onda xunabə ilən rəngli çox daşın var. 

 

Rəhi-eşq içrə, Füzuli, demə tənha yürürəm, 



Key xəbərsiz, qəmü möhnət kimi yoldaşın var. 

 

* * * 



 

Həvayi-eşq başda, dildə tabi-nari-firqət var, 

Bəla xakində tən pamal, gözdə abi-həsrət var. 

 

Nola bəzmi-bəladə sineyi-nalani çak etsəm, 



Dəruni-dildən ol yarə yenə ərzi-məhəbbət var. 

 

Məhi-növ sanma tutmuş çərxi tiği-şö’leyi-ahim, 



Əduyi-bədnihadə ölməz isəm, yenə niyyət var. 

 

Ləbin yadına can vermiş deyib, Fərhadi-dil, cana 



Yenə əfvahi-aləmdə əcəb Şirin hekayət var. 

 

Gəhi dərdi-fəraği-yar, gahi tə’neyi-əğyar; 



Füzuli, sanma bu möhnətsəradə istirahət var

1



                                                            

1

 Bu qəzəl yalnız İstanbul  nəşrindədir. 




Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə