Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə38/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   34   35   36   37   38   39   40   41   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
148 
Nəzərə alınsa ki, Azərbaycan Bakı-Tbilisi-Ərzurum qaz 
kəməri vasitəsilə 2005-ci ildən Türkiyə  və Gürcüstana, Bakı-
Mozdok və Bakı-Astara kəmərləri ilə 2009-cu ildən həm də 
qonşu Rusiya və İrana qaz ixrac edir, o zaman xarici bazarlara 
sərbəst çıxmaq və öz qazını müstəqil şəkildə ixrac etmək isti-
qamətində Azərbaycanın enerji təhlükəsizliyi tam təmin olu-
nubdur. 
 2013-cü ilin dekabr ayında Bakıda dünyanın aparıcı neft-
qaz şirkətləri və bir çox Avropa ölkələri ilə "Şahdəniz-2" layi-
həsi üzrə  təbii qazın istehsalı, bölüşdürülməsi və ixracı üzrə 
yekun investisiya qərarının imzalanması isə XXl əsrdə  nəinki 
təkcə Azərbaycanın, o cümlədən Avropa və dünyanın enerji 
təhlükəsizliyinin təmin edilməsində önəmli rol oynayacaqdır. 
"Şahdəniz-2" layihəsi Azərbaycan və Gürcüstan ərazisi boyun-
ca Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsinə xidmət 
etməklə Trans-Anadolu və Trans-Adriatik qaz boru kəmərlə-
rinin tikintisi ilə bağlı planların reallaşmasına təkan verəcək, 
Avropaya yeni qaz dəhlizi açacaq.
88
 
Avropa ölkələri və aparıcı  şirkətlərlə enerji sahəsindəki 
mövcud tərəfdaşlıq münasibətləri Azərbaycana özünün böyük 
qaz ehtiyatlarını dünya enerji bazarlarına çıxarmaq imkanı 
yaradır. Mütəxəssislərin fikrinə görə "Mərhələ-2" çərçivəsində 
işlənilməsi planlaşdırılan "Şahdəniz"in  əlavə ehtiyatlarından, 
bu yaxınlarda Xəzərdə  kəşf edilmiş "Abşeron" və "Ümid" 
yataqlarının, "Azəri-Çıraq-Günəşli" yataqlar blokundakı  dərin 
qaz ehtiyatlarının, olduqca perspektivli "Şəfəq-Asiman", 
"Babək", "Zəfər-Məşəl" və başqa strukturların potensialından 
tam istifadə ediləcək. 
 
                                                 
88
Bax: "Azərbaycan" qəzeti, 19 dekabr 2013. 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
149 
 § 3.4. Geoiqtisadi müstəqillik və təbii ehtiyatların 
təhlükəsiz istifadəsi siyasəti  
 
Bütün dövrlərdə hər bir dövlətin regional geoiqtisadi siya-
sətinin əsas vəzifəsi ilk növbədə ölkənin geoiqtisadi müstəqilli-
yini, təbii ehtiyatlarını və iqtisadi təhlükəsizlik maraqlarını tə-
min etməkdən ibarət olmuşdur. Geoiqtisadi təhlükəsizlik ma-
raqları anlayışı siyasi ədəbiyyatda ölkənin milli iqtisadiyyatının 
inkişafı  və  təhlükəsizliyinin təmin olunması, iqtisadi həyatının 
arzuolunmaz xarici təsirlərdən qorunması  və  ətraf aləmdən 
geoiqtisadi asılılığının aradan qaldırılması  kimi təqdim 
olunur. 
Məlum olduğu kimi, dövlətlər daxili inkişaf siyasətlərini 
formalaşdırarkən ilk növbədə özlərinin malik olduğu iqtisadi, 
sosial və əmək ehtiyatlarını təhlil edir, onların səmərəli istifa-
dəsinin yollarını düşünür, ölkə  əhalisinin yaşayışı, sosial – 
iqtisadi təminatında mühüm əhəmiyyət kəsb edən məsələləri 
müəyyənləşdirir və həlli ilə bağlı milli strategiya hazırlayaraq 
həyata keçirirlər. Dövlətin  əsas elmi-tədqiqat və idarəçilik 
institutları ölkənin və əhalinin iqtisadi və sosial tələbatını, iqti-
sadi inkişafın daxili və xarici amillərdən asılılıq dərəcəsini öy-
rənir, iqtisadi müstəqilliyi və təhlükəsizliyi təhdid edən, yaxud 
iqtisadi inkişafa mane olan halları araşdırır, proqnozlaşdırır və 
həlli yollarını təklif edirlər. 
Müstəqilliyinin ilk illərində Azərbaycanın iqtisadi həya-
tında cərəyan edən total böhran və hərc-mərclik, demək olar ki, 
respublika səviyyəsində iqtisadi idarəçilik sisteminin tam po-
zulmasına,  əhalinin sosial-iqtisadi tələbatlarını  təmin edən 
müəssisələrin fəaliyyətinin dayanmasına səbəb olmuşdu. Bun-
dan başqa, milli iqtisadi strategiyanın yoxluğu, postsovet 
ölkələri arasında təsərrüfat - nəqliyyat  əlaqələrinin pozulması 


 
ƏL İ  H ƏS ƏNOV  
 
150 
və s. nəticəsində keçmiş SSRİ  məkanındakı bazarlara məhsul 
ixrac edən müəssisələr öz işini dayandırmış, qarşılıqlı iqtisadi 
əlaqələr kortəbii şəkil almışdı. Bütün bu hallar müvafiq olaraq, 
respublikanın sənaye müəssisələrinin bütövlüklə iflic olmasına 
və  fəaliyyətini dayandırmasına, ölkədə total işsizliyin yaran-
masına gətirib çıxarmışdı. Daxili bazara işləyən müəssisələrdə 
mitinqlər, siyasi çəkişmələr və digər aksiyalar nəticəsində is-
tehsal prosesi və işin ahəngi pozulmuşdu. Belə vəziyyət həmin 
dövrdə respublikanın bütün sahələrini bürümüş korrupsiya və 
rüşvətxorluq, milli əmlakın talanması və digər mənfi hallar da 
daxil olmaqla, Azərbaycanı qaçılmaz sosial – iqtisadi böhrana 
sürükləyərək, milli iqtisadiyyatı iflic vəziyyətinə salmışdı.  
Bundan başqa, respublikanın sovet hakimiyyəti dövründə 
yaradılmış milli iqtisadi və  sənaye potensialı – zavod və fab-
riklərin qiymətli avadanlıqları sökülərək dəmir qırıntıları 
qismində xarici ölkələrə satılmış, milli iqtisadiyyatın texnoloji 
bazası məhv edilmişdi. Azərbaycan iqtisadiyyatının şah damarı 
hesab olunan neft sənayesində isə  işlər daha ağır vəziyyətdə 
idi. Bu sahəni  ələ keçirmiş bir qrup transmilli cinayətkar ele-
mentlər ölkənin zəngin neft məhsullarının və onun satışından 
əldə olunan gəlirlərin milli iqtisadi inkişafa yönəlməsinin qar-
şısını alır, bu strateji məhsullardan gələn gəlirləri öz maraqları 
naminə istifadə edirdilər. Vəziyyət o qədər pisləşmişdi ki, 
Azərbaycanın ÜDM istehsalı SSRİ dövründəki səviyyədən bir 
neçə dəfə aşağı düşmüşdü.  
Fikrimizcə, geoiqtisadi anlamda Azərbaycanın milli inki-
şafı  və iqtisadi maraqlarının təhlükəsiz təminatı  həmin dövr 
üçün bir neçə əsas vəzifəsi var idi. Onları aşagıdakı kimi təsnif 
etmək olar: 
  İlk növbədə, günü-gündən dərinləşən iqtisadi böhranı 
dayandırmaq, respublika səviyyəsində  məqsədyönlü 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
151 
yaxud kortəbii şəkildə həyata keçirilən iqtisadi dağın-
tıların qarşısını almaq, ölkənin milli iqtisadiyyatı  və 
vətəndaşların həyati tələbatı üçün yaranmış  təhlü-
kələri aradan qaldırmaqdan ibarət idi.  
  İkincisi, müstəqilliyə qovuşduqdan sonra Azərbayca-
nın bəyan etdiyi “açıq ölkə” siyasəti, bazar iqtisadiy-
yatına keçid, xarici aləmlə iqtisadi inteqrasiya, biznes 
mühitinin liberallaşdırılması, azad mülkiyyətçilik xət-
tinin qəbul olunması  və  s.  kimi  addımlar bütövlükdə 
müsbət hal olsa da, bu xətt öz-özlüyündə Azərbayca-
nın müstəqil iqtisadi inkişafını, iqtisadi və sosial təh-
lükəsizliyini təmin etmirdi. Bunun üçün, Azərbaycan 
ilk növbədə  ərazisindəki mövcud iqtisadi və  əmək 
ehtiyatlarının düzgün qiymətləndirilməsi, qorunması, 
səmərəli istifadəsi və faydalı idarə edilməsi strategi-
yasını müəyyən etməli idi.  
  Üçüncüsü, o dövrdə ölkənin iqtisadi maraqları SSRİ 
tərkibindən ayrılmış region ölkələri ilə  əvvəlki iqti-
sadi-təsərrüfat əlaqələrinin pozulmasını deyil, əksinə, 
bu  əlaqələri saxlamaqla tədricən və düşünülmüş for-
mada dünyanın qabaqcıl iqtisadi sistemlərinə, xüsu-
sən, Avropa İttifaqı sisteminə  səmərəli inteqrasiya 
siyasəti yürütmək tələb olunurdu. Azərbaycanın belə 
bir sistemə inteqrasiyası onun arzuolunmaz regional 
geoiqtisadi təsirlərdən xilas olmasına və geoiqtisadi 
müstəqilliyinə zəmin yarada bilərdi. Bu, həm də Azər-
baycanın o dövr üçün böyük ehtiyac duyduğu qabaq-
cıl dünya texnologiyalarının, xarici investisiya və ka-
pitalın ölkə iqtisadiyyatına cəlb olunmasına və bunun 
nəticəsində yanacaq-energetika, neft və qeyri-neft 
sektorunun inkişafının təmin edilməsinə, ölkənin zən-


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə