Microsoft Word milli inkishaf doc



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə34/164
tarix15.03.2018
ölçüsü4,51 Kb.
#32142
1   ...   30   31   32   33   34   35   36   37   ...   164

 
ƏL İ  H ƏS ƏNOV  
 
132 
konturlarını  nəzərdən qaçırmamağı tövsiyə etmişlər.
78
  Məlu-
matlara görə, bu yaxınlarda türkmən hərbi-dəniz donanması 
Rusiyadan alınmış iki ədəd “Sobol” patrul kateri ilə öz cəbbə-
xanasını bir qədər də gücləndirmişdir.
79
 Bundan başqa, ən son 
məlumata görə, hazırda Türkmənistan Türkiyə  hərbi  şirkətlə-
rindən biri ilə iki ədəd yeni gözətçi gəmi istehsal edir ki, onlar 
da silahlandırılaraq təyinatı üzrə  Xəzər dənizinə daxil edilə-
cəklər.
80
 
Türkmənistanın siyasi və hərbi dairələri Xəzərin hərbiləş-
dirilməsindən narahat olan ölkələrə verdiyi cavabda “bütün bu 
addımların hər hansı  Xəzərətrafı dövlətə qarşı yönəlmədiyini, 
yalnız ölkənin dəniz sərhədlərinin təhlükəsizliyinin təmin edil-
məsi məqsədi daşıdığını” bildirsələr də, mütəxəssislər 2009-cu 
ilin avqust ayında Türkmənistan rəsmilərinin “Xəzər hərbi-do-
nanması üçün raketlərlə  təchiz olunmuş, bütün dəniz akvato-
riyasını optik və lokasiya nəzarətində saxlayan müasir hərbi 
gəmilərin alınması haqqındakı” bəyanatının tamamilə  fərqli 
geostrateji planlardan xəbər verdiyi qənaətindədirlər. Onların 
fikrinə görə, Türkmənistanın bu addımları  Xəzərdə reallaşdı-
rılan əsas transmilli neft-qaz layihələrinin sahibi qismində çıxış 
edən və bu sahədə Türkmənistanla bir çox problemi olan Azər-
baycanı hamıdan artıq narahat etməlidir.
81
 
Beləliklə, qloballaşan dünyada sərhəd təhlükəsizliyi məsə-
lələrinin və ölkənin məkan təhlükəsizliyi tələblərinin qısa təhli-
li göstərir ki, digər xarici ölkələrdə olduğu kimi, Azərbaycanın 
                                                 
78
Bax: Велиев E. Каспий остается проблематичной зоной // газ. “Зеркало”, 
26 января 2010 г. 
79
Yenə orada 
80
Bax: “Bizim dövr” qəzeti, 19 fevral 2014-cü il. 
81
Bax: Велиев E. Каспий остается проблематичной зоной // газ. “Зеркало”, 
26 января 2010 г. 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
133 
da Milli Təhlükəsizlik Konsepsiyasına uyğun olaraq məxsusi 
sərhəd siyasəti formalaşdırılmalı, bu siyasətinin əsas məsələlə-
rini özündə  əks etdirən  Sərhəd Təhlükəsizliyi Konsepsiyası 
hazırlanmalıdır. Ölkənin geoməkan xarakteristikası, sərhəd-
lərinin xüsusiyyətləri və  təhlükəsizliyi, onun təmin olunması 
yolları, vasitələri və ehtiyatları ilə bağlı bütün məsələlər həmin 
sənəddə öz əksini tapmalıdır.  
 
§ 3.3. Milli enerji təminatı  
və təhlükəsizliyi siyasəti 
 
 Azərbaycan Respublikası  Cənubi Qafqazın yeganə ölkə-
sidir ki, zəngin karbohidrogen ehtiyatlarına, inkişaf etmiş ya-
nacaq-energetika infrastrukturuna və özünü tam təmin edən 
enerji sisteminə malikdir. Ölkənin təkcə milli və regional sə-
viyyədə deyil, həm də dünya enerji sistemində getdikcə  həll-
edici bir vəsiləyə çevrilməsi, transmilli enerji bazarlarında özü-
nəməxsus yer tutması  və Avropanın enerji təhlükəsizliyində 
fəal iştirakı onun regional və planetar geosiyasi, geoiqtisadi 
mövqeyinin möhkəmlənməsinə xüsusi təsir göstərməkdədir.  
Azərbaycanın enerji ehtiyatları həm də milli iqtisadiyyatın 
bütün sahələrinin dinamik inkişafının əsasını təşkil edir, ölkə-
nin ümumi daxili məhsulunun, əsas maliyyə - iqtisadi göstəri-
cilərinin formalaşmasında həlledici amil kimi çıxış edir. Odur 
ki, mövcud təbii ehtiyatlardan, yanacaq-enerji potensialından 
səmərəli istifadə edilməsi siyasəti Cənubi Qafqazın regional 
geosiyasi və geoiqtisadi vəziyyəti fonunda ölkənin davamlı 
iqtisadi inkişafının və iqtisadi təhlükəsizliyinin  əsas təminat-
larından birini yaradır.  
 Geosiyasi  ədəbiyyatda hər bir ölkənin  enerji təhlükəsiz-
liyi onun milli təhlükəsizliyin mühüm tərkib hissələrindən biri 


 
ƏL İ  H ƏS ƏNOV  
 
134 
kimi dəyərləndirilir. Enerji təhlükəsizliyi dedikdə, bütün ölkə-
nin, onun vətəndaşlarının, cəmiyyətin, iqtisadiyyatın yanacaq 
və enerji təchizatı vasitəsi ilə xarici və daxili təhdidlərdən 
müdafiəsi nəzərdə tutulur. Xarici təhdidlərə geosiyasi, xaricdən 
qaynaqlanan makroiqtisadi xarakterli problemləri, daxili 
təhlükəsizliyə isə ölkənin milli enerji sektoru ilə birbaşa bağlı 
olan məsələləri aid edirlər.  
Enerji təhlükəsizliyinin təmin olunmasının əsas prinsipləri 
aşağıdakılardır: 
  strateji və mühüm obyektlərin enerji ilə etibarlı təmin 
olunması;  
  sərf edilmiş yanacaq ehtiyatlarının yerinin doldurulması;  
  yanacağın və enerji növlərinin diversifikasiyası (şaxə-
ləndirilməsi);  
  ekoloji tələblərin nəzərə alınması; 
  enerji ehtiyatlarından səmərəsiz istifadənin qarşısının 
alınması;  
  daxili və xarici bazarlarda enerji ehtiyatlarının lazımi 
gəlir gətirməsi və  səmərəli ixrac üçün azad iqtisadi 
şəraitin yaradılması və s.
82
  
Azərbaycanın enerji təhlükəsizliyi siyasətinin  əsasları, 
onun təmin olunması prinsipləri öz əksini “Əsrin müqavilə-
si”nin imzalanması ilə başlanan və 1994-cü ildən həyata keçi-
rilən yeni neft strategiyasında tapmışdır. Bundan başqa, Azər-
baycanın transmilli və daxili enerji siyasəti, bu sahədə həyata 
keçirilən tədbirlər, reallaşdırılan vəzifələr və enerji təhlükə-
sizliyinin təmin olunması ilə bağlı digər məsələlər 2003-2014-
cü illərdə qəbul olunmuş bir çox rəsmi dövlət sənədlərində də 
                                                 
82
Bax: “Energetika haqqında” Azərbaycan Respublikasının 
Qanunu//www.mie.gov.az/cgi- bin/min/main.cgi.id 
 AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ İNKİŞAF VƏ 
TƏHLÜKƏSİZLİK  SİYASƏTİNIN  ƏSASLARI
 
 
135 
əks olunmuşdur. Bunların sırasında “Energetika haqqında” 
Azərbaycan Respublikasının Qanununu, “Alternativ və  bərpa 
olunan enerji mənbələrindən istifadə olunması üzrə” Dövlət 
Proqramını, “2005-2015-ci illərdə ölkənin yanacaq-enerji kom-
pleksinin inkişafı” Dövlət Proqramını, “Şahdəniz 2” təbii qaz 
və s. göstərmək olar.
83
  
Azərbaycan dövləti hazırda kənar təsirlərdən asılı olma-
yan milli enerji sektorunun yaradılması  və davamlı iqtisadi 
inkişafının təmin edilməsi məqsədi ilə çevik enerji siyasəti 
həyata keçirir. Bu siyasətin prioritet vəzifələri  ölkənin təbii 
enerji ehtiyatlarının qorunması  və  səmərəli istifadəsi, milli 
energetika sektorunun inkişafı, əhalinin və iqtisadiyyatın neftə, 
qaza, elektrik enerjisinə  və digər enerji daşıyıcılarına olan 
daxili tələbatının tam və davamlı  təminatı, xarici ölkələrin 
Xəzər bölgəsindəki beynəlxalq, regional və yerli enerji maraq-
larının və  təhlükəsizliyinin respublikanın milli maraqları ilə 
əlaqələndirilməsi, ölkənin enerji təhlükəsizliyindən irəli gələn 
digər strateji məsələlərin həllindən ibarətdir. 
Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması 
məqsədi ilə son illərdə ölkə daxilində bir sıra təşkilati-texnoloji 
tədbirlər həyata keçirilmiş və bu gün də keçirilməkdədir. Onla-
rın sırasına yanacaq-enerji kompleksinin texnoloji bazasının və 
infrastrukturların modernləşdirilməsi, yanacaq-enerji ehtiyatla-
rının mənimsənilməsi və istismarının dünya standartları səviy-
yəsinə qaldırılması, neft-qaz istehsalının ekoloji təmizliyinin 
və iqtisadi səmərəliliyinin artırılması  və s. daxildir. Azərbay-
canın enerji təhlükəsizliyi sahəsində  həyata keçirdiyi daxili 
siyasətin əsas vəzifələrini aşağıdakı kimi qruplaşdırmaq olar: 
                                                 
83
http://e-qanun.az 


Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə