Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə60/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   56   57   58   59   60   61   62   63   ...   72

352 

 

 

Ey səfayi-surətin qeydin çəkən, bil kim, hənuz 



Jəngdən ayineyi-idrakını pak etmədin. 

Jəngdir ayineyi-idrakə hər surət ki var, 

Sən hənuz, ey sadə, bu məzmuni idrak etmədin. 

 

 

Ey vücudi-kamilin ayinədari-feyzi-həq, 



Asitanın qibleyi-hacati-ərbabi-yəqin. 

 

Ey kəmali-rəf’ətin sərmayeyi-əmnü əman! 



Vey cəmali-şövkətin pirayeyi-dünyavü din! 

 

Hüsni-rə’yin afitabi-aləmi-sidqü səfa, 



Xaki-payin mənşəi-cəm’iyyəti-ruyi-zəmin. 

 

Gəlməmiş bir sən kimi pakizətinət aləmə, 



Ta binayi-aləm etmiş nəqşbəndi-maü tin. 

 

Məsnədi-Nurşirəvandır büq’əyi-Darüssəlam, 



Snsən istehqaq ilə Nurşirəvanə canişin. 

 

Cismdir mə’nidə bürci-övliya, sən ruhi-pak, 



Bir nigindir xitteyi-Bəğıdad, sən nəqşi-nigin. 

 

Sərvəra, yüz şükr kim, feyzi-kəmali-rəf’ətin, 



Övliya bürcini etmiş rəşki-firdövsi-bərin. 

 

Xasü am olmuş nəvali-ne’mətindən bəhrəmənd, 



Afərin, ey şəhriyari-mülkpərvər, afərin! 

 

Mən ki, bir kəmtər dauguyəm, nəzər saldın mənə, 



Qoymadın xaki-məzəllətdə qalım zarü həzin. 

 

Zaye’ ikən qədrimi bildirdin əhli-aləmə



Tirə ikən eylədin xaki-vücudim ənbərin. 


353 

 

Əbri-lütfün qıldı xari-xüşkimi gülbərgi-tər, 



Feyzi-cudun qıldı səngi-xarəmi dürri-səmin. 

 

Ne’mətin şükri mana fərz etdi izhari-səna, 



Şəfqətin tövqi məni qıldı qulami-kəmtərin. 

 

Qəm degil əhli-qərəz eylərsə məndən mən’i-xeyr, 



Qəm degil əhli-həsəd bağılarsa mən miskinə kin. 

 

Ruzigarilə mənim məqsudimi hasil qılıb, 



Ol ki, mən’ eylər, olur bədxahi-rəbbül-aləmin. 

 

Hiç şək yox kim, yetər məqsudə, olmaz naümid, 



Xirməni-əltafın ətrafında olan xuşəçin. 

 

Var ümidim mehrü mah etdikcə dövran, olasan 



Kamyabü kamranü kambəxşü kambin. 

 

 

Pərdə çək eybinə zülmət kimi, xəlqin daim, 



Gər dilərsən ki, nəsib ola sənə abi-həyat. 

 

Qılma xurşid kimi, eybnümalıq ki, fələk 



Yerə salmayə səni bə’d ülüvvüd-dərəcat. 

 

Cəhd qıl zatın ola məzhəri-asari-qəbul



Qılma ol cahə təfaxür ki, ola xarici-zat. 

 

Fəzl olur, sanma, sənə mənziləti-əslü nəsəb, 



Cah olur, sanma, sənə kəsrəti-əsbabü cihat. 

 

Ariyətdən özünə qılma qəmər tək zinət



Qeyridən ariyətin nur isə, həm yazıya at. 

 

 

Ey müəllim, aləti-təzvirdir əşrarə elm, 



Qılma əhli-məkrə tə’limi-məarif zinhar! 


354 

 

 



Hiylə içün elm tə’limin qılan müfsidlərə, 

Qətli-am içün verər cəlladə tiği-abdar. 

Hər nə təzvir etsə əhli-cəhl ona olmaz səbat, 

Məkri-əhli-elmdir, əsli-fəsadi-ruzigar. 



 

 

Bəxil qılmasa cəm’ etdiyi dirəm sərfin, 



Nihali-məqsədi sərsəbz olub səmər verməz. 

Əlindəki gühəri bəzl qılmasa mümsik, 

Şəbi-qəminə əməl müjdeyi-səhər verməz. 

Tükənməyincə kəvakib, günəş tülu’ etməz, 

Tökülməyincə şükufə, nihal bər verməz. 

 

 

Ey ki, əndişeyi-mal ilə sərasimə olub, 



Dünü gün dəhrdə aşüftə keçər əhvalın 

Cəm’i-mal eylədigin rahət üçündür, əmma 

Rahətin əksik olur, hər necə artar malın. 

Mal çox etmə, həzər eylə əzabından kim, 

Rənci artar, ağr olduqca yükü həmmalın. 

 

10 

 

Mən sübhü şam dudi-dili-suznak ilə, 



Bağrın kəbab edib, verərəm çərxə inqilab. 

Hutü Həməl mədari ilə asiman dəxi

Qan uddurub, verər dili-suzanimə əzab. 

Dünyadə yox fərağətə ümmid, nişəkim, 

Qan uddurur oda netəkim, cizginir kəbab. 

 

11 

 

Elm kəsbilə rütbeyi-rif’ət 



Arizuyi-məhal imiş ancaq. 

Eşq imiş hər nə var aləmdə, 

Elm bir qiylü qal imiş ancaq. 



355 

 

12 

 

Olsa məqsudunca dövrani-fələk bir neçə gün



Olma məğrur, ey ki, hali-dəhr rövşəndir sənə. 

Qatili-abavü əcdadın məaf etməz səni, 

Umma ondan dustluq rəsmin ki, düşməndir sənə. 

 

13 

 

Gəlin, ey əhli-həqiqət, çıxalım aləmdən, 



Qeyr yerlər gəzəlim, özgə səfalər görəlim. 

Seyri-gərmiyyəti-qovğayi-qiyamət qılalım, 

Vəz’i-cəm’iyyəti-həngameyi-məhşər görəlim. 

Rəvişi-silsileyi-dəhr məlul etdi bizi

Necə bir dəhrdə ovzai-mükərrər görəlim. 

 

14 

 

Sevərəm ol nigari-simbəri 



Ki, cəfapişəvü sitəmgərdir. 

Necə kim, ona eşqbazlığm 

Mə’siyyət olduğu müqərrərdir. 

Cövr ilə ol müdam mən’im edib, 

Rəhi-zöhdü səlahə rəhbərdir. 

Qalibi-əcr olursa cövrü, nola, 

Əmri-mə’rufü nəhyi-münkərdir. 

 

15 

 

Necə bir nəfs təmənnası ilə, 



Yeməkü içmək ola dilxahın. 

Eyləyib zöhdü vərə’dən nifrət, 

Taəti-həqdən ola ikrahın. 

Mə’bədin mətbəx ola şamü səhər, 

Müstərah ola ziyarətgahın. 

Bunun üçünmü olubsan məxluq? 

Bumudur əmri sənə Allahın? 

 

16 

 

Həmişə dustum oldur, derəm ki, mal verib, 



Qılır təbiətimi bəsteyi-əlaqeyi-mal. 


Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə