Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə23/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   19   20   21   22   23   24   25   26   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
88 
mi tanıtmış, Xəzər hövzəsi və Cənubi Qafqazda onun reallaş-
dırdığı transmilli layihələrə diqqəti artırmış və bölgədəki geo-
siyasi roluna ciddi maraq yaratmışdır.  
Azərbaycanın zəngin karbohidrogen ehtiyatlarına malik 
olması və öz milli sərvətlərindən insanların rifahı, dünyada sül-
hün və iqtisadi inkişafın təmin olunması naminə istifadə etmə-
si, bəşəriyyətin XXl əsrdə artan enerji və nəqliyyat-kommuni-
kasiya ehtiyaclarını təmin etmək məqsədi güdən nəhəng trans-
milli layihələrin əsas təşəbbüskarı kimi çıxış etməsi onun müs-
bət beynəlxalq imicinin formalaşmasına xüsusi təsir göstərmiş 
və dünyanın  əsas güc mərkəzlərinin diqqət mərkəzinə  çıxar-
mışdır. “Əsrin müqaviləsi” çərçivəsində 1994-cü ildən etibarən 
çoxsaylı xarici şirkətlərlə birlikdə  Xəzər dənizində özünün 
zəngin neft və qaz yataqlarının istismarına başlaması Azərbay-
cana ABŞ, Böyük Britaniya, Fransa, Norveç, Türkiyə, İtaliya, 
Yaponiya, Rusiya, Səudiyyə  Ərəbistanı kimi dövlətlərlə  və 
çoxsaylı nəhəng transmilli şirkətlərlə ortaq tərəfdaşlıq münasi-
bətləri qazandırmışdır.  
Bütün bunlarla yanaşı, Azərbaycanın bir çox əhəmiyyətli 
enerji, nəqliyyat-kommunikasiya və tranzit yükdaşıma layihə-
lərində (Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz 
kəməri, Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəh-
lizi, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) iştirak etməsi onun 
regiondakı geoiqtisadi əhəmiyyətini artırmaqla yanaşı, həm də 
beynəlxalq enerji-nəqliyyat təhlükəsizliyinin təmin olunma-
sında mühüm rolu olan ölkələrdən birinə çevrilməsinə  şərait 
yaratmışdır. Məsələn, mərkəzində Azərbaycanın dayandığı 
TRACECA layihəsinin Hindistandan və Çindən başlayaraq 
Portuqaliya və  İspaniyaya qədər böyük bir coğrafi  ərazidə 
yerləşən Avropa və Asiya dövlətlərini, Cənub-Şərqi Asiyadan 
Avropa İttifaqına qədər nüfuzlu iqtisadi güc mərkəzlərini əhatə 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
89 
etməsi və  ən  əlverişli marşrutla birləşdirməsi regional və 
beynəlxalq təhlükəsizliyin təmin olunmasına böyük töhfə oldu. 
Lakin Azərbaycanın yerləşdiyi  əhəmiyyətli coğrafi mühit ona 
mühüm geosiyasi üstünlüklər və arzu olunan tərəfdaş imici 
qazandırmaqla yanaşı, həm də ciddi rəqiblər yaratmış, onu bir 
sıra özünəməxsus təhlükəsizlik problemləri və  təhdidləri ilə 
üzləşdirmişdir.  
 
§ 2.3. Milli maraqlar və onun çərçivəsi:  
milli təhlükəsizliyə təhdidlər  
 
Azərbaycan Respublikasının  əsas inkişaf prioritetləri ilk 
növbədə onun milli maraqlarının formalaşması və təmin olun-
ması ilə bağlıdır. Müasir dövrdə ölkələrin milli inkişaf tələbləri 
onların daxili və xarici siyasətini, sosial-iqtisadi və siyasi-hü-
quqi inkişafının vəzifələrini və  səviyyəsini, coğrafi və geosi-
yasi mövqeyini, milli-tarixi ənənələrinin qorunması və inkişaf 
etdirilməsini, dövlətin suverenliyinin və milli təhlükəsizliyinin 
təmin olunmasını  və s. çoxsaylı  vəzifələrin həyata keçirilmə-
sini tələb edir. Bütün bunlar öz əksini geosiyasət elminin 
“milli maraq” kateqoriyasında tapır. 
Milli maraqlar öz məzmununa görə ictimai maraqlardan 
bir qədər fərqlənir. Belə ki, ictimai maraqlar dövlətin daxili 
siyasətini müəyyənləşdirən qanunlar sistemi ilə bağlıdır və 
onunla tənzimlənir. Milli maraqlar isə  əsasən dövlətin xarici 
siyasət sahəsinə aiddir və beynəlxalq aləmlə  təmasda onun 
rəsmi fəaliyyətinin  əsasını  təşkil edir. Lakin bu fərqlərə bax-
mayaraq, hər bir ölkənin ictimai və milli maraqları bir-birini 
tamamlayır. Çünki həm beynəlxalq aləmin və ölkələrarası mü-
nasibətlərin təsiri ictimai maraqlardan yan keçmir, həm də mil-
li maraqlar ölkədəki sosial-iqtisadi vəziyyətdən, ictimai-siyasi 


 
ƏL İ  H ƏS ƏNOV  
 
90 
sabitlikdən və mənəvi-əxlaqi mühitin sağlamlığından bilavasitə 
asılı olur. Keçid dövrünü yaşayan ölkələrdə isə ictimai və milli 
maraqlar arasındakı qarşılıqlı  təsir və birbaşa bağlılıq özünü 
daha qabarıq  şəkildə büruzə verir. Bütün bu formulları Azər-
baycan Respublikasına da şamil etmək olar.  
Azərbaycanın daxili siyasətində vətəndaşların əsas maraq-
larını hakimiyyət qurumları, ictimai-siyasi təşkilatlar və digər 
yerli strukturlar ifadə edirsə, milli maraqları beynəlxalq aləmdə 
əsasən Azərbaycan dövləti və onun müvəkkil etdiyi qurumlar 
həyata keçirir.  
Azərbaycan Respublikasının milli maraq çərçivəsi dünya 
ölkələrinin yuxarıda sadalanan universal təhlükəsizlik ölçüləri-
ni nəzərə almaqla yanaşı, həm də məxsusi təhlükəsizlik təhdid-
lərindən qaynaqlanan bəzi xarakterik xüsusiyyətləri ilə seçilir.  
Azərbaycanın milli təhlükəsizliyinin bu gün üçün ən əsas 
problemi və hərbi-geostrateji vəzifəsi illərdir uzanan və hələ 
ki sonu görünməyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
münaqişəsinin həllinə nail olmaq, ölkənin pozulmuş  ərazi bü-
tövlüyünü və suveren dövlət hüquqlarını bərpa etmək, regionda 
sülhü və dinc əməkdaşlıq mühitini təmin etməkdən ibarətdir. 
Ölkənin xarici aləmlə bütün təmaslarında, ikitərəfli və çoxtə-
rəfli münasibətlərində bu problemin müzakirəsi və beynəlxalq 
hüquq normaları çərçivəsində həlli məsələsi daim diqqət mər-
kəzində saxlanılır. Bu problem 20 ildən artıq bir dövrdə nəinki 
təkcə Azərbaycana, onun müstəqil dövlət quruculuğu prose-
sinə, vətəndaşlarının sabit həyat  şəraitinə ciddi zərbə vurmuş, 
eyni zamanda regionda (Qafqaz, Xəzər-Qara dəniz hövzəsin-
də) dövlətlərarası iqtisadi, siyasi və  mədəni əlaqələri pozmuş, 
ölkələri və xalqları qarşıdurmaya sürükləmiş, onların bir-biri 
ilə  və beynəlxalq aləmlə münasibətlərinə, regional və beynəl-
xalq inteqrasiya proseslərinə çox ciddi mənfi təsir göstər-
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
91 
mişdir. Hazırda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ mü-
naqişəsi həm Cənubi Qafqazda, Avrasiya və Avropada, həm də 
bütövlükdə qlobal dünyada həllini gözləyən  ən çətin və 
mürəkkəb problemlərdən biri hesab olunur.  
Azərbaycanın milli təhlükəsizliyinin həyati  əhəmiyyət 
kəsb edən  ikinci  əsas məsələsi  malik olduğu təbii sərvətləri, 
karbohidrogen və enerji ehtiyatlarını (xüsusən Xəzər dənizinin 
Azərbaycana aid olan milli sektorunda istehsal olunan neft və 
təbii qazı) xarici müdaxilə olmadan, özünün müəyyən etdiyi 
xarici tərəfdaşlarla birgə işləmək, təhlükəsiz və əlverişli yollar-
la dünya bazarlarına çıxarmaq və  əldə olunan gəliri ölkənin 
inkişafına və digər ehtiyaclarına yönəltməkdən ibarətdir.  
 
Azərbaycanın milli maraq çərçivəsinə həmçinin: 
  Ermənistanın işğalçılıq siyasətinin doğurduğu nəticə-
lərin aradan qaldırılması, yurdundan didərgin salınmış 
qaçqın və  məcburi köçkünlərin geri qaytarılması  və 
əzəli torpağında məskunlaşdırılması;  
  işğalın bir daha təkrarlanmaması üçün zəruri təhlükə-
sizlik tədbirlərinin görülməsi, o cümlədən milli ordu-
nun lazımi hərbi hazırlıq vəziyyətinə gətirilməsi
  Azərbaycan xalqının milli birliyinin və varlığının, əsr-
lər boyu formalaşmış adət-ənənələrinin, milli-mənəvi 
dəyərlərinin, dilinin, dininin qorunması, yaşadılması 
və ümumbəşəri dəyərlər hesabına zənginləşdirilməsi; 
  ölkədə hüquq normaları  və qanunçuluğun, insan hü-
quq və azadlıqlarının dönmədən təmin olunması, 
mövcud ictimai-siyasi sabitliyin, vətəndaş  cəmiyyəti 
normalarının, tolerant etnik və dini mühitin qorun-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə