Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə63/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   59   60   61   62   63   64   65   66   ...   72

366 

 

 

Xoş ol ki, dəmi-əcəl çəkəm badeyi-nab



Sərməst yatam qəbrdə ta ruzi-hesab. 

Qovğayi-qiyamətdə duram məstü xərab, 

Nə fikri-hesab ola, nə idraki-əzab. 

 

 

Saqi, kərəm et, şərabi-gülfam yürüt! 



Gülfam şərabə vermə aram, yürüt! 

Bəzm içrə hübabi-əşki-gülgunumdan 

Min cam yürütmə, cam üçün cam yürüt. 

 

 

Canımda olan zəxireyi-nitqü həyat, 



Cismimdə olan cövhəri-hissi-hərəkat. 

Sərf olmadı xublar rəhi-eşqində, 

Əfsus ki, bihudə keçirdim ovqat! 

 

 

Tə’miri-bəqavü cəm’i-mal etdin, tut! 



Hər arizu etdinsə, ona yetdin, tut! 

Çün ömr bəqasına tutulmaz ümmid, 

Hər hal ilə gəldigin kimi getdin, tut! 

 

10 

 

Derlər ki, qılır qönçə ləbi-yar ilə bəhs, 



Gülbərgi-tər ol lə’li-gühərbar ilə bəhs. 

Ol bir neçə dilsizlərə töhmətdir bu, 

Də’vayə gərək ləhceyi-göftar ilə bəhs. 

 



367 

 

11 

 

Ey mehri-rüxün qədimü aləm hadis! 



Izhari-vücudə kəşfi-razin bais. 

Keçdim səri-kuyində iki aləmdən, 

Li beynə məqameyi məqamün salis

1



 

12 

 

Xeyli-qəmin etdi nəqdi-səbrim tarac, 



Səbr ilə müyəssər olmadı dərdə ilac. 

Rüxsarıma tökdü mərdümi-çeşmim qan, 

Hinduyi görün, lə’l verir Rumə xərac. 

 

13 

 

Ey faideyi-elminə aləm möhtac, 



Xaki-qədəmin əhli-hünər başına tac. 

Hər kimdə ki, gördü himmətin sui-mizac

Ol sui-mizacə qıldı lütf ilə ilac. 

 

14 

 

Ey şərbəti-vəslin ələmi-hicrə ilac! 



Bazari-qəmində eşq nəqdinə rəvac. 

Gər tutsa xədəngin rəgi-canım nə əcəb, 

Nəbz ilə qılır təbib təşxisi-mizac. 

 

15 

 

Ey zikri-ləbin nasixi-ənsafi-Məsih! 



Nitqin “ənə əfsəh”

2

, kəlimatın da fəsih. 



İzhari-qəbulun əsəri-lütfi-xəfi, 

İxfayi-rəhi-şəri’ətin zülmi-sərih. 

                                                            

1

 Tərcüməsi: İki məqam arasında üçüncü məqam mənimdir. 



2

 Tərcüməsi: mən ən fəsahətliyəm. 

 



368 

 

 



16 

 

Tutduqca ələ sağəri-səhbayi-səbuh, 



Artar əsəri-zövqi-dilü rahəti-ruh. 

Tuğyani-qəmə müfiddir zövrəqi-mey, 

Tufan xətərində öylə kim, kəştiyi-Nuh. 

 

17 

 

Gül dövrü xoş ol kim, tuta gülfam qədəh



Bəzmində dəmi tutmaya aram qədəh, 

Hər sübh ki, xürşidsifət qaldıra baş, 

Bəzmin bəzəyib, gəzdirə ta şam qədəh. 

 

18 

 

Mey şövqü olubdur mənə adət, ey şeyx! 



Gəldikcə bu şövq olur ziyadət, ey şeyx! 

Xoşdur mənə mey, sənə ibadət, ey şeyx! 

Rə’y ilə degil eşqü iradət, ey şeyx! 

 

19 

 

Gər kuyinə əşkim güzər eylər küstax, 



Vər qəddinə çeşmim nəzər eylər küstax. 

Eyb eyləmə, rəngi-çöhreyi-zərdimi gör 

Kim, çoxları aləmdə zər eylər küstax. 

 

20 

 

Bir abü həvadır əşki-gərmü dəmi-sərd 



Kim, ondan alır nəşvü nəma gülbüni-dərd. 

Gülzari-qəmin bənəfşəvü yasəməni, 

Dudi-dili-aşüftədirü çöhreyi-zərd. 

 



369 

 

21 

 

Ta dövrdədir daireyi-kövnü fəsad, 



Mümkün degil olmaq hərəkatından şad. 

Tasi-fələk içrə kə’bəteyni-əncüm, 

Göstərməz imiş hiç kimə nəqşi-murad! 

 

22 

 

Ta məhmili-mehrdir bu zəngari-məhd, 



Mehrinlə vəfa əhlinədir möhkəm əhd. 

Birdir bizə bəzmgahi-eşqində fələk

Gər qəhrilə zəhr versə, vər lütflə şəhd. 

 

23 

 

Hər yerdə ki, ol simbərü simin xəd, 



Ərz eyləyə ariz, aça sünbül, çəkə qəd; 

Rəngi-gülü buyi-sünbülü cilveyi-sərv, 

Hökm eyləməzəm kim, ola məqbuli-xirəd. 

 

24 

 

Ta boynuma saldı ol xəmi-zülf kəmənd, 



Tədbir ilə açılmadı boynumdan bənd. 

Çox pənd verildi, olmadı faidəmənd, 

Yetməzmi mənə pənd verən, xəlqə bu pənd. 

 

25 

 

Dəf’i-qəmi-ruzigarədir badə müfid, 



Rəf’i-ələmi-eşqə rüxi-sadə müfid. 

Tərki-meyü mə’şuqdur ol illət kim

Olmaz ona hiç nəsnə dünyadə müfid. 

 



370 

 

26 

 

Ey şəhdi-ləbin sözü şəkərvar ləziz! 



Lə’lin kimi qanda bir şəkər var ləziz? 

Tüngi-şəkər olmasaydı dürci-dəhənin, 

Olmazdı çıxan ləhceyi-göftar ləziz. 

 

27 

 

Gər möhnəti-kəsrdir və gər ne’məti-səbr, 



Səbr ilə qənaətdə gərək müslimü gəbr. 

Hər ne’mətü möhnət ki, verərsən, yarəb! 

Ver ne’mətə bir qənaətü möhnətə səbr! 

 

28 

 

Hərdəm mənə yar ərzi-rüxsar eylər, 



Hüsnilə məni bətər giriftar eylər. 

Guya ki, kəmali-eşq dərsin oxudur, 

Hərdəm mənə tə’limini təkrar eylər. 

 

29 

 

Hicrin, cigərini hər kimin qan eylər, 



Tədric ilə vəslin ona dərman eylər. 

Zülfün kimi kim, müddət ilə kafir idi, 

Lə’lin onu bir dəmdə müsəlman eylər. 

 

30 

 

Hər dil ki, əsiri-qəmi-hicran olmaz, 



Şayisteyi-zövqi-vəsli-canan olmaz. 

Hər dərd ki var, var dərmanı, vəli, 

Bidərdlərin dərdinə dərman olmaz. 



Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə