Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə27/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   23   24   25   26   27   28   29   30   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
104 
Azərbaycanın müstəqilliyə qovuşduğu ilk illərdə onun 
ərazi bütövlüyünün və suveren hüquqlarının işğalçı Ermənistan 
qoşunları  tərəfindən pozulması, torpaqlarının iyirmi faizinin 
işğal olunması, bir milyona yaxın dinc əhalinin qaçqın və 
məcburi köçkünə çevrilməsi ölkə rəhbərliyini hərbi təhlükəsiz-
liklə bağlı təcili tədbirlər görməyə sövq etdi. Cənubi Qafqaz və 
Xəzər hövzəsinin təhlükəsizliyi ilə bağlı regionun və dünyanın 
aparıcı dövlətlərinin, kollektiv təhlükəsizlik strukturlarının 
fərqli geosiyasi maraqlar nümayiş etdirməsi və regional müna-
qişələrə münasibətdə ikili standartlara yol verməsi Azərbayca-
nın milli və hərbi təhlükəsizliyinin təmin edilməsi və ümumiy-
yətlə, təhlükəsizlik sahəsində xarici siyasət fəaliyyətini xeyli 
çətinləşdirirdi. Odur ki, mütəxəssislərin fikrincə, 1994-2010-cu 
illərdə Azərbaycanda hərbi təhlükəsizlik siyasətinin formalaş-
dırılması, milli ordu quruculuğunun həyata keçirilməsi, region-
da və dünyada Ermənistanın hərbi təcavüzünü pisləyən və 
Azərbaycanın  ərazi bütövlüyünü dəstəkləyən siyasi və  hərbi 
müttəfiqlərin axtarılması, xarici siyasət və milli təhlükəsizlik 
strategiyasının yaradılması  və s. təxirəsalınmaz tədbirlərinin 
görülməsi milli fəaliyyətin  ən vacib məsələləri sırasına çıxa-
rılmışdır.
63
  
Məlumdur ki, dünyanın hər bir dövləti öz hərbi vəziyyə-
tinə, geosiyasi əhatəsinə, milli təhlükəsizliyinə uyğun olaraq, 
hərbi konsepsiya və doktrina yaradır. Hərbi təhlükəsizliklə 
bağlı dövlətin rəsmi mövqeyini ifadə edən belə sənəd bir çox 
ölkələrdə müxtəlif adlar altında təsdiq olunur: məsələn, Rusi-
ya, Belarus, Qazaxıstan, Azərbaycan və digər postsovet dövlət-
lərində “Hərbi Doktrina”, ABŞ-da “Milli Təhlükəsizlik Strate-
                                                 
63
 Ниязов Н.С. Основные векторы политики военной безопасности Азер-
байджанской Республики в 1994-2010 годы. Санкт-Петербург, 2010, с. 4-5 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
105 
giyası”, NATO hərbi ittifaqında “Strateji Konsepsiya”, Çin 
Xalq Respublikasında “Müdafiə Doktrinası” və s. adlanır.  
Azərbaycanın Hərbi Doktrinasında ölkənin hərbi təhlükə-
sizliyinə  təhlükə  və  təhdidlərin vaxtında aşkarlanması  və qar-
şısının alınması, səmərəli müdafiə və hərbi təhlükəsizlik siste-
minin yaradılması, onun cəlb olunduğu müharibə və regionda-
kı mövcud silahlı münaqişələrin aradan qaldırılması, hər cür 
silahlı  təcavüzün dəf edilməsi, ölkənin dünyadakı mövcud 
hərbi-strateji və təhlükəsizlik bloklarına münasibəti və s. məsə-
lələrlə bağlı dövlətin rəsmi mövqeyi əks olunmuşdur.  
Doktrinanın hüquqi əsasını Azərbaycan Respublikasının 
Konstitusiyası, qanunları  və digər normativ-hüquqi aktları, 
Milli Təhlükəsizlik Konsepsiyası, həmçinin ölkənin tərəfdar 
çıxdığı beynəlxalq müqavilələr təşkil edir. Doktrinada qeyd 
olunur ki, Azərbaycanın müdafiə qüdrətinin artırılması, ordu 
quruculuğu və hərbi siyasəti ölkənin milli maraqlarının qorun-
masını  nəzərdə tutur, milli ehtiyatlara əsaslanır, beynəlxalq 
hüquq normaları, regionun və dünyanın mövcud təhlükəsizlik 
vəziyyəti ilə uzlaşır. Hərbi siyasət bütün ölkələrlə dinc yanaşı 
yaşamaq, digər dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və 
müstəqilliyinə hörmət etmək, onların daxili işlərinə qarışma-
maq, mövcud dövlət sərhədlərinin toxunulmazlığı  və  dəyiş-
məzliyi prinsiplərinə söykənir.  
Doktrinada Azərbaycanın hərbi siyasətinin  əsas məqsədi 
kimi  ölkənin müstəqilliyinin, suverenliyinin və  ərazi bütövlü-
yünün qorunması, xarici hərbi təcavüzlərin qarşısının alınması 
və  dəf edilməsi üçün silahlı qüvvələrin döyüşə  və  səfərbərliyə 
hazır vəziyyətdə saxlanması və s. məsələlər göstərilir. 
Sənəddə vurğulanır ki, Azərbaycan dünyada mövcud olan 
heç bir hərbi blokun, yaxud kollektiv təhlükəsizlik birliyinin 
üzvü deyil və hələlik bu mövqeyini dəyişməyi məqsədəuyğun 


 
ƏL İ  H ƏS ƏNOV  
 
106 
hesab etmir. Buna baxmayaraq, ölkənin müdafiə qabiliyyətinin 
yüksəldilməsi və milli ordunun gücləndirilməsi tələbi onun bu 
cür bloklarla hərbi və texniki əməkdaşlığını, təcrübə mübadi-
ləsini, regional və beynəlxalq manevrlərdə, sülhyaratma mis-
siyalarında birgə  iştirakını  zəruri edir. Odur ki, Azərbaycan 
ordusu neçə illərdir bir çox digər postsovet respublikaları ilə 
yanaşı, NATO-nun "Sülh naminə  tərəfdaşlıq" proqramı  çərçi-
vəsində müştərək layihələrdə yaxından iştirak edir. Doktrinada 
Azərbaycanın hərbi-strateji ehtiyatlarının ordu quruculuğuna 
səfərbər edilməsi, onun güclü müdafiə qüdrətinin yaradılması, 
eyni zamanda silahlı qüvvələrin hərbi-texniki və kadr potensia-
lının gücləndirilməsi taktikası ölkənin müdafiə təhlükəsizliyinin 
mühüm amili kimi dəyərləndirilir. 
Qeyd etmək lazımdır ki, müdafiə  təhlükəsizliyi anlayışı 
hərbi təhlükəsizlik anlayışından daha geniş  məzmun daşıyır. 
Belə ki, birinci anlayışda yalnız ölkənin hərbi deyil, həmçinin 
iqtisadi, siyasi, mənəvi gücü və qüdrəti, informasiya infra-
strukturu, sosial vəziyyəti və digər amillər nəzərə alınaraq, 
dövlətin ümumi təhlükəsizliyinin təmin olunması  nəzərdə 
tutulursa, ikinci anlayış milli təhlükəsizliyin məhz hərbi vasitə-
lərlə təmin olunmasını ifadə edir.  
Hərbi Doktrinada Ermənistanın işğalçılıq və etnik təmizlə-
mə siyasəti aparması, təcavüzkarlıq hərəkətlərini bu gün də 
davam etdirməsi Azərbaycanın milli təhlükəsizliyinə  mənfi 
təsir göstərən  əsas amil hesab olunur. Sənəddə vurğulanır ki, 
hazırda Azərbaycanın işğal olunmuş əraziləri beynəlxalq nəza-
rətin hər hansı formasından kənarda qalmışdır. Həmin  ərazi-
lərdə "Avropada adi silahlı qüvvələr haqqında" 1990-cı il 
Müqaviləsinin və "Etibarın möhkəmləndirilməsi və təhlükəsiz-
lik tədbirləri üzrə danışıqlar haqqında" 1999-cu il Vyana sənə-
dinin inspeksiya fəaliyyəti ilə əhatə olunmayan, hesabı aparıl-
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
107 
mayan və nəzarət edilməyən silah-sursat və hərbi texnika top-
lanmışdır. Həmçinin bu ərazilərdə insan hüquqlarının müda-
fiəsi ilə bağlı milli və beynəlxalq mexanizmlər öz fəaliyyətini 
itirmiş, insan alveri, narkotik və psixotrop maddələrin qeyri-
qanuni istehsalı və dövriyyəsinə münbit şərait yaranmış, silah 
ticarəti üzrə tranzit marşrutları formalaşmış, qanunsuz silahlı 
birləşmələr və terrorçular üçün bazalar yaradılmışdır. Ermənis-
tanın həmin  ərazilərdə qeyri-qanuni məskunlaşdırmanı davam 
etdirməsi onun təcavüzkar niyyətlərindən hələ  də  əl çəkmə-
diyini göstərir. Ermənistan tərəfindən işğal edilmiş  ərazilərin 
müvəqqəti olaraq Azərbaycan Respublikasının hakimiyyət or-
qanlarının nəzarətindən kənarda qalması regionda sülhün və 
sabitliyin bərqərar olmasına da mənfi təsir göstərir.
64
  
Yuxarıda qeyd edilənlərlə yanaşı, doktrinada Azərbay-
canın hərbi təhlükəsizliyinə  təsir göstərən digər xarici amillər 
də sadalanır. Məsələn, Xəzər dənizinin Azərbaycan Respubli-
kasına aid hissəsində karbohidrogen yataqlarının istismarı  və 
dünya bazarlarına çıxarılması, ölkəmizin əhəmiyyətli geosiyasi 
məkanda yerləşməsi, beynəlxalq sülhyaratma və terrorçuluqla 
mübarizə  əməliyyatlarında fəal iştirakı onun təhlükəsizlik 
mühitinə ciddi təsir edən amilə çevrilmişdir.  
Hərbi təhlükəsizliyin təmin edilməsi sahəsində  Hərbi 
Doktrinada öz əksini tapmış başlıca vəzifələrindən biri ölkənin 
müstəqilliyini və  ərazi bütövlüyünü, konstitusiya quruluşunu, 
milli maraqlarını hərbi, siyasi və digər təhdidlərdən qorumaq-
dan ibarətdir.  
Hərbi Doktrinada Azərbaycanın hərbi təhlükəsizliyinə tə-
sir göstərən təhdidlər xarici və daxili olmaqla iki qrupa bölü-
nür.  
                                                 
64
 Bax: Azərbaycan Respublikasının Hərbi Doktrinası. http://e-qanun.az 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə