Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə30/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   26   27   28   29   30   31   32   33   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
116 
strateji önəm daşıyan Rusiya ilə (Dağıstan və dəniz sərhədləri 
nəzərdə tutulur), tranzit əhəmiyyətli layihələrin həyata keçiril-
diyi  ərazilərdə  və Ermənistana bitişik rayonlarda Gürcüstanla 
sərhəd təhlükəsizliyi məsələləri daimi və xüsusi diqqət tələb edir. 
Azərbaycanın təhlükəsizlik maraqları həmçinin onun sər-
hədləri kənarında həyata keçirilən çoxsaylı beynəlxalq və re-
gional xarakterli geosiyasi, geoiqtisadi və hərbi-strateji tədbir-
lərin, ölkələrarası münasibətlərin izlənməsini və təhlil edilmə-
sini, Cənubi Qafqaz və Xəzər hövzəsində reallaşdırılan əlaqə-
lərin (Rusiya-İran, Rusiya-Ermənistan, Rusiya-Türkmənistan, 
Rusiya-Gürcüstan, Ermənistan-İran, Ermənistan-Gürcüstan
İran-Rusiya, İran-Türkmənistan, İran-Türkiyə, Türkiyə-Rusiya, 
Türkiyə-Ermənistan, Türkiyə-Gürcüstan və s.) qiymətləndirilmə-
sini və müvafiq addımların planlaşdırılmasını tələb edir. 
XXl əsrdə getdikcə vüsət alan qloballaşmanın yeni tələb-
ləri çərçivəsində  hər bir dövlət kimi, Azərbaycan da özünün 
milli təhlükəsizlik məsələlərini yenidən təhlil edərək, onu müa-
sir texniki vasitələrin yaratdığı reallığın, dövrün və zamanın 
tələblərinə uyğunlaşdırmalıdır. Planetin qlobal inkişafı bütün 
ölkələrin sərhədlərini  şəffaflaşdırmış, müxtəlif transmilli iqti-
sadi, siyasi, sosial, hərbi-strateji, informasiya və s. strukturların 
ölkələrin  ərazisinə giriş-çıxışını asanlaşdırmış, milli iqtisadi, 
siyasi, sosial, informasiya, mənəvi və ekoloji maraqların qo-
runması imkanlarını çətinləşdirmişdir.  
Naxçıvan MR ərazisinin geostrateji vəziyyəti nəzərə alın-
madan, Azərbaycanın geoməkanının yığcam və bütöv məkan 
xarakteristikasına malik olmasına baxmayaraq, onun xarici öl-
kələrlə sərhədləri və sərhədətrafı yaşayış məntəqələrinin, bura-
da yaşayan  əhalinin xarakterik xüsusiyyətləri, sərhədlərin rel-
yefi və texniki vəziyyəti ölkənin geosiyasi, geoiqtisadi və 
hərbi-strateji təhlükəsizliyinə xarici müdaxilələri istisna etmir. 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
117 
Müasir elmi-texnoloji nailiyyətlərin bir çox ölkələrin xarici 
kəşfiyyat strukturları üçün yaratdığı yüksək texniki imkanlar 
nəzərə alınsa, o zaman Azərbaycan kimi əhəmiyyətli geoməka-
na malik ölkələrin öz ərazilərinin təhlükəsizliyinə  nəzarət 
etməsinin getdikcə çətinləşməsinin şahidi ola bilərik. 
 Qonşu dövlətlərlə - İran, Rusiya, Gürcüstan, Ermənistan, 
Türkmənistan, Türkiyə  və Qazaxıstanla sərhədətrafı  ərazilərin 
əhalisinin milli və sosial tərkibi, Azərbaycan dövlətçiliyinə və 
xalqına münasibəti məsələsi də geosiyasi, geostrateji təhlükə-
sizlik anlamında ciddi əhəmiyyət kəsb edir. Bu sırada Gür-
cüstanın Azərbaycanla həmsərhəd Borçalı, Rusiyanın Dağıstan 
bölgələrində, əsas sərhədboyu yaşayış məntəqələri və kəndlər-
də  məskunlaşan əhalinin milli-sosial və dini mənsubiyyətinin, 
mövcud tərkibinin, sosial-dini istiqamətlərinin öyrənilməsi, bu 
ərazilərdə informasiya-təbliğat vasitələrinin hansı ölkə  tərə-
findən idarə olunması, KİV-lərin təsir dairəsi, sərhədətrafı 
kommunikasiya vasitələri, ötürücülər, sərhəd xətləri və s. kimi 
məsələlərin vəziyyəti qarşılıqlı olaraq həm Azərbaycanın, həm 
də qonşu dövlətlərin milli təhlükəsizliyi ilə bilavasitə bağlıdır.  
Sərhədlərin hərbi xarakteristikası  və mühafizə  vəziy-
yəti: Azərbaycan Respublikası quru və  dənizdə 7 ölkə ilə  – 
Gürcüstan, Rusiya Federasiyası, Ermənistan Respublikası, Tür-
kiyə Respublikası, İran İslam Respublikası, Türkmənistan Res-
publikası  və Qazaxıstan Respublikası ilə  həmsərhəddir. Quru 
sərhədlərinin ümumi uzunluğu 3370.4 km təşkil edir ki, bunun 
2657.4 km quru, 713 km isə sahil xəttindən ibarətdir. Sərhədlə-
rin uzunluğu müvafiq olaraq - İran  İslam Respublikası ilə 
765.0 km, Rusiya Federasiyası ilə 390.3 km, Gürcüstan ilə 
480.0 km, Ermənistan Respublikası ilə 1007.1 km, Türkiyə 
Respublikası ilə 15.0 km təşkil edir. 


 
ƏL İ  H ƏS ƏNOV  
 
118 
 Azərbaycanın inzibati rayonlarının 32-si bilavasitə qonşu 
dövlətlərlə sərhəddə yerləşir.  
Azərbaycanın  İran  İslam Respublikası ilə 765.0 km 
sərhədinin rayonlar üzrə uzunluğu müvafiq olaraq: Astara ra-
yonu (56.0 km), Lerik rayonu (52.0 km), Yardımlı rayonu 
(75.0 km), Cəlilabad rayonu (86.0 km), Biləsuvar rayonu (68.0 
km),  İmişli rayonu (14.0 km), Beyləqan rayonu (30.0 km), 
Füzuli rayonu (45.0 km), Zəngilan rayonu (55.0 km), Cəbrayıl 
rayonu (65.0 km), Naxçıvan MR - Ordubad rayonu (42.0 km), 
Culfa rayonu (30.0 km), Babək rayonu (75.0 km) və  Şərur 
rayonu üzrə ( 72.0 km) təşkil edir. 
Azərbaycanın  İran  İslam Respublikası ilə  sərhədinin 132 
kilometri Ermənistanın işğalı altındadır. 
İranla sərhədlərinin vəziyyəti də təhlükəsizlik baxımından 
istənilən səviyyədə  qənaətbəxş deyildir. Sərhəd xəttindən 117 
km dağlıq (meşəlik), 51 km düzənlik  ərazilərdən və 597 km 
çaylar üzrə keçir. Azərbaycanın siyasi və dövlət strukturlarının 
bu ölkə ilə mehriban dostluq və qonşuluq cəhdlərinə baxmaya-
raq, qarşı  tərəfin bəzi rəsmi və qeyri-rəsmi dairələri, müvafiq 
strukturları, sərhəd keşikçiləri, bir qayda olaraq, bu məsələyə 
müəyyən qədər etinasızlıq göstərirlər. 
İranla sərhədin mühafizəsinə təsir göstərən mənfi amillər 
sırasında mütəxəssislər və sərhədçilər:  
  qanunsuz sərhəd pozmalarını, sərhəd bölmələrinə si-
lahlı basqınları və təzyiqləri;  
  narkotik və silah qaçaqmalçılığı cəhdlərini;  
  qanunsuz miqrasiya, dini və ideoloji missionerlik, qa-
nunsuz mühacirlərin sərhədləri pozması  və Avropa 
ölkələrinə tranzit cəhdlərini;  
  İran hökuməti tərəfindən nüvə proqramının inkişafı 
istiqamətində  işlərin davam etdirilməsi və Rusiya ilə 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
119 
bu sahədə əməkdaşlığın Azərbaycan ərazisi vasitəsilə 
reallaşdırılması, bununla bağlı Birləşmiş Millətlər 
Təşkilatının Təhlükəsizlik  Şurası  tərəfindən qəbul 
edilmiş beynəlxalq qətnamələrə Azərbaycan tərəfin-
dən əməl edilməsinə bu ölkənin kəskin reaksiyası və 
onun yaratdığı gərginliyi (Rusiyadan İrana göndərilən 
və atom sənayesində istifadə olunan mallara və 
texnologiyalara sərhəd baxışı bu ölkənin rəsmilərini 
daim qıcıqlandırır);  
  İrana məxsus üzmə vasitələrinin tez-tez Xəzər dəni-
zinin Azərbaycan Respublikasına məxsus sularına 
qanunsuz daxil olma cəhdlərini;  
  sərhəd pozucularına və narkotik daşıyıcılarına kömək-
lik göstərən silahlı  və mütəşəkkil bələdçi qrupların 
fəaliyyətinin davam etməsini və s. göstərirlər.  
Bəzi məlumatlara görə, son 7 il ərzində  İranla sərhəddə 
qarşı tərəfin günahı üzündən 100-dən çox silahlı təxribat qeydə 
alınmışdır. Bunun nəticəsində 6 sərhədçi həlak olmuş, 8-i 
yaralanmışdır. 2009-cu ildə  sərhəddə qaçaqmalçılarla 16 dəfə 
silahlı toqquşma qeydə alınmışdır. 
2009-cu ilin iyun ayının 16-da dövlət sərhədini qanunsuz 
keçməyə  cəhd göstərən terrorçu qrupun zərərsizləşdirilməsi 
(əməliyyat zamanı 1 sərhədçi həlak olmuş, 2 sərhədçi yaralan-
mış, 2 terrorçu məhv edilmişdir) və s. kimi təkrarlanan qanun-
suz hallar Azərbaycan hökumətinə bu istiqamətdə milli 
təhlükəsizliyinə tam əmin olmaq imkanı vermir. 
69
 
İranla sərhəddə baş verən və münaqişə yaradan əsas prob-
lemlərdən biri qarşı  tərəfdən olan ayrı-ayrı cinayətkar qrupların 
                                                 
69
Bu rəqəmlər və respublikanın sərhədləri ilə bağlı digər faktlar Azərbaycan 
Respublikası Dövlət Sərhəd Xidmətinin rəsmi məlumatlarından götürülmüşdür. 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə