Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə26/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   22   23   24   25   26   27   28   29   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
100 
arzuolunmaz ideologiyaların, təbliğat-informasiya materialları-
nın onun ərazisinə daxil olmasının qarşısını almaq iqtidarını 
itirməkdədir. Bu vəziyyət getdikcə milli adət-ənənələrin, mə-
nəvi dəyərlərin itirilməsinə,  ənənəvi həyat tərzinin pozulma-
sına və kosmopolit mühitin formalaşmasına, ictimai, siyasi və 
sosial həyatın standartlaşmasına səbəb olur. Bu da ölkənin mil-
li varlığını bilavasitə təhlükə qarşısında qoyur. Bundan başqa, 
əsas məqsədi gəlir götürmək olan transmilli şirkətlər ölkələrin 
təbii sərvətlərini və sağlam ekoloji mühitini vəhşicəsinə istis-
mar edir, təbiətini korlayır, sabit və tarazlı inkişafını pozaraq 
xammal mənbəyinə çevirir, əhalisini gələcək iqtisadi, sosial, 
ekoloji və s. geosiyasi, geostrateji və geoiqtisadi təhlükələrlə 
üz-üzə qoyurlar. Bütün bunlar və qloballaşmanın dövlətlərin 
milli maraqlarının təmin olunması yolunda yaratdığı digər 
müasir problemlər hər bir ölkədən milli maraqlarını  və milli 
təhlükəsizliyini təmin etmənin xüsusi strategiyasını yaratmağı 
və onu dönmədən həyata keçirməyi tələb edir.  
Milli maraqların və milli təhlükəsizliyin təmin olunması 
üçün dövlət öz sərəncamında olan bütün maddi və  mənəvi 
vasitələrdən, daxili və xarici ehtiyatlardan - iqtisadi, siyasi, 
ideoloji, diplomatik və s. mexanizmlərdən istifadə edir. 
Milli təhlükəsizliyin təmin olunması ölkənin sabit və 
davamlı inkişafında strateji əhəmiyyət daşıyır, ictimai həyatın 
bütün sahələrini  əhatə edən dinamik dəyişikliklər prosesinə 
mühüm təsir göstərir.  
Milli təhlükəsizliyinin təmin olunması üçün  dövlət özü-
nün həm  daxili ehtiyatlarından, həm də  xarici siyasət vasi-
tələrindən (siyasi, iqtisadi, hərbi, təbliğat, informasiya və s.) 
istifadə edir. Xarici siyasi fəaliyyətin əsas vasitəsi ilk növbədə 
rəsmi diplomatiya qurumları hesab olunur. Diplomatiya xüsusi 
institutların timsalında və beynəlxalq hüquqa uyğun olan çox-
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
101 
saylı metod və vasitələrin köməyi ilə dövlətin rəsmi xarici 
fəaliyyətini təşkil edir və ona rəhbərliyi həyata keçirir.  
Dövlətin malik olduğu iqtisadi vasitələr qarşıya qoyulan 
məqsədlərə nail olmaq üçün iqtisadi ehtiyatlardan istifadə 
etməyi və xarici iqtisadi imkanlardan bəhrələnməyi nəzərdə 
tutur. Çünki dövlət güclü iqtisadiyyata və maliyyə mənbələrinə 
malik olmaqla, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirə 
bilər. Hərbi vasitələrə ordunu, onun sayını, silahlanmanın key-
fiyyətini və silahlı qüvvələrdə  mənəvi  əhval-ruhiyyəni ehtiva 
edən dövlətin hərbi qüdrəti aiddir.  
 Xarici  siyasətin təbliğat və informasiya vasitələrinə isə 
bütün müasir informasiya vasitələrinin fəaliyyəti və xarici 
diaspora qurumlarının imkanları daxildir. Bu vasitələr Azər-
baycan dövlətinin milli maraq və təhlükəsizliyinin təmin olun-
masında, dünya birliyindəki nüfuzunu yüksəltməsində, özünə 
çoxsaylı  tərəfdarlar qazanmasında və onlarla qarşılıqlı faydalı 
əməkdaşlıq yaratmasında böyük əhəmiyyətə malikdir.  
Təhlükəsizliyin təmin edilməsində ən çox istifadə olunan 
daxili ehtiyatlar və siyasət vasitələrinə dövlət orqanları  və 
qeyri-hökumət strukturları, siyasi partiyalar, vətəndaş  cəmiy-
yəti institutları, kütləvi informasiya vasitələri, milli elita və s. 
daxildir. Dövlət bu qurumların hər biri ilə xüsusi iş aparır və 
onların bəzi tələbatını ödəməklə, imkanlarından milli təhlükə-
sizliyin təmin olunması istiqamətində istifadə edir.  
Milli təhlükəsizliyin daxili şərtləri sırasına dövlətin ali 
orqanlarının ölkədə konstitusiya normalarını, qanunçuluğu, 
ictimai-siyasi sabitliyi, demokratiyanı və hüquqi dövlət maraq-
larını dönmədən təmin etməsi, milli-vətəndaş birliyinə nail 
olması, tolerant mühit yaratması, elmi, təhsili, sosial həyatı 
inkişaf etdirməsi, milli-mənəvi dəyərləri qoruması, iqtisadi, 
mənəvi, sosial tərəqqiyə nail olması və s. daxildir.  


 
ƏL İ  H ƏS ƏNOV  
 
102 
Azərbaycanın təhlükəsizlik siyasəti daxili sabitlik və sər-
həd təhlükəsizliyinin təmin olunması, ölkədaxili miqrasiya, 
enerji, nəqliyyat təhlükəsizliyi, fövqəladə halların idarə edil-
məsi, ətraf mühitin və əhalinin sağlamlığının mühafizəsi, infor-
masiya təhlükəsizliyi və s. məsələlərin də daim diqqətdə sax-
lanılmasını tələb edir.
62
 
                                                 
62
 Bax: http://e-qanun.az 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
103 
 
III FƏSİL  
 AZƏRBAYCANIN MİLLİ TƏHLÜKƏSİZLİK 
SİYASƏTİNİN ƏSAS İSTİQAMƏTLƏRİ  
 
§ 3.1. Hərbi təhlükəsizlik siyasəti 
 
Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin 
əsas vəzifə və istiqamətlərindən biri ölkə ərazisinin və əhalisi-
nin birbaşa xarici hərbi müdaxilələrdən, hər hansı  təhdidlər-
dən qorunması, dövlətin hərbi təhlükəsizliyinin təmin olunması 
və suveren hakimiyyət səlahiyyətlərinə xarici müdaxilələrin 
qarşısının alınmasından ibarətdir. Ölkə  hərbi sahədə milli 
maraqların təmin edilməsi məqsədi ilə özünün hərbi təhlükə-
sizlik siyasətini formalaşdırır. Bu siyasətin məqsədi,  əsas isti-
qamətləri və prinsipləri öz əksini ümumu şəkildə milli təh-
lükəsizlik konsepsiyasında, daha geniş  və  əhatəli  şəkildə isə 
hərbi təhlükəsizlik konsepsiyası və hərbi doktrinada tapır.  
Azərbaycanın hərbi təhlükəsizlik konsepsiyasının yaradıl-
ması  və ona müvafiq hərbi doktrinasının qəbulu silahlı qüv-
vələrin hərbi taktikasının müəyyən olunması  və ölkənin mü-
dafiə qabiliyyətinin möhkəmlənməsində  əsas amillərdən biri 
hesab olunur. Hərbi Doktrina  vətəndaşların, cəmiyyətin və 
suveren dövlət hakimiyyətinin xarici hərbi basqınlardan, hər 
hansı təhlükə və təhdidlərdən qorunması taktikasını müəyyən-
ləşdirir.  


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə