Microsoft Word M?H?MM?D fuzuli-1 cild



Yüklə 1,61 Mb.
Pdf görüntüsü
səhifə57/72
tarix24.12.2017
ölçüsü1,61 Mb.
#17864
1   ...   53   54   55   56   57   58   59   60   ...   72

337 

 

Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni



Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni. 

 

 

Gətir, saqi, qədəh, boldunsa



1

 hali-dəhrdən agəh 

Ki, dövran üzrədir peyvəstə sübhü şamü salü məh. 

 

Xəzandan qurtulub gülzar bəzmində azan bülbül, 



Çiraği-gül yaqub, xəlvətsərayi-vəslə bulmuş rəh. 

 

Gül açmış xani-vəslin, bülbülə təklif edər hər dəm 



Ki, gər mehman isən xani-Xəlilullahə, bismilləh. 

 

Cahandan dün mükəddər xatir idim fali-fəthi çün 



Bu gün gülzarə girdim gül kitabın açmağa nagəh. 

 

Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni, 



Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni. 

 

 

Gətir, saqi, qədəh kim, eyş xoşdur gül zamanində, 



Zaman fövt dəhrin qüsseyi-sudü ziyanində. 

 

Qümari “təhtəhəl-ənhar”



2

 oxur gülzar vəsfində. 

Ənadil “hazihi cənnat”

3

 oxur gülzər şə’nində. 



 

Səba qönçə dəhanın pürzər etsə, eyb irməz kim 

Ki, mədhi-xani-xaqanqədrdir qönçə dəhanində. 

 

Hava səbzə zəbanin tiz əgər qılsa, yeridir kim, 



Sənayi-xani-xeyrəncamdır səbzə zəbanində. 

 

                                                            



1

 Oldunsa 

2

 Altından çaylar. 



3

 Cənnətlər bunlardır. 




338 

 

Qədəh tutmaqdan ikrah etməzəm, ta kim eşitdim mən, 



Səhər bülbül dilində, gül qatında səbzə yanində: 

 

Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni, 



Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni. 

 

 

Gətir, saqi, qədəh kim, bağü səhra laləzar oldu, 



Əcəb fəsli-xücəstə, mövsimi-xoşruzigar oldu. 

 

Şükufə bərgi topraq üzrə simin xiştlərdir kim



Əsasi-eyşi-xəlq ol xiştlərdən üstüvar oldu. 

 

Cigər qani kimi getmişdi gözdən tazə gül şəkli, 



Yenə daği-dili-əhli-vəfa tək aşikar oldu. 

 

Çıxardı səbzəvü gül xakdən çox lə’lü firuzə, 



Vəli, yüz şükr kim, xan xaki-payinə nisar oldu. 

 

Füzuli, gər xəzan vaxtı irərdin müttəqi, hala 



Mey iç kim, mövsimi-gül gəldi, əyyami-bəhar oldu. 

 

Açıldı qönçə tumarı və mə’lum oldu məzmuni, 



Budur kim: fövt qılman mövsimi-gül, cami-gülguni. 


339 

 

 

Dün sayə saldı başimə bir sərvi-sərbülənd 



Kim, qəddi dilrüba idi, rəftarı dilpəsənd. 

Göftarə gəldi nagəh açıb lə’li-nuşxənd, 

Bir püstə gördüm bu dürci-dəhəndir – dedim, dedi: 

– Yox, yox, dəvayi-dərdi-nihanındürür sənin! 

 

 

Əymiş hilali üstünə tərfi-külahini, 



Çox dilşikəstənin gögə yetirmiş ahini, 

Zülfün dağtdı, gizlədi əbr içrə mahini, 

Gördüm üzündə həlqeyi-zülfi-siyahini, 

– Ol piçü tabı çox nə rəsəndir? – dedim, dedi: 

– Dövri-rüxümdə rişteyi-canındürür sənin! 

 

 

Vermiş füruğ şəm’i-rüxi gün çirağinə, 



Salmış şikəst sərv qədi gül budağinə. 

Dün sərv tək basanda qədəm göz bulağinə, 

Bir neçə xardən ələm irmiş əyağinə, 

– Gül bərginə batan nə digəndir? – dedim, dedi: 

– Müjgani-çeşmi-əşkfəşanındürür sənin! 

 

 

Ceyr ilə saldı bağə güzər ol səmən’üzar, 



Ənvai-zibü zinət ilə fəsli-növbəhar

Açmış gül üzrə sünbülü giysuyi-mişkbar, 

Yaxmış lətif ayağına gülbərg tək nigar, 

– Nəsrinə rəngi-lalə nədəndir? – dedim, dedi. 

– Qəmzəm xədəngi tökdüyü qanındürür sənin! 

 

 

Düşmüş üzarı üzrə müənbər səlasili, 



Aşüftəhal edib neçə bisəbrü bidili, 


340 

 

 



 

Əqlimi valeh eylədi, şəklü şəmaili, 

Göz gördü qamətin, dilü can oldu maili, 

– Vəh, bu nə türfə sərvi-çəməndir? – dedim, dedi: 

–Mənzuri-dideyi-nigəranındürür sənin! 

 

 

Seyli-sirişkim oldu rəvan xaki-kuyinə, 



Can valeh oldu lə’li-ləbü göftguyinə, 

Dil düşdü dami-silsileyi-mişkbuyinə, 

Ol ləhzə kim, sataşdı gözüm zülfü ruyinə, 

– Əqrəb məhi-münirə vətəndir? – dedim, dedi: 

– Ey çox xətalı, kəndi qiranındürür sənin! 

 

 

Dün sübhdəm ki, laləvü nəsrin salıb niqab, 



Gül çöhrəsindən atdı səba pərdeyi-hicab, 

Gülzarə çıxdı seyr ilə ol rəşki-afitab, 

Şəbnəm nisarın etdi yüküş lö’löi-xoşab, 

– Bunlar nədir, nə dürri-Ədəndir? – dedim, dedi: 

– Əbsəm, Füzuli, əşki-rəvanındürür sənin! 



341 

 

Vay, yüz min vay kim, dildardən ayrılmışam, 



Fitnə çeşmi sahirü xunxardən ayrılmışam, 

Bülbüli-şuridəyəm, gülzardən ayrılmışam, 

Kimsə bilməz kim, nə nisbət yardən ayrılmışam, 

Bir qədi şümşadü gülrüxsardən ayrılmışam. 

 

Qəddi tuba, lə’li firdövsün şərabi-kövsəri, 



Xülqü xuyidir mələk, surətdə əmsali-pəri, 

Bürci-əflakin səadətli, şərəfli əxtəri, 

Hüsn ara məcmu’i-xubların sərasər sərvəri, 

Bir qədi şümşadü gülrüxsardən ayrılmışam. 

 

Dustlar, mən naləvü fəryad qılsam, eyb iməs, 



Çərxi-bədmehrin əlindən dad qılsam, eyb iməs, 

Qəm diyarın dil ara abad qılsam, eyb iməs, 

Bu bina birlə cahanda ad qılsam, eyb iməs, 

Bir qədi şümşadü gülrüxsardən ayrılmışam. 

 

Düşmüşəm qəmxaneyi-hicranə zarü dərdnak



Naxüni-həsrət bilən edib giribanimi çak, 

Gündə yüz gəz hicr tiğilən oluram mən həlak, 

Gərdişi-dəvvar cövründən məni-dilxəstənak, 

Bir qədi şümşadü gülrüxsardən ayrılmışam. 

 

İştiyaqü şövqdən canü tənim aludədir, 



Şami-qəm fərzaneyi-bəxtim mənim uyxudədir, 

Ağılamaqdan çeşmü cisi-dərdnakim sudədir, 

Sanma, ey həmdəm ki, fəryadım mənim bihudədir

Bir qədi şümşadü gülrüxsardən ayrılmışam. 

 

Vəsl umub cövrü cəfasini çəkərkən can hənuz, 



Mehr umub şövqində yanarkən dili-suzan hənuz, 

Cismi-qəmnakimdə var ikən qəmi-hicran hənuz, 

Yetmədən payanə ahü naləvü əfğan hənuz. 

Bir qədi şümşadü gülrüxsardən ayrılmışam. 

 

Mülki-vəsli dilbərin, könlümdə mə’mur olmadan, 



Eşq camindən dilü can məstü məxmur olmadan, 

Dərdi-bidərmani-hicrindən tənim dur olmadan

Həm Füzuli eşqü aşiqliği məşhur olmadan, 

Bir qədi şümşadü gülrüxsardən ayrılmışam. 




Yüklə 1,61 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə