Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə43/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   39   40   41   42   43   44   45   46   ...   72

241 

 

Nola zahid bilsə küfri-zülfün iman olduğun



Şimdi görmüşlərmidir kafir müsəlman olduğun. 

 

Mən əgər aşiq olub, din verməsəydim qarətə, 



Kim bilirdi eşq mülkün kafiristan olduğun. 

 

Qıl səvab, ey göz, töküb qan, vaqif et qafilləri, 



Meyl edənlər eşqə bilsinlər cigər qan olduğun. 

 

Daşə bənzər qanlı hər pərkalə kim, gözdən çıxar, 



Ondan etdim fəhm, könlüm şəhri viran olduğun. 

 

Və’deyi-vəslinə ol gündən ki, verdim könlümü, 



Mən onun bilməzmidim axir pəşiman olduğun. 

 

Eşqini asan görüb oldum əsiri tifl ikən, 



Bilmədim gəldikcə bir aşubi-dövran olduğun. 

 

Ey Füzuli, xublar vəslinə eylərsən həvəs, 



Guiya, bilməzsən ol vəsl içrə hicran olduğun. 


242 

 

Sipehrin fariğəm vəslində mahü aftabindən, 



Qərəz eydi-vüsalındır bu ayü gün hesabindən. 

 

Təmaşayi-rüxün əzminə çıxdı afitab, əmma 



Gəlirkən sür’ətilən düşdü yüz yerdə şitabindən. 

 

Fələk məhcubdur, şəm’i-rüxündən yandırıb çərxi, 



Çıxarmaq istər onu şö’leyi-ahim hicabindən. 

 

Fələk eşqində ol qayətdə, ey məh, müztərib olmuş 



Ki, hər nə eyləsə bilməz nə eylər iztirabindən. 

 

Günəş lövhi degil gögdə şüa’ üstündə zərrinxət, 



Fələk almış əlinə bir vərəq hüsnün kitabindən. 

 

Dəgirmən danə içün cizginür, bihudə dövr etməz, 



Mücərrədsən, könül, vəhm etmə çərxin inqilabindən! 

 

Kimi hüşyar görsən sən, ona ver cami-mey, saqi, 



Bihəmdillah, Füzuli məstdir vəhdət şərabindən. 


243 

 

Dust bipərva, fələk birəhm, dövran bisükun



Dərd çox, həmdərd yox, düşmən qəvi, tale’ zəbun. 

 

Sayeyi-ümmid zail, afitabi-şövq gərm, 



Rütbeyi-idbar ali, payeyi-tədbir dun. 

 

Əql dunhimmət, sədayi-tə’nə yer-yerdən bülənd, 



Bəxt kəmşəfqət, bəlayi-eşq gün-gündən füzun. 

 

Mən qəribi-mülkü rahi-vəsl pürtəşvişü məkr, 



Mən hərifi-sadəlövhü dəhr pürnəqşü füsun. 

 

Hər səhiqəd cilvəsi, bir seyli-tufani-bəla



Hər hilaləbru qaşı bir sərxəti-məşqi-cünun. 

 

Yeldə bərgi-lalə tək, təmkini-daniş bisəbat, 



Suda əksi-sərv tək, tə’siri-dövlət vajigun. 

 

Sərhədi-mətlubə pür möhnət təriqi-imtəhan, 



Mənzili-məqsudə pürasib rahi-azimun. 

 

Şahidi-məqsəd nəvayi-çəng tək pərdənişin, 



Sağəri-işrət hübabi-safi-səhba tək nigun. 

 

Təfriqə hasil, təriqi-mülki-cəm’iyyət məxuf, 



Ah, bilmən neyləyim, yox bir müvafiq rəhnümun. 

 

Çöhreyi-zərdin Füzulinin tutubdur əşki-al, 



Gör ona nə rənglər çəkmiş sipehri-nilgun. 


244 

 

Çirağ göydüricək atəşi-nihanimdən



Fitiləsin qılıram məğızi-üstüxanimdən. 

 

Açıldı girməgə qəm, can evinə rövzənlər, 



Çəkəndə oxlarını cismi-natəvanimdən. 

 

Oxun təsərrüf edib cismi, qəsdi-can etdi, 



Noleydi rəhm qılıb keçməsəydi canimdən. 

 

Bir ignə etdi məni zə’f, riştəm ol qandır 



Ki, müttəsil tökülür çeşmi-xunfəşanimdən. 

 

Ədayi-şükri-xədəngindir ol səda ki, çıxar, 



Zaman-zaman tökülən qətrə-qətrə qanimdən. 

 

Oxun müsahibətilə keçər xoş ovqatım, 



Həlak olurdum əgər təprənəyədi yanimdən. 

 

Qəmi-nihanımı eylər, Füzuli, ellərə faş, 



Ikən əzabdəyəm naləvü fəğanimdən. 


245 

 

Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətdən 



Ki, mə’lum ola dərd əhlinə qəbrim ol əlamətdən. 

 

Məzarim üzrə qoymun mil, əgər kuyində can versəm, 



Qoyun bir sayə düşsün qəbrimə ol sərvqamətdən. 

 

Görən saətdə ol qamət qiyamın, qıymadım canə, 



Qiyamət həm gələ qurtulmayam mən bu nədamətdən. 

 

Qiyamətdə hesabi olmayanlardandır ol qafil 



Ki, fərq eylər fəraqın şamini sübhi-qiyamətdən. 

 

Təriqi-səbrü tədbiri-səlamət ləzzətin bilmən, 



Mənə eşqü məlamət yey gəlir səbrü səlamətdən. 

 

Təbiət inhirafın gör həvayi-eşqdən təndə



Əlac et düşmədən, saqi, mizacım istiqamətdən. 

 

Füzuli, keç səlamət kuçəsindən, səbr kuyindən, 



Fərağət olmayan yerdə səfər yeydir iqamətdən. 


246 

 

Budur fərqi, könül, məhşər gününün ruzi-hicrandan 



Kim, ol can döndərər cismə, bu cismi ayırır candan. 

 

Tutub rahi-ədəm, bulmuş dəhanından könül kamın, 



Mənə həm cəzmdir ol əzm, mən həm qalmazam andan. 

 

Qəmim şərh etmək üçün istərəm hər gördügüm saət



Tutam damanını, dəgməz əlim çaki-giribandan. 

 

Təvafi-kuyin istərdim qılam, bari-qəmi-eşqin, 



Xəm etdi qamətim, yollar tutuldu xari-müjgandan. 

 

Nə xoş ülfət tutubdur natəvan cismimlə can, guya 



Sanır bir tari-mudur ol səri-zülfi-pərişandan. 

 

Oxun gəldikdə çeşmim töksə bağrım qanın, ondandır 



Ki, bağrım qanına yer qalmadı sinəmdə peykandan. 

 

Sitəm daşı, məlamət xəncəri, bidad şəmşiri, 



Füzuli, hər cəfa kim, gəlsə xoşdur canə canandan. 


247 

 

Bəzmi-eşq içrə şərabımdır sirişki-laləgun, 



Qıldı qəm qəddim büküb, cami-şərabım sərnigun. 

 

Hər tərəf pürxun əliflərdir çəkilmiş köksümə, 



Ya həvadən mövc urur bağrımdakı dəryayi-xun. 

 

Artırır əyyami-hicranın sirişkim hiddətin, 



Müddəti-əyyam mey keyfiyyətin eylər füzun. 

 

Məskən etmiş yar mari-zülfi çeşmim rəxnəsin, 



Pənd vermin kim, onu ondan çıxarmaz min füsun. 

 

Qət’i-ülfət, qaliba, düşvardır kim, eyləmiş 



Nəqşi-Şirin ilə Fərhadı müqəyyəd Bisütun. 

 

Rişteyi-can eylədim peyvənd tari-zülfinə, 



Ah kim, çəkməkdə imdad eyləməz bəxti-zəbun. 

 

Ey Füzuli, mən məlamət gövhərinin gənciyəm, 



Əjdəhadır kim, yatır çevrəmdə zənciri-cünun. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə